Sənət və ədəbiyyat dərgisi

Azərbaycanlı tələbə beynəlxalq film festivalının münsiflər heyətində təmsil olunur

28 Mart 2023 / 09:28

1982-ci ildən etibarən İstanbul Kültür Sanat Vakfı-nın təşkilatçılığı ilə keçirilən ənənəvi Uluslararası İstanbul Film Festivali bu il 1-18 Aprel tarixlərində keçiriləcək. Uluslararası İstanbul Film Festivali Festivalda milli və beynəlxalq filmlər nümayiş olunur.

Festival 1989-cu ildə Beynəlxalq Kinoprodüserlər Assosiasiyası Federasiyası tərəfindən akkreditə olunmuşdur. Kinofestivalın əsas ödülü “Altun tülpan”dır. Sevindirici haldır ki, bu il Türkiyənin ən böyük film fesivalı olan 42-ci Uluslararası İstanbul Film Festivalinın Gənc Ustalar kategoriyasındakı filmləri dəyərləndirəcək münsiflər heyətinə İstanbul Universiteti İletişim fakültəsində Radio, Televiziya və Sinema ixtisası üzrə 2-ci kursda təhsil alan azərbaycanlı tələbə Malik Bədəlov da seçilmişdir.

Qeyd edək ki, Malik Bədəlov daha öncə də Yozgatda keçirilən Beynəlxalq Film Festivalının Gənc jüri heyətində yer almışdır.

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.