Sənət və ədəbiyyat dərgisi

"Şaiqanə yad et" adlı tədbir keçirilib

25 Fevral 2023 / 13:11

  Fevralın 24-də I Fəxri Xiyabanda Azərbaycan ədəbiyyatının klassiki yazıçı, şair, dramaturq, pedaqoq Abdulla Şaiqin anadan olmasının 142-ci il dönümünə həsr edilmiş “Şaiqanə yad et” adlı tədbir keçirilib. Tədbirdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyatşünasları, Abdulla Şaiq adına Uşaq Kitabxanasının əməkdaşları, gənc yazarlar, ADMİU-nun tələbələri, muzey əməkdaşları və Abdulla Şaiqin Mənzil-Muzeyinin yanında fəalliyyət göstərən “Vətən” yaradıcılıq birliyinin üzvləri iştirak ediblər. Tədbirdə Abdulla Şaiqin yaradıcılığı ilə bağlı çıxışlar olub və ədibin uşaq şeirləri səslənib.

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.