Sənət və ədəbiyyat dərgisi

“Zəfərə aparan yol” adlı tədbir  “Ruhum qaldı Qarabağda” kitabının təqdimat mərasimi keçirildi.

28 Sentyabr 2022 / 12:43

         27 sentyabr 2022-ci il tarixdə Abdulla Şaiqin Mənzil-Muzeyində Anım Gününə həsr edilmiş “Zəfərə aparan yol” adlı tədbir və yazıçı-jurnalist Tamilla Teymur qızının “Ruhum qaldı Qarabağda” adlı kitabının təqdimat mərasimi keçirildi.

 

         Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

         Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başladı və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

         Tədbirdə Abdulla Şaiqin Mənzil-Muzeyinin direktoru Ülkər Talıbzadə, Cəlil Məmmədquluzadənin ev-muzeyinin direktoru Yeganə Qasımlı, Nəriman Nərimanovun xatirə muzeyinin əməkdaşları, təqdimatı keçirilən kitabın müəllifi Tamilla Teymur qızı, şəhid ailəsi Çimnaz Hüseynova, Abdulla Şaiqin Mənzil-Muzeyinin əməkdaşları Arzu Nuraliyeva və Nurxanım Əskərova çıxış edərək bildirdilər ki, Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-də başlayan növbəti hərbi hücumuna cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqların azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. 44 gün davam edən müharibə Azərbaycanın Ermənistan üzərində qələbəsilə nəticələndi. Hər qarışında şəhid qanı axan  torpaqlarımız Azərbaycan xalqının igid oğullarının qanları bahasına qaytarıldı. Qan axıdan, vətən yolunda şəhadətə yüksələn heç bir şəhidin haqqı yerdə qalmadı. Silahlı qüvvələrin hər bir vətən əsgəri onların qisasını layiqincə aldı.  

 

         Tədbirdə Xətai rayonu 58 saylı tam orta məktəbin şagirdləri vətənə, şəhidlərə həsr olunmuş şeirlər söylədilər. Eyni zamanda Kanadadan gəlmiş həmyerlimiz Sevinc xanımın qızı balaca Ayla Abbas Səhhətin “Vətənim” şeirini söylədi. Sonda şəhidlərin əziz xatirəsinə həsr edilmiş video-çarx nümayiş etdirildi.

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.