Sənət və ədəbiyyat dərgisi

Azərbaycan Yazıçılar Birliyinin on üçüncü qurultay öncəsi məruzələr kitabı nəşr olunub

15 Avqust 2022 / 16:41

Azərbaycan Yazıçılar Birliyinin on üçüncü qurultay öncəsi məruzələr kitabı nəşr olunub.

Kulis.az xəbər verir ki, kitaba nəsr (məruzəçi Elçin Hüseynbəyli), poeziya (İbrahim İlyaslı), dramaturgiya (Firuz Mustafa), ədəbi-tənqid (Əsəd Cahangir), publisistika (Azər Turan), tərcümə (Səlim Babullaoğlu), uşaq ədəbiyyatı (Qəşəm Nəcəfzadə), Güney Azərbaycan ədəbiyyatı (Sayman Aruz), Türk dünyası ədəbiyyatı (Əkbər Qoşalı), gənclərin yaradıcılığı (Fərid Hüseyn), AYB-nin bölgə ədəbiyyatının vəziyyətilə (İlqar Fəhmi) bağlı on bir məruzə daxildir.

Kitabda toplanmış məruzələr ədəbiyyatşünaslar və ədəbiyyat nəzəriyyəsi, tarixi üçün ciddi mənbə hesab olunur.

Nəşrin tərtibçisi və redaktoru AYB katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəylidir.

Qeyd edək Azərbaycan Yazıçılar Birliyi bundan əvvəl “Qarabağ dastanı: 30 ilin həsrəti - 44 günün zəfəri”, “Bütün yollar Şuşaya aparır”, “Qızcığazın ünvansız məktubu” ktablarını nəşr edib və hazırda Qarabağ qazilərinin yaradıcılığından ibarət “Barıt qoxulu sətirlər...” kitabını çapa hazırlayır.

Xatırladaq ki, AYB-nin on üçüncü qurultayının payız aylarında keçirilməsi nəzərdə tutulur.

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.