Sənət və ədəbiyyat dərgisi

\"Hüseyn Cavid romantizmi rənglərin işığında\" 

27 Oktyabr 2022 / 10:05

“Hüseyn Cavid romantizmi rənglərin işığında” adlı kitab çap olunub

 

Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına töhfə olaraq Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyevin “Hüseyn Cavid romantizmi rənglərin işığında” adlı kitabı çapdan çıxmışdır. Kitab görkəmli dramaturqun həyat və yaradıcılığına təsviri incəsənət və dekorativ-tətbiqi sənət ustalarının bədii münasibətlərini əks etdirir.

Qeyd olunan kitabda Hüseyn Cavidin özünə və ailə üzvlərinə həsr olunmuş süjetli tablo, portret və heykəltəraşlıq nümunələri ilə yanaşı, xalça, batik, tikmə və ağacoyma nümunələri də yer almışdır.

Kitabın layihə rəhbəri və ön sözünün müəllifi filologiya elmləri doktoru Sona Vəliyevadır. Nəşrin redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Sadıov, məsləhətçisi Hüseyn Cavidin Bakıdakı ev muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır.

Kitab “Kaspi” Təhsil Şirkətinin maliyyə dəstəyilə işıq üzü görmüşdür.

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.