Sənət və ədəbiyyat dərgisi

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Heydər Əliyevin xatirəsini yad edir

12 Dekabr 2022 / 06:39

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Heydər Əliyevin xatirəsini yad edirAzərbaycanın və bütün Türk Dünyasının dahi oğlu, beynəlxalq miqyasda böyük nüfuza malik siyasi xadim, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin anım günüdür.

Heydər Əliyevin əbədiləşmiş ömür yolu Azərbaycanın rifahı naminə mübarizədə göstərilmiş misilsiz fədakarlıqların, yürüdülmüş müdrik və uzaqgörən siyasətin, Vətənə qarşı sonsuz məhəbbət və sədaqətin təntənəsidir. Unudulmaz liderin çoxşaxəli fəaliyyəti ölkənin həyatın bütün sahələrində ciddi uğurlar qazanmasında mühüm rol oynamış, Azərbaycan xalqının mədəni-mənəvi yüksəlişinə, milli inkişafına, həmçinin Türk dövlətləri arasında əlaqələrin genişlənməsinə, həmrəyliyin möhkəmlənməsinə güclü təkan vermişdir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Azərbaycanın və bütövlükdə Türk Dünyasının tarixinə adını qızıl hərflərlə yazdıran bu qüdrətli şəxsiyyətin əziz xatirəsini dərin hörmət və ehtiram hissi ilə yad edir.

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.