Qulu Ağsəsin yeni kitabı çap olunub
29 Mart 2024 / 11:23
anınmış şair Qulu Ağsəsin "Görsən üşüyürsən..." adlı şeirlər kitabı işıq üzü görüb.
Kitabda müəllifin müxtəlif illərdə yazdığı poetik nümunələr toplanıb.
"Yaxşı pəhrizi var iztirabların, nə özüm kökəldim, nə kitablarım..." – deyən Qulu Ağsəs yaradıcılığı müasir mədəniyyətimizdə orijinal fikir və yazı üslubu ilə fərqlənir.
Tanınmış şairin “Görsən üşüyürsən...” kitabında müəllifin müxtəlif illərdə, rəngarəng mövzularda qələmə aldığı şeirlər toplanıb.
Haqqında yazılan çoxsaylı məqalələrlə yanaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Kəmalə Umudova şairin yaradıcılığından bəhs edən “Adı soyadını eşidən şair – Qulu Ağsəs” adlı elmi araşdırma da ərsəyə gətirib.
Qulu Ağsəs şeirlərinin mərkəzində insan durur. Oxucular kitabda şairin “insan-təbiət”, “insan-insan”, insan-Tanrı”, “insan-sevgi”, “insan-həyat”, insan-torpaq” münasibətlərinə özünəməxsus fəlsəfi baxışları ilə baş-başa qalacaq, işğala, müharibələrə, haqsızlığa və ədalətsizliyə qarşı üsyankar poetik düşüncələri ilə tanış olacaqlar.
Kitabın naşiri Tural Axundov, redaktoru Günay Səma Şirvan, nəşrə məsul isə Süleyman Muradlıdır.
Qulu Ağsəsin buna qədər oxucu rəğbəti qazanan “Sənsən hər yer” (2002), “Т.о.ч.к. и. ”(2007, rus dilində), “Nabran novellası” (2009), “Вiтряна пошта” (Kiyev, 2009), “Dawn” (2016, ingilis dilində), “Yorğun ağacam” (Təbriz, 2022) kimi kitabları işıq üzü görüb.