Göyə şübhə daşı atdım - Moris Posxişvilinin şeirləri
08 Fevral 2023 / 16:55
MORİS POSXİŞVİLİ
Moris Posxişvili (1930 – 1997) ötən əsrin ikinci yarısında altmışıcılar kimi tanıdığımız gürcü şairlərini pleadasında öz yeri və dəstxətti olan ən görkəmli şairlərdəndir. Onun məhəbbət şeirləri şairin qələmindən çıxan kimi dilllərdə gəzir, nəğmələrə çevrilirdi. Elə bu yerdə deyim ki, məşhur gürcü ifaçısı Vaxtanq Kikabidzenin repertuarında olan mahnıların əksəriyyətinin mətni məhz Morisə məxsisdur.
Bədii söz aləminin sərt qaydaları əzəldən belə olub ki, şair və nasirlərin bəziləri (bəlkə də böyük əksəriyyəti) vəfat edən kimi əsərləri də vəfalı zövcələr sayaq (sanki müəllifin ölümünə dözməyib) ölüb gedir. Morisin bu gözəl şeirləri isə şairin çox da uzun sürməyən həyatında da, həyatından sonra da öz yaşarılığı ilə müəllifin ölməzliyini isbat etdi.
OVÇULUQ
Ovçu tulası tüyünür,
Hey dalğalanır tarla.
Gəzir bildirçin otlaqda,
Uçsa vuralar, Vallah!
Pırıldamamış o quşa
Dəyən, dolaşan kimdi!
Bəlkə də mənim öz ömrüm
Buna bənzəir indi.
Hələ ki yerdə gəzirəm,
Məndən razıdır hamı,
Elə ki, qalxdım göylərə,
Dolcaq nifrət camı.
Paxıllıq oxu qopacaq,
Pislər gələcək cuşa...
Hələ ki, gəzir otlaqda,
Heç kəs dəyməyir quşa...
Hava barıdlı saçmalı,
Hey dalğalanır tarla.
Mən uçmalıyam, uçmalı,
Nə olar olar, Allah!
SONUNCU FAYTONCU
(Vaxtanq Kikabidzeyə)
Məni xatırlayır qədim Tbilisi,
Qəmli ürəyim dindi.
Keçmişin məhşur bir faytoncusu
Piyada gəzir indi.
Çətindir, çətin vaxtsız qocalıq
Vaxtsız ölüm də ağır...
Yağışdı yağan, elə bilməyin,
Gözdərimdən yaş axır.
Bu güneylərdə qızır kürəyim,
Artıq qızmayır beynim...
Nə üçün gəldim, nə deyəcəkdim,
Yadıma düşmür, neynim...
Nə faytonum var, nə də atlarım...
Görünür, bəxtim yatır...
Soruşun, məni hara aparır
Fani dünyanın atı?
Gedirəm...Yamanca çətindir getmək,
Günahım varsa keçin ...
O son nəğmənin əvəzinə də
Süzün, son dəfə içim...
Dərdimi bağladım barxanam kimi,
Bükdüm dumana çənə...
Tbilisi, sonuncu qaraçuxalı
Əlvida deyir sənə!...
DOĞMALIQ BALLADASI
Öz-özümə acıqlanıb
Ayağımı yerə vurdum.
Torpaq dindi, vurma, bala,
Mənəm sənin ana yurdun!
Ağac kəsdim...başqa ağac
dayandırdı səslə məni,
Dedi: ayə, tanımadın
Qardaşınam kəsmə məni!
Gül üzürdüm, qorxmuş çiçək
Gülümsündü acı-acı,
Dedi, qardaş, üzmə məni,
Mən bacınam, zərif bacın!
Çaya girdim, bulanırdı
su şüşə tək sına-sına.
Çay dilləndi, ədə, məni
Bulandırma qadınınam
Yol üstəydim, yolu azdım,
Gedib düşdüm bir dalana.
Yol uzatdı qollarını,
Atma məni, mən balanam!
Göyə şübhə daşı atdım,
Ah, az qaldı səma sına...
Göy açıldı, göy dilləndi,
Dönmə məndən, inamınam!
Yerə, göyə, ağaclara,
Çiçəklərə baş əyirəm.
Öz çayımdan su içərək,
Öz yolumda yaşayıram!
BAZAR GÜNÜ HEYVANAT PARKINDA
Qəfəsdə döyükür pələnglər, şirlər,
Gəfəs dönüb olub bir zindan qala...
–Ata, şirlər hər an nərildəyirlər?
–Hərdən bir şirlər də susurlar, bala
Bir meymun dırmanıb minir tavana,
Nilos intizarı timsaha yara...
–Ay ata , ay ata, kəpənək hanı?
–Kəpənəklər çöldə uçurlar, bala!
Uşaq qaçır, qaçır... Xöşbəxt quşların
Cəhcəhi çevrilir susmaz bir tara.
–Ata quşlar daim oxuyurlarmı?
–Bəzən quş oxumur, ağlayır, bala!
Uşaq evi anır, axtarır yolu,
Birdən rəngi qaçır, çəkilir dala.
–Ata küçəmizdə canavar olur?
–Canavar küçədə nə gəzir, bala?!
Axşamdır. Uşağın dolaşır dili,
Heyvanlar, qəfəslər dönürlər lala...
–Ay ata, anası yatırdır şiri ?
–Şiri də anası yatırdır, bala!
ÖTƏRİ DƏMİN BÖYÜKLÜYÜ
Ömür, doğurdanda, ötəri dəmdir,
Həmin kiçik dəmə sığır bu aləm.
Dünyada hər canlı bu dəmdə cəmdir
Lakin bəzən dəmə sığmır bir lalə...
Yerləşmir bir ana bir gül muradı,
Bəlkə çiçəkləri an boyda biçək...
Xoşbəxtlik deyilsə o anın adı,
Bir ana sığammaz bir azad çiçək...
GÜRCÜ DİLİNDƏN TƏRCÜMƏ EDƏNİ
İMİR MƏMMƏDLİ