Sənət və ədəbiyyat dərgisi

Əllərini göyü üzünə dua kimi açan şair - Vaqif Bayatlı Odər haqqında

02 Oktyabr 2023 / 13:27

 

Sona Vəliyeva

 

Əllərini göy üzünə çiçək kimi açan şair...

 

(Göy üzünü ayaq­yalın gə­zən, Al­la­ha doğ­ru ayaq­ya­lın yüyürən, qəl­bi ye­ni do­ğu­lan körpə ki­mi tər­tə­miz, ço­cuq­la­şa-ço­cuq­la­şa saf­la­şan ru­huy­la Əraf­dan ke­çib bi­zi də əl­lə­ri­mi­zin göy üzünə çi­çək ki­mi açıl­ma­sı­na ça­ğı­ran, “yup­yum­ru” Eş­qin sa­hi­bi Va­qif Ba­yat­lı­ya ünvan­la­nan su­al­la­rı­ma ca­vab al­maq üçün ya­zı­lan açıq mək­tub...)

 

Mil­yon il­lə­rin o üzündə nə var, nə yox, şair? O il­lər­dən ba­xan­da in­san oğ­lu­nun mə­nə­vi bi­çi­mi ye­­rin­­də­­mi­­?

Bəl­li­dir, hər şey­dən, yer­dən, göydən, lap hər şey­dən öncə yal­nız Ya­ra­dan var... “Ol” de­yin­cə hər şe­yi “ol”du­ran, var edən, bölən, böldürən, ar­tı­ran, ço­xal­dan, hə­rə­kət və bə­rə­kət mən­bə­yi ki­mi kai­na­tın var­lı­ğı­nı son­suz­lu­ğa doğ­ru, özü bil­di­yi vax­ta qə­dər var edən Al­lah var... Al­lah­dan in­sa­na, in­san­lı­ğa gə­lən yol­da mil­yon il­lər ər­zin­də çox su­lar ax­dı; gah du­rul­du, gah da bu­la­nıq ola­raq qal­dı.

Rə­him, Rəh­man xis­lə­tiy­lə kai­na­tı yönəl­dən, tək olan Al­lah! Ye­rin-göyün “ol”ma­şı­na ni­zam ve­rən Tan­rı­ya üz tu­tan şai­rin Göylə­rin lap di­bi­nə­dək ge­dən sə­ya­hə­tin­dən bi­zə çat­dır­dıq­la­rı onun könül gözünün gördüklə­ri­dir:

 

Va­rı-yo­xu di­bin­də daş,

Ya­nın­da da daş ba­la­sı.

Bu göy üzündən o ya­na

Tan­rıy­la öyünə-öyünə

Se­vi­nə-se­vi­nə axan su.

 

Göyün, Ye­rin bünövrə­si­nə “daş” qo­yan Tan­rı­nın da­şa “daş ba­la­sı” ki­mi hə­yan ya­rat­ma­sı, su­yun göy üzündən o ya­na dönüb gəl­mə­siy­lə, Tan­rı­ya şükürlər­lə öyünə-öyünə ax­ma­sı­nı görən, bi­lən bu gər­di­şə şa­hid olan ne­çə şa­ir var bu dünya­­da­­?

Şa­ir, biz ha­mı­mız tə­biə­tin bir par­ça­sı­yıq, bu, bir hə­qi­qət­dir. Tə­bi­ət­də­ki bütün var­lıq­la­rın in­san cis­min­də, hət­ta kim­yə­vi təs­di­qi mövcud­dur... De­mə­li, Al­lah bi­zi zər­rə-zər­rə tə­bi­ət­lə hə­ma­həng ya­ra­dıb ki, ONUN var­lı­ğı­nı in­sa­noğ­lu hər an dərk et­sin. Am­ma ça­yın için­də bir qo­nur da­şın rən­gin­dən gözlə­ri­nə uy­ğun rəng doğ­ma­lı­ğı duy­maq və bu­nu ta­le­yi ki­mi qə­bul et­mək, daş­da qar­daş doğ­ma­lı­ğı tap­maq si­zi ye­nə göyün yer­də­ki ada­mı ki­mi “ələ ve­rir”:

 

O bu­laq için­də bir qo­nur daş

ta­le­yim­di mə­nim

biz qar­daş ki­mi do­ğul­say­dıq,

O, bu­laq gözündə do­ğul­du an­caq,

Mən in­san gözündə, in­san şək­lin­də.

O da­şın qo­nu­ru o gündən bə­ri

qar­daş rən­gi­tək gözümdə qa­lıb...

 

Bə­li, şa­ir, gözlə­ri­miz qa­ra, qo­nur, ma­vi daş­lar­la “qar­daş­la­şa­raq” bu­laq ta­le­yi­ni ya­şa­yır, bir kövrək mə­qam­da daş al­tın­dan çağ­la­yıb ürə­yi­mi­zi qəl­pə-qəl­pə söküb apa­rır.

 

Yup­yum­ru eş­qin sa­hi­bi şa­ir qar­da­şım, dünya gir­də­dir, yum­ru­dur yo­lu, do­la­na-do­la­na in­san­la­rı bir-bi­ri ilə rast­laş­dı­rır, ha­di­sə­lər ox­şar­dır, tək­rar­la­nır, yol­lar dünya­nın be­li­nə do­lan­dıq­ca so­nu ha­mı­mı­zı ey­ni mə­ka­na apar­ma­ğa yönə­lib. Yum­ru, gir­də ya­ra­dı­lan dünya­nın baş­qa qa­çış, çı­xış yo­lu yox­dur. Al­lah bi­lə­rək­dən ölçü-bi­çi­li ya­rat­dı bütün kai­na­tı... Ye­rin hə­rə­kə­ti yol­la­rı dünya­nın və bi­zim ömrümüzdən ke­çi­rə­rək, ha­mı­mı­zı bir mə­kan­da, il­kin Və­tən­də, gəl­di­yi­miz yer­də, Al­lah hüzu­run­da məs­kun­laş­dı­ra­caq... Am­ma bi­zə hə­rə­kət qüvvə­si ve­rən EŞ­QİN bu dünya­da ne­çə şa­ir yum­ru ol­du­ğu­nu gördü, dərk edə bil­­di­­?

Göy üzü, göy üzündə olan­lar ha­mı­mı­zın “Ol”dan əv­vəl­ki ömrümüzdə gördüklə­ri­miz, için­dən gəl­dik­lə­ri­miz, nə­dən do­ğu­lu­şu­muz­dan qırx gün müddə­ti­nə yad­da­şı­mız­dan po­zu­lub, ye­ni­dən ya­zı­lı­r?

İla­hi bil­gi­lə­rin, mə­lək yad­da­şı­nın yer ca­zi­bə­sin­də iti­ril­mə­si bir an­lıq ömrümüzdə “lövhü-məh­fuz­da” ya­zı­lan qis­mə­ti­dir­sə, Ye­rin dər­di çox ağır­dır, şa­ir... “Eheyy, göy üzünün üzündə­ki­lər, kim­si­ni­z?” – de­yə səs­lən­sək də, göyün sir­ri sirr ola­raq qa­lır, hər kə­sə açıl­mır. Bəl­kə, in­san elə göyü, göy sa­ki­ni ol­du­ğu­nu unu­da­raq yer­də “mə­nəm-mə­nəm­lik” id­dia­sı­na, nəf­si­nin bə­la­sı­na bu­na görə düçar olu­r? Siz­dən so­ru­şub bil­mək is­tə­dim, göy üzünün o üzündən bu üzünü din­lə­yər­kən, göyə yer­dən, ye­rə göydən ba­xar­kən “Eşq”in Tan­rı­ya ça­ta­ca­ğı yol­da ya­ra­nan çə­tin­lik­lə­rə bəx­tə­vər­lik de­mək olar­­mı­­?

 

Hər an üzü Al­la­ha tək bir yol olar an­caq,

Al­lah görünməz, du­yu­lar an­caq.

 

– mə­qa­mı­na qə­dər ovu­du­la bil­mə­yən tən­ha­lıq­lar, kə­dər­lər, sev­gi­lər ne­çə kə­rə ya­nıb, kül olub, öz yox­lu­ğun­dan “var” ol­ma­ğa, əbə­di­lik qa­zan­ma­ğa İla­hi rüsxət ala bil­­di­­mi­­? Be­lə­cə, yox­dan var ol­ma­ğa gə­lən yo­lun əzab­la­rı­nın se­vinc, kə­də­ri­nin nə­şə, ölümün isə əsl hə­yat, əbə­di ömür de­mək ol­du­ğu­nu öyrə­dən mə­nə­vi yüksə­li­şin sir­ri­nə hər adam Va­qif ol­maz. Ən böyük eş­qin göz yaş­la­rı­nın mən­bə­yi­nin “göy üzündən o ya­na Tan­rıy­la öyünə-öyünə, se­vi­nə-se­vi­nə axan su”dan baş­la­ma­sı da hə­qi­qət­dir. Əks hal­da, bütün doğ­ma­la­rı­nın yox­lu­ğun­da Al­lah­dan tə­səl­li bu­lan in­san oğ­lu, Al­la­hı­nı iti­rən­də, can­lı me­yi­tə çev­ri­lib, sər­gər­dan ol­maz­dı ki...

Tan­rı­nın dər­ki də, ona sev­gi­lər də, tökülən göz yaş­la­rı da eş­qin çə­ki­sin­də in­sa­na qa­nad bi­çi­mi ve­rir­miş, yüksə­liş üçün, Tan­rıy­la qo­vuş­maq üçün:

 

Göyün göz ya­şın­dan sər­xoş,

ca­nın qəm­dən!

Ağ­la­ma, dur!

Əsl göz ya­şı ağ­lan­mır,

əsl göz ya­şı udu­lur...

 

Var ol­sun içi­miz­də udu­lan müba­rək göz yaş­la­rı!

Əziz şa­ir, udu­lan göz ya­şın­da içi­mi­zin uc­suz-bu­caq­sız ge­niş­li­yi qa­rış-qa­rış yu­yu­lub arı­nır, tə­miz­lə­nir, dua­lar­dan büllur qa­nad ta­xa­raq, eşq səc­ca­də­sin­də and na­ma­zı qıl­dı­rıb, bi­zi göy Və­tə­ni­nə sa­kin ol­ma­ğa uğur­la­yır... Am­ma hər adam ge­dib ORA ça­ta bil­mir. Göylə­rin sa­ki­ni olan şai­rə, yer­də qəsr­lər, sa­ray­lar ucal­dıl­sa da, göyün qa­rı­şı­na be­lə də­yiş­məz:

 

Ölümsüzlük sə­ni di­lər,

Ölüm hər ada­ma gə­lər,

Ölümsüzlük gəl­məz, ge­di­lər...

 

– de­yir­si­niz... Bə­li, ge­di­lir, ye­rin nəf­sin­dən, qal­ma­qa­lın­dan, bəh­sə-bəh­sin­dən, var-dövlət ya­rı­şın­dan azad ola­rıq, qə­fəs­dən uçub, azad­lıq qa­za­nan quş ki­mi...

 “An” mə­sə­lə­si­ni so­ru­şa­caq­dım, şa­ir...

Əziz şa­ir, si­zin üçün əsas olan ru­hu­nu­zun ta­ri­xi­dir, ru­hu­nu­zun ölməz­li­yi­dir... “Cis­ma­ni, fi­zi­ki it­ki­lə­rin ta­ri­xi “an” mə­sə­lə­si­dir” de­yir­si­niz... Elə isə dünya­da in­san­lar “an”lıq ya­şam­la­rın­da bu qə­dər da­ğın­tı­la­ra, müha­ri­bə­lə­rə, in­san ölümlə­ri­nə, göz yaş­la­rı­na sə­bəb ola­raq et­dik­lə­ri əməl­lər­lə Al­la­ha qar­şı çıx­­mır­­lar­­mı­­? Elə isə dünya hə­ya­tı an ola­raq bit­dik­də, gözlə­ri qa­pa­na­na ya­xın, “dünya söndükcə sən görünürsən, İla­hi” fik­ri doğ­ru­lan an Al­lah qar­şı­sın­da əməl im­ta­ha­nı­nın ca­va­bı ya­şam tər­zi ki­mi öncə­dən öyrə­nil­mə­li de­­yil­­di­­mi­­? Şə­rin tə­lim­çi­si­nə uy­ma­ma­ğa ça­ğı­ran dörd müqəd­dəs sə­ma­vi ki­ta­bın göstər­di­yi qur­tu­luş, xi­las yo­lu­nu unut­ma­ğa nə­lər ma­ne ol­du, şair?

Di­ni rə­va­yət­lər­də de­yi­lir ki, on ikin­ci imam Meh­di­nin zühu­ru ilə yer üzü ye­ni əmin-aman in­ki­şaf mər­hə­lə­si­ni ya­şa­ya­caq. Si­lah­lar eks­po­na­ta çev­ri­lə­cək və ya qurd qu­zuy­la ot­la­ya­caq. Be­lə bir za­man mər­hə­lə­si­nə in­san­lıq qə­dəm qo­ya­ca­ğı­na göy sa­ki­ni ola­raq ümi­di­niz var­mı, şair?

“Ci­na­yət” və “cə­za” sözlə­ri­nin lüğət­dən si­lin­mə­sin­də, iş­ğal, müha­ri­bə, nif­rət və irq­çi­lik, əzən və əzi­lən tə­bə­qə­lə­rin nə de­mək ol­du­ğu­nun mə­na­sı­nın lüğət­lər­dən ax­ta­rı­la­ca­ğı vax­tın-za­ma­nın ye­tiş­mə­si­nə in­san­lı­ğın saf­laş­ma­sı­na, arı­nıb, du­rul­ma­sı­na şei­rin gücü ye­­tər­­mi­­? Axı Yer üzünə in­sa­nın Tan­rı tə­rə­fin­dən tər-tə­miz, hət­ta qa­nad­lı göndə­ril­di­yi hal­da qa­nad­la­rı­mı­zı yan­dı­ran şey­ta­na ni­yə uy­mu­şu­q? Bu bir hə­qi­qət­dir ki, Tan­rı­dan uzaq­laş­dıq­ca fürsə­ti qi­sas­çı şey­ta­na bu­rax­mı­şıq:

 

Tan­rı­dan uzaq­laş­dıq­ca in­san­lar

Qa­nad­sız­la­şır, qəd­dar­la­şır on­lar,

Qəd­dar­la­şır on­la­rın

Ye­ri­şi, yo­lu, izi də.

Çə­ki­lib in­san­lar­dan

Göy üzünün o üzünə

Qəm çə­kir Tan­rı­nın özü də...

 

  • de­yir­si­niz... Al­la­hın “qəm çək­mə­si” fə­la­kət­dir, şa­ir. Bir ərköyün, na­dinc övlad­la bir ata-ana əsir, ye­sir, naə­lac qa­lır. Yer üzü, in­san­lar haqq yo­lun­dan sar­pan­da Al­lah qəm çə­kə-çə­kə, sə­bir­lə dözər. Al­la­hın qə­min­dən, qə­zə­bin­dən ya­ra­nan zəl­zə­lə, su­na­mi, tor­paq sürüşmə­si dünya­nı bürüyən­də, ya­yın qo­ra­bi­şi­rən ayın­da qar yağ­dı­ran Al­la­hın “yo­lu­nu­za qa­yı­dın” me­sa­jın­da­kı işa­rə­lər az ada­ma agah olur. Xi­las yo­lu ye­nə də Al­la­ha, Ya­ra­da­na, onun yer üzündə tə­cəl­la et­di­yi var­lıq­la­ra sev­giy­lə, eşq­lə ya­naş­maq­dır. Eşq­də var olan hər şey gözəl və bütün isim­lə­ri ilə mükəm­məl Al­la­hı, vəsf et­di­yin­dən in­sa­nın saf­laş­ma­sı­na, müba­rək­ləş­mə­si­nə inam­lar ço­xa­lır, ar­tır. Könül­lə­rə uçuş edən, könüllər­dən haq­qa doğ­ru uca­lan qa­nad­lı, yup­yum­ru eşq­lər var ol­sun, şa­ir... Əgər şe­ir Tan­rı­ya doğ­ru uçuş­dur­sa, Nə­ri­man Qa­sı­moğ­lu­nun Si­zə it­haf olu­nan “Eşq el­çi­si” şei­rin­də de­yil­di­yi ki­mi, İla­hi uçu­şa, qa­nad­çal­ma­ya ru­hən könül ver­miş şai­rin sə­ma­ya uca­lar­kən saf əməl­lə­rin, tə­mən­na­sız sev­gi­nin nu­run­dan ba­şı­nın üzə­rin­də ya­ran­mış ha­lə be­lə bir baş­qa qi­ya­fə­də Ya­ra­da­na doğ­ru ca­na­tım, de­­yil­­mi­­?!

 

Sən də ol­dun eşq el­çi­si,

yükün nə gözəl!

Göy üzündə süzür ru­hun,

pey­kin nə gözəl!

 

Bu eşq ala­yı bir ya­zı,

dər­gah­dan gə­lir ava­zın,

açır­san Tan­rı qa­pı­sın,

ər­kin nə gözəl!

 

Hey uçur­san könlümə tuş,

mə­lək­lər sev­gin­dən bi­huş,

bu nə qa­nad, bu nə uçuş,

ha­lın nə gözəl!

 

Qəl­bin­dən nur qəl­bi­lə­nir,

ya­na­ğın­da lə­pə­lə­nir,

ba­şın­da nur tə­pə­lə­nir –

ha­lən nə gözəl!

 

Bi­zi be­lə öyrət­di­lər, mə­bə­də, pi­rə, məs­ci­də ayaq­ya­lın gi­rin, di­li dua­lı gi­rin, “Bis­mil­lah”la, “La İla­hə İl­ləl­lah”la gi­rin... Min il­lər­dir Al­lah kə­la­mı olan müqəd­dəs mə­kan­la­rı həm də könül mə­bə­di bil­dik, ürə­yi­mi­zin dərd­lə­rin, qəl­bi­mi­zin mu­nis is­tək­lə­ri­nin məhz bu­ra­dan Tan­rı­ya tez ça­ta­ca­ğı­na inan­dıq. Siz isə mil­yon il­lər­dir, Al­la­hın ilk ya­rat­dı­ğı nəs­lin nüma­yən­də­si ki­mi, saf-müqəd­dəs ar­zu­la­rı­nız­la göyün, ye­rin – bütün kai­na­tın sa­ki­ni ola­raq, göy üzünə ayaq­ya­lın qə­dəm qo­ya­raq bi­zi Al­la­ha doğ­ru səs­lə­yir­si­niz. Si­zə qo­şu­lub uç­duq­ca bə­zi hə­qi­qət­lə­ri da­ha də­rin­dən dərk edi­rik. Gözümüzü qa­pa­ya­raq iç dünya­mı­zın gözlə­ri ilə ha­mı­nın görə bil­mə­di­yi yer­lə­ri, gözəl­lik­lə­ri görürük. Qu­laq­la­rı­mı­zı qa­pa­ya­raq heç ki­mə du­yul­ma­yan səs­lə­ri eşi­də bi­lə­rik. Ta­nı­ma­dı­ğı­mız, bəl­kə də, do­ğul­ma­yan adam­la­rın sev­gi­si ilə həs­rət çə­kə-çə­kə bəx­tə­vər ola­rıq.

Ye­nə si­zə dönürəm: “Xoş gəl­mi­si­niz! Lütfən, ayaq­ya­lın ke­çin, göy üzündə hər an üzü Tan­rı­ya doğ­ru ayaq­ya­lın yüyürün, yüyürürkən körpə­lə­şən, ço­cuq­la­şan, hər ul­duz­la öpüşən ayaq­la­rı­nız, üzü Tan­rı­ya açı­lan bütün çi­çək­lər­tək göy üzünə açı­lan əl­lə­ri­niz, hər an Al­la­ha “Can!” de­yən ca­nı­nız yup­yum­ru bir du­ay­la, yup­yum­ru bir göylə, “xoş gəl­mi­si­niz” – de­yir­si­niz, Bu­yu­run! – de­yir­si­niz, saf­la­şın, ay­rı­lıq­la­ra son qo­ya­raq Al­la­ha dönün!” – söylə­yirs­niz:

 

Min il­dir, mil­yon il­di,

Göylər­də ayaq­ya­lın

Sə­nə sa­rı qa­çı­ram,

Ayaq­la­rım se­vi­nir,

Yo­lum se­vi­nir, Al­lah!

 

Dua­la­rı, “UÇUŞ”la­rı ilə bi­zi də göylə­rə doğ­ru uçuş xət­ti­nə səs­lə­yən şai­rə son­suz say­ğı və so­nu bit­mə­yən su­al­la­rım­la...

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.