Sənət və ədəbiyyat dərgisi

Sona Vəliyevanın yeni kitabı çap olunub

08 Aprel 2024 / 11:23

Şair, yazıçı, publisist, ədəbiyyatşünas, filologiya elmləri doktoru Əməkdar jurnalist Sona Vəliyevanın “Qapı sirri” adlı hekayə və povestlərdən ibarət yeni kitabı çap olunub.

 

Kitabda yer alan “Qapı sirri” əsəri müllifin Qarabağ Zəfərinə ithaf etdiyi maraqlı bir üslubda qələmə alınmış povestdir. Əsərin əsas məzmunu Vətən eşqinin, eləcə də vətəndaş-dövlət birliyinin milli düşüncə əsasında tərənnüm edilməsindən ibarətdir. Yazıçı Azərbaycanın və dünya azərbaycanlılarının birliyinin gücünü real hadisələrin təsvirləri fonunda ortaya qoymuşdur. Kitaba həmçinin müəllifin “Dinozavrların ölümü” adlı digər povesti və “Quşların duası” adlı alleqorik hekayəsi də daxil edilmişdir. “Zərdabi” nəşriyyatında çap olunan kitabın redaktoru Sabir Şaxtaxtıdır.

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.