Sona Vəliyevanın Qazaxıstanda yeni kitabı çap olunub
14 Aprel 2026 / 07:44
Tanınmış şair, Əməkdar jurnalist, filologiya elmləri doktoru Sona Vəliyevanın Qazaxıstanda “Ömür nağılı” (“Өмıр eртегıсı”, Almatı, 2025) adlı yeni şeirlər kitabı çap olunub. "Runa" nəşriyyatında işıq üzü görən kitabın tərcüməçisi və ön sözünü müəllifi tanınmış şair, ədəbiyyatşünas Sait Kamşıgerdir. Qeyd edək ki, bu günlərdə adı çəkilən kitab haqqında Almatıda yayımlanan "Qazax ədəvbiyyatı" qəzetində tanınmış qazax şairi İran-Ğayılın elmi-publisistik məqaləsi dərc edilmişdi.