Sənət və ədəbiyyat dərgisi

Günay Əfəndiyeva Çingiz Aytmatovun ev muzeyini ziyarət edib.

03 Oktyabr 2023 / 12:03

Günay Əfəndiyeva Çingiz Aytmatovun ev muzeyini ziyarət edib

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qırğızıstana səfəri çərçivəsində böyük qırğız yazıçısı Çingiz Aytmatovun ev muzeyini ziyarət edib. Fondun prezidenti görkəmli ədibin bacısı Roza Aytmatova ilə görüşüb.

Ev muzeyində Günay Əfəndiyevaya Çingiz Aytmatovun yaradıcı irsi ilə bağlı geniş məlumat verilib. Roza Aytmatova Fondun prezidenti ilə yazıçının həyatı və ədəbi uğurları haqqında xatirələrini bölüşüb.

Günay Əfəndiyeva görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun xatirəsini ehtiramla yad edərək, Fondun ədibin irsinin təbliği yönündə fəaliyyətlərindən söz açıb. O, 2018-ci ildə təşkilat tərəfindən Çingiz Aytmatovun 90 illik yubileyinin Azərbaycanda qeyd olunması və “Cəmilə” povesti əsasında qırğız dilində tamaşanın nümayişini, eləcə də bu il yazıçının 95 illiyinin keçirilməsinin və xüsusilə səhnələşdirilmiş "Ana Tarla" əsərinin nümayişinin böyük rəğbətlə qarşılanmasından bəhs edib. Günay Əfəndiyeva Fondun dəstəyi ilə böyük yazıçının yeni kitabının yaxın zamanda işıq üzü görəcəyini diqqətə çatdırıb.

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.