Sənət və ədəbiyyat dərgisi

SONA VƏLİYEVANIN YENİ KİTABI ÇAP OLUNUB

19 Fevral 2026 / 13:49

 

Bu günlərdə "Zərdabi" nəşriyyatında tanınmış şair, filologiya elmləri doktoru, Əməkdar jurnalist Sona Vəliyevanın "İşığın ayaq səsləri" adlı yeni kitabı işıq üzü görmüşdür. 544 səhifəlik şeirlər kitabındakı hər bir şeirə tanınmış rəssam İmran Nurəli tərəfindən həmin poetik nümunənin məznununa uyğum rəsm əsəri çəkilmişdir.

Kitabda müəllifin müxtəlif illərdə qələmə aldığı dərin məzmunlu şeirlər, poemanlar və poetik silsilələr toplanmışdır.

Həmçinin nəşrdə Sona Vəliyevanın bədii, elmi və publisistik yaradıcılığı haqqında tanınmış elm, sənət, mədəniyyət və ədəbiyyat adamlarının qısa fikirlərinə yer verilmişdir.

Kitab poeziyasevərlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.