Sənət və ədəbiyyat dərgisi

Bakıda bayram - Gülnaz Seyfulla 

03 Noyabr 2022 / 16:15

"Şuşaya salam!", XXXVII şair

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün – 01 noyabrda Qazaxıstanlı şairə Gülnaz Feyzulla , onun Şuşanı salamlaması, ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edir.

 

Gülnaz Feyzulla, Qazaxıstan

“Salam, hörmətli azərbaycanlılar. Sizə Qazaxıstandan, əziz Türküstan şəhərindən

salamlarımı çatdırıram. Bu il azərbaycanlılar “Şuşa ili”ni qeyd edirlər. Bizim köklərimiz, tariximiz, canımız-qanımız birdir. Bütün azərbaycanlıları, Şuşa sakinlərini ürəkdən salamlayıram. Qoy sülh və əminamanlıq olsun həmişə.

Sizin üçün “Bakıda bayram” şerimi sizə həsr edirəm...”

 

Bakıda bayram

 

Elə bil endibdir göylərdən yerə

Ulduzlar hamısı bir an içində.

Bakının gecəsi min bir gecədir,

Hər qəlbdə xoşbəxtlik özgə biçimdə.

 

Elə bil nağıldır, danışmışdılar,

Ətraf yaşıl rəngə boyanıb bütün.

Gözləri atəşli igid qardaşlar

O qədim ruhları oyatmışdılar.

 

Qovur bir-birini bəyaz ləpələr,

Sirrləri sahilə daşıyıb qalır.

Sevinir gərdişə hamı, bu şəhər,

Xəzər yelkən kimi bağrını açır.

 

 Təbiət sevinir bu möcüzəyə,

 Ətrafda xoş əhval, şənlik, toy-büsat.

 Şair qəlbi dolur nəhəng ümman tək,

 Hamı vəcd içində yaşanır həyat.

 

Dünya gözəlitək bərq vurur Ay da,

Şüası dənizə düşür, çoxalır.

Göydələn binalar baş vurur göyə,

Hər evdən xoş səda gəlir, ucalır.

 

Dədələr dağ aşıb, qaya yonubdu,

Qalalar alıbdı, qəsrlər tikib.

Şahiddi Bakı tək əsrlər buna...

Bu yurdun boyuna cənnət biçilib.

 

 

Tərcümə: Səlim Babullaoğlu

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.