Daşlar şahiddirlər - Mariya Kobets +VİDEO
06 Oktyabr 2022 / 01:07
Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün-05 oktyabrda layihə Belarus şairəsi Mariya Kobets, onun Şuşa barədə ürək sözləri və Şuşaya ithafən yazdığı şeiri, qiraəti ilə davam edir.
Mariya Kobets /
tanınmış şairə, yazıçı
Əziz Azərbaycan vətəndaşları, Azərbaycan tarixinin və mədəniyyətinin həqiqi simvolu olan gözəl Şuşanın sakinləri, sizi səmimiyyətlə salamlayıram.
Təəssüf ki, hələ də sizin o tarixi şəhərdə olmamışam, amma dəqiq bilirəm ki, Qarabağda, dağların başında ucalan əsrarəngiz
Ona görə də səni bir daha salamlayıram,
İndi isə sənə ithaf etdiyim şeirimi oxuyacam,
*
Nə yaxşı ki, daşlar ölmür.
Böyüyür, hərəkət edirlər canlılar kimi...
Amma ölmürlər.
Daşlar şahiddirlər, hər şeyi xatırlayırlar.
Nə yaxşı ki, daşlar ölmür.
Ağsaqqal daşların nidasında
Sənin səsini eşidirəm,
Vaqifin, Nəvvabın sözündə, əməlində,
Qədim Pənahabadın nəbzində döyünürsən.
Uzun əsirlikdən, zindandan sonra,
Zəncirləri qırandan sonra
Qəlbin necə atır, hiss edirəm
Daşlı yollarında Pənah xanın
Güclü addım səslərini duyuram.
Qoca Qarabağın üzəriylə əsən
Azad küləkdə
Nəfəsini hiss edirəm,
Dağların başındakı
Hüdudsuz dumanların susqunluğunda.
Ağrını, kədərini hiss edirəm,
Ümidini, sevincini.
Hiss edirəm,
Daşların altından
Yenə necə cücərir, boy atır Xarıbülbül...
Tərcümə: Səlim Babullaoğlu