Sona Vəliyevanın rus dilində yeni şeirlər kitabı çap olunub

10 Yanvar 2025 / 10:33
Sona Vəliyevanın rus dilində "Bulud arzular" ("Обернуться бы облаком…") adlı yeni şeirlər kitabı çap olunub
Tanınmış şairə, filologiya elmləri doktoru, Əməkdar jurnalist Sona Vəliyevanın rus dilində "Bulud arzular" ("Обернуться бы облаком…") adlı şeirlər kitabı çap olunub. Kitabda Sona Vəliyevanın 30 ildən artıq dövrdə yazdığı lirik-fəlsəfi şeirləri, vətənpərvərlik mövzusundakı poetik əsərləri toplanıb. Şerirləri rus dilinə tanınmış tərcüməçilər Nicat Məmmədov və Nadiya Qafarova tərcümə ediblər.
Nəşrin tərtibçi və redaktoru Nadiya Qafarovadır.