Sənət və ədəbiyyat dərgisi

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Daşkənddə Maqsud Şeyxzadənin heykəlini ziyarət edib

22 Noyabr 2022 / 17:11

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Daşkənddə Maqsud Şeyxzadənin heykəlini ziyarət edib

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana səfəri çərçivəsində milliyətcə azərbaycanlı olan, görkəmli özbək şairi Məqsud Şeyxzadənin Daşkənd şəhərində ucaldılmış heykəlini ziyarət etmiş, onun abidəsi üzərinə güllər qoymuş və əziz xatirəsini ehtiramla yad etmişlər.

 

Fondun Prezidenti Məqsud Şeyxzadənin iki qardaş xalqın – Azərbaycanın və Özbəkistanın fəxri olduğunu, öz yaradıcılığı ilə hər iki dövlətin bir-birinə daha da yaxınlaşmasına dəyərli töhfələr verdiyini bildirmişdir.  M.Şeyxzadənin bədii irsini yüksək qiymətləndirən Günay Əfəndiyeva onun həm də Türk ədəbiyyatının təbliği istiqamətində geniş fəaliyyət göstərdiyini, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Məhdimqulu Fəraqi, Mirzə Fətəli Axundzadə, Səməd Vurğun, Rəsul Rza, Nazim Hikmət, Osman Sarıvəlli və sair kimi türk dünyasının böyük söz sənətkarlarının əsərlərini özbək dilinə tərcümə etdiyini vurğulamışdır.

Səfər çərçivəsində Fondun nümayəndə heyətini Özbəkistan Mədəni İrs Agentliyinin birinci müavini, görkəmli alim, proffessor Tursunəli Kuziyev və digər rəsmilər müşaiət etmişdir.

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.