Sənət və ədəbiyyat dərgisi

Beynəlxalq tələbə elmi konfransı: “Qloballaşma dövründə Türk dünyası: çağırışlar, perspektivlər”

31 May 2022 / 18:03

Beynəlxalq tələbə elmi konfransı: “Qloballaşma dövründə Türk dünyası: çağırışlar, perspektivlər”

2022-ci il mayın 26-da Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə “Qloballaşma dövründə Türk dünyası: çağırışlar, perspektivlər” adlı beynəlxalq tələbə elmi konfransı keçirilmişdir. Konfransın açılış mərasimi universitetin Mərmər salonunda bas tutmuşdur. Universitetin tələbələrdən ibarət xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himni, Xəzər Universitetinin himni və “Ana yurd” marşı səsləndirilmişdir.

Xəzər Universitetinin rektoru dos. İradə Xəlilova açılış nitqi söyləyərək, konfransın əhəmiyyətindən danışmış və iştirakçılara uğurlar arzulamışdır. Türkiyənin Erciyes Universitetindən dos. Aida Babutcu, Qazaxıstanın Hoca Əhməd Yəsəvi Beynəlxalq Qazax-Türk Universitetindən dos. Gülbanu Koşenova, Özbəkistanın Əndican Pedaqoji Universitetindən prof. Volijon Qodirov açılış mərasiminə onlayn formatda qoşularaq, iştirakçılara və konfransı təşkil edən heyətə xoş arzularını bildirmiş, gənc tədqiqatçılara öz ürək sözlərini çatdırmışlar.

Universitetin Dillər və ədəbiyyatlar departamentinin müdiri dos. Dilbər Zeynalova iştirakçıları salamlamış və konfransda Azərbaycanın bir çox universitetlərindən, eyni zamanda Türkiyə, Rusiya, Özbəkistan, Qazaxıstan kimi ölkələrin universitetlərindən iştirakçıların olduğunu qeyd etmişdir.

Açılış mərasimindən sonra konfrans müxtəlif bölmələr üzrə işini davam etdirmişdir.

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.