Sənət və ədəbiyyat dərgisi

Azad Yaşardan yeni PARODİYA

19 May 2022 / 08:32

Azad YAŞAR

 

"DÜŞDÜ" RƏDİFLİ NEOQOŞMA

Bayaq evin tinində ustad Aşıq Ələsgəri gördüm. Qucağı ərzaqla dolu olsa da, halı xeyli pəjmürdə idi. Səbəbini soruşanda mənə nə desə yaxşıdır:

 

 

Karantin günündə, super marketdə

Gözüm bir maskalı xanıma düşdü.

Asqırdı, öskürdü, heç acımadı,

Qatil virusları qanıma düşdü.

 

 

Diaqnozu dedim, dərdini bildi,

Gördüm həm xəstədir, həm əhli-dildi,

Atəşi qalxsa da, gözündən güldü,

Güləndə “qada”sı canıma düşdü.

 

"Ələsgərəm", viruslardan halıyam,

Dedim: səndən keçdi, koronalıyam,

Dedi: Çindən gəldim, özgə malıyam,

Maskam qanadım tək yanıma düşdü.

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.