Sənət və ədəbiyyat dərgisi

Türksoyun baş katibi Sultan Rayev Yazıçılar Birliyini ziyarət edib

25 Fevral 2023 / 15:13

TÜRKSOY-un baş katibi Sultan Rayev Yazıçılar Birliyini ziyarət edib

Fevralın 21-də TÜRKSOY-un baş katibi Sultan Rayev, ölkəmizin TÜRKSOY-dakı daimi nümayəndəsi türksoyun Azərbaycandakı təmsilçisi Elçin Qafarlı və Mədəniyyət Nazirliyinin beynəlxalq təşkilatlarla əməkdaşlıq sekturnun müdiri Araz Bağırlı Azərbaycan Yazıçılar Birliyində olublar. 

 

Missiya.Az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyin sədri, Xalq yazıçısı Anar qonaqları qəbul edib. 

 

Görüşdə AYB-nin beynəlxalq əlaqələr üzrə katibi, şair Səlim Babullaoğlu, AYB sədrinin baş müşaviri Rauf Aslanov, birliyin digər rəsmiləri, AYB mətbuat xidmətinin rəhbəri Xəyal Rza, mətbuat nümayəndələri iştirak ediblər.

 

Görüşdə  TÜRKSOY-un Azərbaycan Yazıçılar Birliyi və digər türk dövlətləri ədəbiyyat təşkilatları ilə əməkdaşlığının dərinləşdirilməsi, perspektiv və prioritet məsələlər, görülməsi vacib olan  işlər ətrafında fikir mübadiləsi aparılıb. 

Qonaqları səmimiyyətlə salamlayan, Birliyin tarixi və cari fəaliyyəti barədə qonaqlara müfəssəl məlumat verən Xalq yazıçısı Anar  ortaq dövri nəşrlərin hazırlanması, türk dövlətləri ədəbiyyatlarına töhfə vermiş klassiklərin tanıdılması və çağdaş ədəbi prosesin koordinasiyası məsələlərinin vacibliyini önə çəkib. TÜRKSOY-a baş katib seçilməsi münasibəti ilə cənab Sultan Rayevi təbrik edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

 

TÜRKSOY-un baş katibi Sultan Rayev bütün türk dünyası üçün seçkin isimlərdən olan Anarla görüşündən, Azərbaycan Yazıçılar Birliyində olmasından məmnunluğunu ifadə edib, rəhbərlik etdiyi təşkilatın indiyəqədərki fəaliyyəti barədə məlumat verərək bundan sonrakı iş planında ədəbiyyatın xüsusi yer tutacağı barədə düşüncə və planlarını, habelə ədəbiyyat təşkiltaları ilə əməkdaşlığın daha mütəmadi və səmərəli xarakter almasının vaciblyindən danışıb. 

 

Müzakirə edilən məsələlər sırasında Türk dövlətlərinin ortaq ədəbiyyat təşkilatının yaradılması, bu işə xidmət edəcək mətbu nəşrlərin, elektron resursların formalaşdırılması ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, TÜRKSOY, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi ilə birgə keçiriləcək tədbirlərlə bağlı məsələlərə də toxunulub.

Birliyin katibi Səlim Babullaoğlu yaradıla biləcək qurumun strukturlaşması, nümayəndəlik, fəaliyyət göstərə biləcək üst və alt qurumların türk dövlətlərində paylaşdırılması, bu kontekstdə əlaqəli fəlaiyyət, koordinasiya, təmsilçilik prinsipləri barədə paket təklifləri TÜRKSOY-un baş katibinə təqdim edib.

 

Görüşdən sonra Səlim Babullaoğlu TÜRKSOY-un baş katibini AYB-nin binası ilə tanış edib, Birliyin tarixi ilə bağlı əlavə məlumatlar verib.

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.