Sənət və ədəbiyyat dərgisi

Vilayət Hacıyev vəfat etdi

04 Aprel 2023 / 17:17

Tanınmış tərcüməçi, filoloq Vilayət Hacıyev vəfat edib.

Bu barədə APA-ya Azərbaycan Dillər Universitetindən bildirilib.

 

O, 1966-cı ildə Qazax şəhər 1 saylı orta məktəbini bitirmiş və elə həmin ildə M.F.Axundov adına APDİ-nin Avropa Dilləri fakültəsinin alman dili şöbəsinə daxil olub.

Azərbaycan Dillər Universitetində, Azərbaycan Dövlət Tərcümə Mərkəzində çalışıb.

Vilayət Hacıyev alman dilindən Azərbaycan dilinə və əksinə bədii tərcümə fəaliyyəti ilə tələbəlik illərindən məşğul olub. 70-ci illərin əvvəllərindən başlayaraq Azərbaycan mətbuatında tərcümələri nəşr olunub. V. Borxert, Z. Lents, Haynrix Böll, Stefan Sveyq, Frans Kafka və s. kimi görkəmli alman və Avstriya yazıçılarının yaradıcılığından nümunələr tərcümə edib.

Erix Mariya Remarkın “Zəfər tağı”, Herman Hessenin “Yalquzaq”, Haynrix Böllün "Bir təlxəyin düşüncələri", “Kişisiz ev”, Frans Kafkanın "Məhkəmə" və bir sıra başqa əsərləri orijinaldan dilimizə çevirib.

Allah rəhmət eləsin!

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.