Sənət və ədəbiyyat dərgisi

Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib

20 Oktyabr 2023 / 12:37

Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib
 

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Heydər Əliyev İli çərçivəsində Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü və 2023 - “Heydər Əliyev İli”  çərçivəsində 18-19 Oktyabr 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu,  Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Diasporla İş Üzrə Dövlət Komitəsi Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, Əskişəhər Azərbaycanlılar Dərnəyi, Dünya Azərbaycanlıları Formu, Elger Elm və Tədris Mərkəzi, İğdır Azərbaycan Evi, Şamaxı Rayon Heydər Əliyev Mərkəzinin dəstək və təşkilatçılığı ilə Qars Kafkas Universitetində “Heydər Əliyev və Türkiyə” adlı multidisiplinar beynəlxalq elmi konfrans keçirilib.

Hibrid formada keçirilən beynəlxalq konfransın açılışında hər iki ölkənin dövlət himni oxunduqdan sonra Simpozium təşkilat komitəsi adından Qars Kafkas Universitetinin Azərbaycan dili və ədəbiyyat departamentinin müdiri Dos. İlkin Qulusoy qonaq və iştirakçıları salamladı, konfransın əhəmiyyətindən bəhs etdi və konfransın təşkil olunmasında dəstəyini əsirgəməyən qurumlara təşəkkürlərini bildirdi. Daha sonra Kafkas Universiteti rektoru prof. Hüsnü Kapu, Fən-Ədəbiyyat fakültəsinin dekanı prof. Gəncər Elkılıç qonaqları salamlayıb, Türkiyə respublikasının 100-cü ildönümündə və Heydər Əliyev ili çərçivəsində belə bir konfransın keçirilməsinin önəmi haqqında danışdıqdan sonra 18 oktyabr Azərbaycanın müstəqilliyini yenidən qazanması günü münasibətilə qaonaqları təbrik etdilər.

 

Azərbaycan Respublikasının Qarsdakı baş konsulu Nuru Quliyev söz alaraq və konfransın keçirilməsində dəstəyini əsirgəməyən qurumlara, eləcədə Kafkas Universiteti rəhbərliyinə minnətdarlığını bildirdi, Heydər Əliyevin Türk dünyasına xidmətindən bəhs etdi, siyasi fəaliyyətlərini diqqətlərə çatdırdı.

Daha sonra Azərbaycan Respublikasının Ankara Səfirliyindəki Təhsil müstəşarı Dos. Nəcibə Nəsibova çıxış etdi, səfirin təşəkkür məktubunu oxudu və belə bir möhtəşəm konfransa ev sahibliyi etdikləri üçün Kafkas Universiteti rəhbərliyinə təşəkkür etdi.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi şöbə müdürü Müjdat Həsənovun təşəkkür xarakterli çıxışından sonra, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası adından Əskişəhər Azərbaycanlılar dərnəyi başqanı Cavid Aydın, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektorları çıxış etdilər.

Plenar iclasda prof. Toğrul İsmayıl, Prof. Yusif Bayraktar və Dos. Elman Cəfərli Türkiyə-Azərbaycan münasibətlərindən və ümummilli lider Heydər Əliyevin fəaliyyətindən bəhs edən məqalələrini təqdim etdilər.

 

Çıxışlar bitdikdən sonra iştirakçılara və qonaqlara plaketlər təqdim edildi.

Birinci gün üz-üzə və ikinci gün online şəkildə keçirilən konfransa ümumilikdə 12 ölkədən olmaqla 100-ə yaxın elm adamının məqaləsi elmi heyət tərəfindən dəyərləndirilərək qəbul edilmişdir.

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.