Sənət və ədəbiyyat dərgisi

Ey eşq və sevgi yurdu - Almaz Xanım

07 Noyabr 2022 / 23:38

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün – 07 noyabrda Pakistan ədəbiyyatşünası, şairə Almaz xanım onun Şuşanı salamlaması, ürək sözləri və Şuşaya yazdığı şeiri və qiraəti ilə davam edir

 

 

 

Almaz Xanım / Pakistan

Mən doktor Almaz xanımam, Pakistanın Lahor Universitetinin kollecindən.

Azərbaycan – sevgi və sülh torpağıdır. Bu torpağın məni həmişə və həmişə özünə çəkib. Azərbaycanlılar sevgi dolu, qayğıkeş, sülhpərvər və zəhmətkeş xalqdır. Qarabağda yerləşən Azərbaycan şəhəri Şuşa dostlar üçün çiçək, düşmənlər üçün tikandır. 28 il Ermənistanın işğalı altında olub Şuşa, 8 noyabr 2020-ci ildə işğaldan azad edilib. Bu xoşbəxt səbəblə Azərbaycan rəhbərliyi 2022-ci ili “Şuşa ili” elan edib. Bu münasibətlə bütün Azərbaycanı, xüsusən Şuşanı təbrik edirəm.

Şuşa mədəniyyət şəhəridir, odur ki, Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Şuşa şairlər, musiqiçilər, rəssamlar,xanəndələr və xalçaçılar şəhəridir. Mən onların bəzilərini xatırlamaq istərdim: Molla Pənah Vaqif, Xurşud Banu Natəvan, Mir Mövsüm Nəvvab, Sadıqcan, Əbdürrəhim bəy Haqverdiyev, Üzeyir Hacıbəyov, Bülbül can, Seyid Şuşinski, Lətif Kərimov və başqalarını.

Şuşa öz gözəl təbiəti ilə məşhurdur və turistləri həmişə cəlb edib. Öz şirin və enerji dolu suları ilə də tanınır. Zarıslı və Xəlfəliçayla məşhurdur. Bu gün bütün Azərbaycanlılar böyük sevinc hissi ilə Şuşanın işğaldan azad olunmasını qeyd edirlər. Biz Pakistanlılar da bu səbəblə çox şadıq və deyirik: Salam, Şuşa!

İcazə verin bu qürurverici və sevincli gündə Pakistandan “Şuşa torpağı, sənə salam olsun!” adlı öz şeirimi

 

Ey eşq və sevgi yurdu!

Ey mədəniyyət, musiqi və şeir yurdu!

Ey Şuşa torpağı, şahid ol.

Şahid ol ki, sənin başın bəlada olanda

Biz pak yurdun övladları

Sənin yanındaydıq!

Qardaşlarımızla,

Dostlarımızla

Bərabər

Yanında olduq ki,

Qanımız qanınızla qarışsın.

İsətdik ki, düşmən sinəsindən yara alsın!

Və dərs alsın!

Onların gələcək nəsilləri bu dərsi unutmasın!

Azərbaycana yuxarıdan aşağı baxmayın,

Şuşaya yuxarıdan aşağı baxmayın!

 

Biz də onlarla yan-yana, çiyin-çiyinəyik.

Biz düşmənin təkəbbürlü niyyətini

Puç etdik, çiynədik!

Qələbə çaldıq,

Əbədiyyət qazandıq!

Ey eşq və sevgi yurdu,

Ey Şuşa,

Biz yenə

Ehtiyac yaranacaqsa

Yanında olacağıq.

Yenə yaz gələcək,

Çiçəklər açacaq,

Musiqi səslənəcək!

Yenə şairlər söz qoşacaq,

Xanəndələr oxuyacaq,

Xalçalar toxunacaq!

Biz yenə də yanında olacağıq.

 

Tərcümə: Səlim Babullaoğlu

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.