Sənət və ədəbiyyat dərgisi

Uzağın toxunuşu - Milisa Yeftimiyeviç-Liliç

30 Oktyabr 2022 / 22:54

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün – 29 oktyabrda layihə tanınmış Serbiya şairəsi  Milisa-Yeftimiyeviç-Liliçin Şuşa barədə ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edir.

 

 

 

 

“Salam aleyküm, Azərbaycan.

Şuşanın yubileyini təbrik etməkdən şərəf duyuram. Arzu edirəm ki, bundan sonra da inkişaf edəsiniz. Və gələcəkdə də mədəniyyət və mənəviyyat ocağı olasınız. Yenidən parlaq istedada malik övladlar, gələcəyin sənətkarlarını – şair və yazıçılarını, musiqiçi və bəstəkarlarını yetirə, ağıllı nəsillər, insanlar kimi doğulasınız. Allah hamınızı qorusun!”

 

 

 

 

Mənim hissiyatlı əllərim

Fikirlə yönəldilən

Sehrbazın isti əlləri kimi

Sevib-seçdiyimə yönəlir

-əslində onlar səninlə rastlaşır.

 Gözlərimdən daha yaxşı görür onlar

Və məni düz sənin üstünə aparırlar.

Ağuş-bir ayrıdır, həmişə də ayıldır.

Elə ki, bir söz yazıram-

Göy qurşağı doğulur,

İki qaynar suyu birləşdirir-

Demək sözü anlayan qüvvələr var.

Sən onlara atəş açsan-

Həqiqi güc ilə qızmış

Yekcins  nüvədən

Mücəvvər doğular-

Öz gözəl, dərin naxışlarıyla.

 

 

Hərf-hərf sıxıram sözləri,

Belədə enerji daha asan ötürülür.

Onu alıb ilhanlanıram -

Və sən bütün qapıları açırsan

Mənə - qadına.

Düzdür, sən bilmirsən və heç vaxt bilməyəcəksən ki,

səni sındıran nədir:

Bir andaca valeh edən

Atəşin təması, sözün gücü

Yoxsa sənə toxunaraq alışıb yanan

Uzaq varlıqların sirri...

 

 

Tərcümə: Səlim Babullaoğlu, Rəbiqə Nazimqızı

 

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.