Sənət və ədəbiyyat dərgisi

İncinin sirri - Sanya Lukiç

03 Noyabr 2022 / 16:13

 

"Şuşaya salam!", XXXIX şair

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün – 03 noyabrda Bosniya-Herseqovina şairəsi Sanya Lukiç, onun Şuşanı salamlaması, ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edir.

 

 

Sanya Lukiç / Bosniya-Herseqovina

 

Salam Azərbaycan.

Mən şairə Sanya Lukiçəm, Bosniya-Herseqovinadan.

Mənim üçün Azərbaycan mədəniyyətinin incisi olan şəhərə, “Şuşa ili”nə həsr olunmuş şeir marafonunda iştirak etmək böyük şərəfdir.

Şuşa, salam!

Sənin üçün “İncinin sirri” şeirini oxuyacağam.

 

“İncinin sirri”

Sizin duanızda,

mənim beynimdə!

Sizin arzunuzda,

mənim ümidimlərimdə!

Mənim qəlbimdə,

sizin dodaqlarınızda!

Mənim sükutumda,

sizin ahınızda!

Sizin gözlərinizdə,

mənim intizarımda!

Sənin qığılcımında,

mənim atəşimdə!

Sənin istində,

mənim külümdə!

Siz toxumsuz, mən torpaq!

Siz susunuz, mən səhra!

Sənin yaralarını sağaldacam.

Siz həyatsız, mən eşq!

 

Tərcümə: Səlim Babullaoğlu, Rasim Aslanov

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.