Sənət və ədəbiyyat dərgisi

Musa Yaqubun qəbiriüstü abidəsi ucaldılıb + FOTO

27 Aprel 2022 / 07:52

Bu gün mərhum Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsi ucaldılıb.

Bu barədə APA-ya şairin nəvəsi Rüfət Qarazadə məlumat verib.

 

 

O bildirib ki, abidənin açılışı mayın 7-də, mərhum şairin vəfatının ildönümündə baş tutacaq.Qeyd edək ki, Musa Yaqub ötən il mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində vəfat edib. O, vəsiyyətinə uyğun olaraq kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.

 

 

Xatırladaq ki, heykəlin müəllifi Xalq rəssamı Natiq Əliyevdir.

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.