Sənət və ədəbiyyat dərgisi

Bir ildə dörd kitab

07 Sentyabr 2022 / 10:05

Bir ildə dörd kitab

 

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü, fəlsəfə elmləri doktoru, professor Rahid Uluselin bu il Azərbaycanda və Almaniyada nəşr olunmuş kitablarından sonra daha iki kitabını çalışdığı İnstitutun Elmi Şurasının qərarı ilə “Zərdabi” və “Qanun” nəşriyyatları çap etmişdir. Müəllifin “Azərbaycan mədəniyyətində Rəsul Rza və Anar” və “Azərbaycan: Bütöv, Güclü, Yenilməz (Sabir Rüstəmxanlının həyatı, mühiti, ictimai və ədəbi-mədəni fəaliyyəti)” adlı tədqiqatları onun müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi istiqamətində apardığı araşdırmalarının nəticəsidir.

 

İlk kitab Azərbaycan mədəniyyətinin tarixi-genetik bütövlüyünün dərk olunması və yaradılmasında müstəsna xidmətləri olan Rəsul Rza və Anar yaradıcılığının tədqiqinə, hər iki sənətkarın geniş spektrli ədəbi-ictimai fəaliyyətinin, onları əhatə edən mədəni-estetik məkanın öyrənilməsinə həsr edilmişdir.

 

Digər kitabda isə Millət vəkili, Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlının həyatı, ədəbi fəaliyyəti və çevrəsindən, milli tarix qarşısında vətəndaş məsuliyyətini aktuallaşdıran miqyaslı yaradıcılığının bütün nəsillər üçün gərəkliyindən, bu görkəmli ictimai-siyasi xadimin Azərbaycanı bütöv, güclü və yenilməz etmək çabalarından söz açılır. 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.