Sənət və ədəbiyyat dərgisi

Ruhumuzun poeziyası - Tolqan Mamayev yazır

07 Sentyabr 2022 / 07:28

To­lo­qon Ma­me­yev

Qır­ğı­zıs­tan Res­pub­li­ka­sı­nın Xalq şai­ri,

Bay­dıl­da Sar­no­qo­yev adı­na müka­fa­tın lau­rea­tı,

Ümumdün­ya Əq­li Mülkiy­yət Təş­ki­la­tı­nın

qı­zıl me­dal lau­rea­tı

 

Ru­hu­mu­zun poe­zi­ya­sı

 

“Axı Mar­ka­bay də­yər­li he­sab et­mə­di­yi şe­ir­lə­rin tərcü­mə­si­ni öz üzə­ri­nə götürməz­di” – de­yə düşünə­rək ki­tab­la ma­raq­lan­dım. Tərcü­mə ki­fa­yət qə­dər ge­niş həcm­də ol­du­ğu­na görə tə­ləs­mə­dən oxu­ma­ğa baş­la­dım.

Am­ma əv­vəl­cə şai­rin şəx­siy­yə­ti ilə ta­nış ol­maq is­tə­dim. Öyrən­dim ki, hər­tə­rəf­li is­te­da­da ma­lik Azər­bay­can şai­rə­si 1962-ci il­də Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı­nın Şə­rur ra­yo­nun­da ana­dan olub. 1984-cü il­də Azər­bay­can Dövlət Mə­də­niy­yət və İn­cə­sə­nət İns­ti­tu­tu­nu bi­ti­rib.

O, ya­ra­dı­cı­lıq xid­mət­lə­ri­nə görə “Əmək­dar jur­na­list” fəx­ri adı­na la­yiq görülüb. Bun­dan baş­qa, o, Azər­bay­can Ya­zı­çı­lar Bir­li­yi­nin üzvü, fəl­sə­fə elm­lə­ri dok­to­ru­dur.

So­na Və­li­ye­va­nın ya­ra­dı­cı­lıq yo­lu ilə ta­nış ol­duq­da onun ar­tıq ki­fa­yət qə­dər ta­nın­mış müa­sir şa­ir ol­du­ğu­nu gördüm.

O, 2007-ci il­də ilk “Çəh­ra­yı rəng­li dünyam” ad­lı şe­ir­lər ki­ta­bı­nı, da­ha son­ra isə bir çox şe­ir top­lu­la­rı­nı nəşr et­dir­miş və be­lə­lik­lə, öz oxu­cu­la­rı­nı tap­mış­dır. Onun poe­zi­ya­sı oxu­cu­nu va­leh edə bi­lib. Bun­dan baş­qa, S.Və­li­ye­va­nın şe­ir­lə­ri və el­mi mə­qa­lə­lə­ri bir çox dil­lə­rə tərcü­mə olu­nub.

 

Əl­bət­tə, şai­rin çox­şa­xə­li is­te­da­dı və zəh­mət­keş­li­yi ba­rə­də xey­li da­nış­maq olar, am­ma mən bi­la­va­si­tə şe­ir­lə­rə keç­mək is­tər­dim. Sözsüz ki, So­na Və­li­ye­va­nın öz tor­pa­ğı­nı se­vən və­tən­pər­vər şəxs ol­ma­sı şe­ir­lə­ri­nin hər mis­ra­sın­da hiss olu­nur.

Azər­bay­can əra­zi­si­ni zəbt edən er­mə­ni iş­ğal­çı­la­rı ilə olan prob­lem­lər şai­ri ol­duq­ca na­ra­hat edir. O, “Üstünə” ad­lı şei­rin­də ya­zır:

 

Əl­dən yur­du ge­dən adam,

Səbr edib ölmə­yən adam.

Bu ta­le­yə asi ol­lam,

Ge­dib Ya­ra­dan üstünə.

 

Şai­rin düşüncə­lə­ri­ni əks et­di­rən bu cür və­tən­pər­vər sə­tir­lər ru­ha to­xu­nur. Se­vin­di­rir ki, böyümək­də olan nə­sil üçün nümu­nə olan Və­tə­nə, tor­pa­ğa, sev­gi So­na xa­nı­mın poe­zi­ya­sın­da qır­mı­zı xət­lə ke­çir. Bu fi­kir­lər həm də “Öncə can sağ­lı­ğı” de­yən şəxs­lə­rə” şei­rin­də hə­ya­tı şən­lik ov­qa­tı ilə ya­şa­yan­la­ra müra­ci­ət­də  nə­zə­rə çat­dı­rı­lır:

 

 

İçi­miz bo­şal­dı tor­paq­dan öncə,

Son­ra can göründü Və­tən ye­ri­nə.

“Öncə can sağ­lı­ğı!” de­yən kəs­lə­rin

Yur­du qur­ban get­di bə­dən ye­ri­nə.

 

Bu sə­tir­lər qəl­bə xən­cər ki­mi san­cı­lır. Ne­cə de­yər­lər: kai­na­tın hər han­sı fa­ciə­si şai­rin qəl­bin­dən ke­çir, bu cür sə­tir­lə­ri an­caq və­tən­pər­vər-şa­ir, bir də Və­tən uğ­run­da ölümə get­mə­yə ha­zır olan­lar, Və­tən na­mi­nə hə­ya­tı­nı əsir­gə­mə­yən­lər ya­za bi­lər. Məhz şai­rin fə­da­kar­lı­ğı oxu­cu­nu cəlb edir, hiss­lə­ri oya­dır və dünya­nın son­suz­lu­ğu­nu ya­da sa­lır. De­mək is­tə­yir­sən ki: “Azər­bay­can şai­rə­si­nə eşq ol­sun!”

Şe­ir­lə­ri oxu­yar­kən həm də “əgər hər bir Azər­bay­can və­tən­da­şı bu xa­nım ki­mi və­tən­pər­vər ol­say­dı, bəl­kə də, tor­pa­ğın bir­cə qa­rı­şı be­lə iş­ğal­çı­la­rın əli­nə keç­məz­di” de­yə dü­şündüm...

Şa­ir elə ilk sətr­lə­rin­dən poe­tik vəcd ha­lın­da qə­lə­mə al­dı­ğı hiss olu­nan  “Çə­ki­lin yo­lum­dan mə­nim”  şei­rin­də ya­zır:

 

Xır­da-ye­kə Ad adam­lar,

Dost adam­lar, yad adam­lar.

Ye­ri-göyü ya­ra­dan var,

Dan­ma­yın, dan­ma­yın mə­ni.

Şa­ir So­na sev­gi li­ri­ka­sı­na müra­ci­ət edir. İs­tər sev­gi­li­yə, is­tər­sə də sa­də­cə bə­şə­riy­yə­tə sev­gi ol­sun – hiss­lə­ri­ni elə bir od-alov­la qə­lə­mə alır ki, oxu­cu onun sev­gi odun­da alov­lan­dı­ğı­nı düşünür. Öz növbə­sin­də oxu­cu­lar da So­na xa­nı­mın şe­ir­lə­ri­nə aşiq ola­raq, öz sev­gi­lə­ri­ni ya­da sa­lır­lar. O, sa­də bir oğ­la­nın qon­şu qı­za sev­gi­si haq­qın­da da xüsu­si poe­tik vir­tu­oz­luq­la bəhs edir. “Heç de­mə, sev­gi­ni bu cür sa­də yol­la da tə­rənnüm et­mək olar­mış”, – “Qon­şu­da qız se­vən oğ­lan” şei­ri­ni oxu­yan  oxu­cu ifa­də tər­zi­nin axı­cı­lı­ğı­na tə­əccüb­lə­nir:

 

...Çi­çə­yə, yar­pa­ğa ya­zıb sev­gi­ni,

Külək­lə, ya­ğış­la, günəş­lə yol­la.

 

Nə de­mək olar... Nə qə­dər ki, se­vən qəlb­lər qo­vuş­ma­yıb, bir-bi­rin­dən ötrü da­rıx­ma­ğa da­vam edə­cək­lər. 

Bə­zən şa­ir  gündə­lik qay­ğı­lar­la məş­ğul ol­duq­da hə­qi­qi poe­zi­ya­dan uzaq­la­şa bi­lər. Ya­ra­dı­cı­lı­ğın möcüzə­si də məhz on­da­dır: əgər sən diq­qə­ti­ni ya­yın­dı­rıb, poe­zi­ya­ya xə­ya­nət et­sən, poe­zi­ya sən­dən qi­sas ala bi­lər. Bu­na görə də So­na Və­li­ye­va şe­ir­lə­rin qar­şı­sın­da “diz çökə­rək on­lar­dan  üzr is­tə­yir”.

 

Bir ki­şi­nin say­ğı­sı­na,

Bir cüt ba­la­mın qay­ğı­sı­na,

evi­min, gün-güzə­ra­nı­mın

aya­ğı­na yaz­dım sə­ni,

yaz­ma­dı­ğım şe­ir,

ba­ğış­la mə­ni.

 

Bütün şa­ir­lər bu cür eti­raf edə bi­­lər­­mi­­? Bu, böyük prob­lem­dir, çə­tin su­al­dır! Hər bir şa­ir “mən özümüzə he­sa­bat ve­rə bi­­lə­­rəm­­mi­­?” sua­lıy­la üz-üzə­dir. An­caq hə­qi­qi şa­ir açıq-aş­kar su­rət­də bu­na  qa­dir­dir. Mən isə ina­nı­ram ki, So­na Və­li­ye­va  hə­qi­qi, özü də nə­həng po­ten­sia­lı olan şa­ir­dir. Sə­nə uğur­lar ar­zu edi­rəm, qar­daş Azər­bay­can xal­qı­nın qı­zı!

 

Tərcü­mə edən:

Xa­ti­rə Nurgül

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.