Sənət və ədəbiyyat dərgisi

Poeziyasının ana mövzuzu sevgi olan şairə - Dünya şairləri yazır

21 Sentyabr 2022 / 09:10

Bu gün Görkəmli şairə Nurəngiz günün doğum günüdür. Şairə haqqında dünya şairlərinin fikirlərini təqdim edirik:

Görkəmli türk şairəsi Gülsüm Çingiz “İnsancıl” dərgisində Nurəngiz Gün haqqında yazır: “Onun dın, ana və aydın, ziyalı kimliyi ilə də rastlaşdım. Qadın kimi bir tərəfdən cəmiyyət həyatında öz yerini tutub var olma mücadiləsinə qalxarkən, o biri tərəfdən ana olmağın, uşaq böyütməyin çətinliyi və gözəlliyini duymaq olar onun sətirlərində...” Sonra isə “son söz” yerinə qeydində əlavə edir: “ Mənim də şeirlərimdə yer verdiyim oxşar mövzular və misralarla rastlaşdım Nurəngiz Günün şeirlərində. Təəccüblənmədim. Çünki qadınların, şairlərin, insanam deyən insanın dili, düşüncəsi ortaqdır. Onun şeirləri ilə çıxdığım yolçuluqda davamlı olaraq həyat yolunu, yorğunluğunu, incikliklərini dərindən hiss etdim, onu həyata bağlayan bağları da...” Tanınmış rumın-moldovan ədibi, “Kvadrat” dərgisinin təsisçisi və baş redaktoru Nikolay Spetaru "Literatura şi Arta" qəzetində Nurəngiz xanım barədə belə yazır: “Nurəngiz Günün poeziyasında ilk başdan hiss etdiyin həssaslıq və oxucuya ünvanlanan ismarışın səmimiyyətidir. Ədəbiyyat kontekstində bu cürətli adddımdır, çünki sovet dönəmi hər cür özünəməxsusluğu istisna edirdi. Onun şeiriyyatı həyata həqiqi sevgi hissləri ilə doludur, qəlbin dərinliklərinin həqiqi səsi ilə dolub, onu şeiri həyəcanlandırır, düşündürür, çoxlu ekzistensial suallara cavab aramağa sövq edir oxucunu. Dili hədsiz dərəcədə lirikdir. İfadə etdiyi hər bir münasibətindən ciddi, hamıya sirayət edən poetik gizilti saçılır ətrafa...” “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəm isə Nurəngiz Gün yaradıcılığının ana xüsusiyyətini belə ifadə edir: “ Bu istedadlı qadın özünə ev bildiyi poeziyaya bütünlüklə dalır. Bu ev, bu dünya onun həm də sığınacağı, ibadət otağı, həyatının bütün məzmunudur. Görünür, onun şeirlərinin əksəriyyətinin duanı xatırlatması təsadüfi deyil... Somo Poeziya Evinin təsisçisi, görkəmli italyan şairəsi Laura Qaravaglia Nurəngiz Gün haqqında lacasadellapoesiadicommo.com şeir saytında yazır: “Sevgi onun poeziyasının ana mövzusudur. Amma özünün çox müxtəlif çalarları ilə bu sevgi enerji verir, gümrahlaşdırır, sanki dirildir də; bu görünür anlamaq və anlaşılmaq arzusundan doğur... Onun bəzi şeirləri sezilən vətəndaş mövqeyi və dəyərləri ilə hərəkətə keçir, varlığın isti nəfəsini sezdirir, oxucunu da o saat ələ alır, çünki vərdiş olunmuş boş ritorikadan uzaqdır...”

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.