Sənət və ədəbiyyat dərgisi

Əkbər Qoşalı “Mədəniyyət sahəsində uğurlara görə” medalı ilə təltif edilib

29 Noyabr 2022 / 14:13

Əkbər Qoşalı “Mədəniyyət sahəsində uğurlara görə” medalı ilə təltif edilib

 

Beynəlxalq "Alaş" Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı Tatarıstan Respublikası Mədəniyyət Nazirliyinin "Мәдәнияттәге казанышлар өчен" - "Mədəniyyət sahəsində uğurlara görə" medalı ilə təltif edilib.

 

Musavat.com xəbər verir ki, medalı Bakıda səfərdə olan Tatarıstan Dövlət Şurasının deputatı, Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq şairi, Dövlət Mükafatı laureatı Rkail Zəydulla təqdim edib.

Əkbər Qoşalı qardaş xalqlar arasında, o cümlədən Tatarıstanla ədəbi-mədəni əlaqələrin qurulması, gücləndirilməsi yönündə uzun illərdir səmərəli fəaliyyət göstərir. O, "Gənc tatar şeiri" antologiyasını Bakıda nəşr etdirib, bir neçə tatar yazarın yaradıcılıq örnəklərinin azərbaycancaya çevrilərək yayınlanmasını, onların respublikamızda keçirilən beynəlxalq ədəbiyyat tədbirlərində iştirakını təşkil edib. Əkbər Qoşalı Tatarıstanda keçirilən bir neçə ədəbi-mədəni tədbirdə çıxış edib.

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.