Sənət və ədəbiyyat dərgisi

Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi qastrol səfərinə hazırlaşır

18 Sentyabr 2023 / 21:35

Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi qastrol səfərinə hazırlaşır

Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100, Azərbaycan peşəkar milli teatrın yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində teatrların regionlara təşkil olunan qastrol səfərləri davam edir.

Bu çərçivədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sentyabrın 20-də Qusar Dövlət Ləzgi Dram Teatrında Yevgeni Şvartsın "Qırmızı papaq" nağılı əsasında hazırlanan eyniadlı əsəri ilə çıxış edəcək. 

Tamaşanının quruluşçu rejissoru Əməkdar İncəsənət xadimi Bəhram Osmanov, quruluşçu rəssam Elşən Sərxanoğlu, bəstəkar Əməkdar İncəsənət xadimi Sərdar Fərəcovdur. 

Birhissəli səhnə əsərində aktyorlar Səbinə Məmmədzadə, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Zümrüd Quliyeva, Zülfiyyə Alhüseynova, Elşən Hacıbabayev, Ədalət Əbdülsəməd, Müşfiq Əliyev iştirak edirlər. 

Qırmızı papaqlı qız uzaqda yaşayan nənəsinin yanına getmək istəyir. Lakin bu yollar çox təhlükəlidir. O yolda ayı, canavar, tülkü kimi heyvanlar var. Buna baxmayaraq, Qırmızı papaq yola düzəlir. O, həqiqətən yollarda və nənəsin evinə çatanda belə çətin maneələrlə qarşılaşır.

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.