Sənət və ədəbiyyat dərgisi

Cüneyt Arkın 85 yaşında dünyasını dəyişib

28 İyun 2022 / 10:36

Türkiyəli aktyor Cüneyt Arkın 85 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “CnnTurk” məlumat yayıb.

Əsl adı Fəxrəddin Cürəklibatır olan C. Arkın 500-ə yaxın film və serialda rol alıb. Məşhur aktyor “Malkoçoğlu”, “Batdal Gazi”, “Kara Murat” səhnə adları ilə böyük populyarlıq qazanıb.

O, əsasən “Yeşilçam”ın əfsanəvi ulduzları Türkan Şoray, Hülya Koçyiğit, Fatma Girik və Filiz Akınla layihələrdə yer alıb.

Qeyd edək ki, C. Arkın sonuncu dəfə bu ilin yanvarında vəfat edən həmkarı Fatma Giriklə bağlı hönkürə-hönkürə ağlayaraq verdiyi açıqlaması ilə gündəm olmuşdu.

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.