Sənət və ədəbiyyat dərgisi

Ədəbi təxəllüslər çox olanda

27 May 2024 / 07:48

Ədəbi təxəllüslər çox olanda

 

C.Sviftin 70, Volterin isə 160-dan çox ədəbi təxəllüsü var idi. Volter hətta qadın adları ilə çıxış edirdi. Məsələn, dul qadın Deni (qardaşı qızının adı idi), Fatimə, Gözəl xanım, Katrin Vade və s.

Volter katolik kilsəsi əleyhinə yazdığı bir pamfleti “ingilis filosof Densti Belinqbork”, başqa bir pamfleti isə “Böyük Novqorod arxiyepiskopu Aleksis” təxəllüsü ilə, yezuitləri ifşa edən “Çin imperatoru və din qardaşı Riqole və ya yezuitlərin Çindən qovulması haqqında hesabat” adlı pamfleti isə “Kum Matyo” fəlsəfi romanının müəllifi Anri Jozef Dumeronun adıyla çap etdirmişdir.

Satirik şair və yazıçıların təxəllüsləri xüsusilə çox olmuşdur. Çexov və N.Kuroçkin 45, V.Doroşeviç isə öz yazılarını 106 imza ilə dərc etdirmişdilər.

“Stendal” – Anri Beylinin 200-ə qədər ləqəbindən biridir. Stendal – böyük yazıçının çox sevdiyi sənətşünas Vinkelmanın anadan olduğu alman şəhərinin adıdır. Yazıçı ömrünün çox hissəsini İtaliyada keçirmişdi. Onun ədəbi təxəllüsləri içərisində də italyan adları üstünlük təşkil edirdi: Kotone, Salviati, Viskontini və s.

Bolqar şairi Xristo Punev isə 1931-ci ildə “Adsız kitab” adlı almanaxda müxtəlif adlarla özünün şeirlərini nəşr etdirmişdi.

 

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.