Sənət və ədəbiyyat dərgisi

“Mən qadınam” adlı film ssenari müsabiqəsinin qalibləri bəlli oldu

02 Avqust 2022 / 09:08

Azərbaycan Kinematoqrafçılar İttifaqının “Mən qadınam” qısametrajlı bədii film ssenari müsabiqəsinin münsiflər heyəti öz işinə yekun vurub.

Müsabiqənin münsiflər heyətinin sədri Nadir Bədəlov və münsiflər heyətinin üzvləri-Əli İsa Cabbarov, Vaqif Azəryar, Sevda Sultanova, Asif Rüstəmov müsabiqəyə qatılmış 100 ssenaridən 20 əsəri finala keçiriblər.

Müəlliflər arasında qadın müəlliflər aktiv iştirak edib. Belə ki, təqdim edilən ssenarilərin 60 faizi qadın müəllif olub. Müsabiqənin təşkilatçılarının məqsədləri arasında xanım müəlliflərin aktivliyinin artırılması da var idi.

“Mən qadınam” ssenari müsabiqəsinin qaliblərini elan edirik:

1-ci yer – “Dilbər”, ssenari müəllifi Orxan Məmmədli;
2-ci yer-“Zənbil”, ssenari müəllifləri Mirmehdi Ağaoğlu, Mətləb Muxtarov;
3-cü yer-“Neçəyədir?”, ssenari müəllifi Günel Şamilqızı;

Bununla yanaşı, münsiflərin qərarı ilə 3 ssenari də diplomlara layiq görülüb (ssenarilərin adlarının baş hərflərinin əlifba sırası ilə təqdim edirik)

“Çiyələyin dadı” (ssenari müəllifi Arzuman Mirzəsoy) – “Parlaq vizual obrazlar və atmosfer həllinə görə”;

“Qar əriyəndə” (ssenari müəllifi Lalə Əliyeva Klıçkova) -"Humanist və bəşəri ideyaların ifadəsinə görə”;

“Qonşular nə deyər...” (ssenari müəllifi Leyla Nəsibli) – “Qəhrəmanın psixoloji portretini dəqiq cızdığına görə”;
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyi müsabiqəyə qatılan bütün müəlliflərə minnətdarlığını bildirir. Katiblikdən bildiriblər ki, ssenari müsabiqəsini milli kinomuzun inkişafına təsir edə biləcək bir mexanizm sayırlar, hər il müxtəlif mövzulu və formatlı ssenari müsabiqələrinin keçirilməsini planlayırlar.

Xatırladaq ki, müsabiqənin 1-ci yer qalibi 2000 manat, 2-ci yer qalibi 1500 manat, 3-cü yer qalibi 1000 manat pul mükafatı da qazanıb.

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.