Sənət və ədəbiyyat dərgisi

Qadın gücünün poeziyası -  Mişel Cassir yazır

19 İyul 2022 / 08:22

Qa­dın gücünün poe­zi­ya­sı

 

So­na Və­li­ye­va­nın Pa­ris­də “Har­mat­tan”
nəş­riy­ya­tın­da fran­sız di­lin­də nəşr olunan “Çin ol­ma­sı­nı gözlə­di­yi­miz yu­xu­lar” (2021) şe­ir­lər ki­ta­bı haq­qın­da

 

 

Əl­lə­rim mil­yon ilin əl­lə­ri –

Mə­nim ya­şı­dım de­yil,

Özümə, üzümə, bən­zə­mir,

Özgə­nin­dir, elə bil, özgə­nin.

 

So­na Və­li­ye­va bu ki­tab va­si­tə­si ilə şəx­siy­yə­ti­nin bir ne­çə görünmə­yən, mübhəm tə­rəf­lə­ri­ni açır. Ənə­nə ru­hu­na sa­diq qal­maq­la o, ey­ni za­man­da in­sa­nın hökmran­lı­ğı­na və onun əda­lə­tsizliyi­nə qar­şı üsya­na qal­xır. Onun hə­ya­ta ba­xış­la­rı­nın müstə­qil­li­yi­ni və saf­lı­ğı­nı qə­tiy­yət­lə ifa­də edən poe­tik sə­si oxu­cu­nu ani­dən sev­di­yi in­sa­nı itir­mək qor­xu­su qar­şı­sın­da ça­şıb qa­la bi­lər.

 

Onun üslu­bu özündə his­slə­rin­ ani­dən yo­xa çı­xıb əş­ya­la­rın için­də giz­li gözəl­lik nöqtə­lə­ri­ni kəşf edən müa­sir in­san xa­rak­te­ri­nin açıl­ma­sı­nı ­ eh­ti­va edir və sev­di­yi, öpüb göz üstünə qoy­du­ğu şey­lə­rin ağ­rı­sı­nı və tək­rar­sız­lı­ğı­nı əks et­di­rir. Onun ila­hi nəs­nə­lə­rə üz tut­ma­sı hə­ya­tın cəb­ri­nə dözən ru­hun bütövlük və har­mo­ni­ya­ya qo­vuş­maq həs­rə­ti­ni göstə­rir. Azər­bay­can di­lin­dən fran­sız­ca­ya ke­çi­din in­cə­li­yi­nə rəğ­mən hə­ya­tı ta­lan edil­miş qa­dı­na, tə­əssüf­lə im­ti­na ara­sın­da pa­ram-par­ça ol­muş sev­gi­li­yə... lə­ya­qə­ti­ni qay­tar­ma­ğa ça­lı­şan nə­fə­si­ni və ba­xı­şı­nı ay­dın­ca hiss edi­rik. Bu şe­ir­lər­də biz çox az ta­nı­dı­ğı­mız bir ölkə­nin şai­rə qa­dı­nı­nın in­cə və güclü sə­si­ni eşi­di­rik.

 

Fransız dilindən tərcümə edən: Cavanşir Yusifli

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.