Sənət və ədəbiyyat dərgisi

Günay Əfəndiyeva Özbəkistan Respublikasının Mədəniyyətvə Turizm naziri Ozodbek Nazarbekov ilə görüşüb

14 Aprel 2023 / 11:15

Günay Əfəndiyeva Özbəkistan Respublikasının Mədəniyyət

Turizm naziri Ozodbek Nazarbekov ilə görüşüb

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təşkilat tərəfindən Daşkənddə keçirilən “Şuşa günləri” çərçivəsində Özbəkistan Respublikasının mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov ilə görüşüb.

Görüşdə türk dövlətləri arasında qarşılıqlı münasibətlərin hazırda yüksələn xətlə inkişafından söz açılıb. Türk xalqlarının sahib olduqları ortaq mədəniyyət onların bir-birinə yaxınlaşdırılmasında mühüm amil kimi dəyərləndirilib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Türk dünyasına məxsus milli-mənəvi dəyərlərin qorunması və beynəlxalq aləmə çatdırılması üzrə aparılan işlərin önəmi qeyd olunub. Fondun bu səpkidəki fəaliyyətinin türk dövlətlərinin mədəni və dostluq əlaqələrinin gücləndirilməsində əhəmiyyətli rol oynadığı bildirilib. Fond tərəfindən Özbəkistanın mədəniyyətinin tanıdılması ilə bağlı nəşrlərin, o cümlədən özbək xalqının böyük şairi və mütəfəkkiri Əlişir Nəvainin ədəbi irsinin təbliği yönündə kitabın yayınlanması yüksək qiymətləndirilib. Təşkilatın “Böyük İpək yolu üzərində türk dövlətləri”, “Türk Dünyası Mirası Osmanlı arxivlərində” və digər layihələrində Özbəkistanın iştirakının vacibliyi vurğulanıb. Daşkənddə həyata keçirilən “Şuşa günləri”nin Azərbaycan ilə Özbəkistanın mədəni sahədə əməkdaşğına töhfə verdiyi qeyd olunub.

Görüş Fond ilə Özbəkistan arasında qarşılıqlı tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi ətrafında fikir mübadilələri ilə davam edib.

Görüşdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və Fondun layihə meneceri Talgat Muxanov iştirak edib.

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.