Nəsillərin beşiyidir bu diyar - Gulnaz Kutuyeva
04 Noyabr 2022 / 11:28
Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün – 04 noyabrda Başqırdıstan şairəsi Gülnaz Kutuyeva, onun Şuşanı salamlaması, ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edir
Gülnaz Kutuyeva / Başqırdıstan Respublikası, Rusiya Federasiyası
“Gülnaz Kutuyeva, Başqırdıstan Respublikası, Ufa şəhəri, Rusiya Federasiyası.
2022-ci il Azərbaycanda “Şuşa ili” elan olunub. Bildiyimiz kimi bu şəhər tarixi şəhərdir, mədəniyyət şəhəridir, Azərbaycanın musiqi mərkəzidir. Bu şəhərdə böyük bəstəkarlar, şairlər doğulub. Bu şəhər Molla Pənah Vaqifin, Xurşud Banu Natəvanın ilham mənbəyi olub.
Salam, Şuşa!
Bütün azərbaycanlıları “Şuşa ili” münasibəti ilə təbrik edirəm və indi Azərbaycanın bərəkətli torpağına ayaq basanda yazdığım bir şeirimi oxumaq istəyirəm”.
YAŞA!
Azərbaycan! Bakı!
Məni sehrləmiş məmləkət!
İgidliyin, comərdliyin sınağı!
Budur, indi buradayam, -
Gözəl odlar diyarının qonağı!
İndi qəlbim intizarda, -
Açılacaq bağlı qalan qapılar,
Əsrlərin naxışıdır,
Nəsillərin beşiyidir bu diyar!
Qanımız bir, canımız bir!
Necə asan nəfəs alır
insan oğlu burada.
Adətimiz, həm dilimiz
Eyni olan insanların
yurd saldığı bir ada.
Azərbaycan! Bakı!
Necə çox sevirəm səni mən!
Yaşa, yaşa, daim yaşa!
Çiçəklən!