Heç kəs öz səbrindən uzun yaşamır - Fərid Hüseynin şeiri + VİDEO

05 Noyabr 2022 / 19:02
Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün – 05 noyabrda Azərbaycan şairi Fərid Hüseyn , onun Şuşanı salamlaması, ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edir.