Sənət və ədəbiyyat dərgisi

“Ulu Öndərin poetik portreti” adlı kitab nəşr edib

16 Yanvar 2023 / 13:57

 

“Ulu Öndərin poetik portreti” adlı kitab nəşr edib

 

“Kaspi” Təhsil Şirkəti dahi lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Ulu Öndərin poetik portreti” adlı kitab nəşr edib. Kitab Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasına “Kaspi” Təhsil Şirkətinin töhfəsidir.

Azərbaycan Xalqının Ümummilli Liderinə həsr olunan və tanınmış ədəbi imza sahibləri tərəfindən yazılan ən gözəl yüz şeir bu topluda yer almışdır. “Kaspi” Təhsil Şirkətinin maliyyə dəstəyi ilə nəşr olunan kitab görkəmli dövlət xadimi Heydər Əliyevin şairlər tərəfindən yaradılan poetik portretidir.

Kitabın layihə rəhbəri və redaktoru Əməkdar jurnalist, filologiya elmləri doktoru Sona Vəliyevadır. Eyni zamanda S.Vəliyeva kitaba Ulu Öndər Heydər Əliyevə poeziyamızın məhəbbəti” adlı geniş müqəddimə yazararaq dahi liderin Azərbaycan xalqının həyatındakı unudulmaz rolundan və xidmətlərindən söz açıb, həmçinin kitabda yer alan poetik əsərləri şərh edib.

Kitab “Zərdabi” nəşriyyatı tərəfindən çap olunmuşdur.

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.