Sənət və ədəbiyyat dərgisi

Günay Əfəndiyeva Laçına səfər edib

25 İyun 2023 / 15:39

Günay Əfəndiyeva Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun səfir və nümayəndələri, hərbi attaşelerlə birlikdə Laçına səfər edib

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun səfir və nümayəndələri, hərbi attaşelerlə birlikdə Laçına səfər edib. Səfər işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olmaq məqsədilə həyata keçirilib.

Səfər çərçivəsində Laçın şəhəri 1 Dekabr küçəsində salınmış ilk yaşayış məhəlləsinə baxış keçirilib, öz evlərinə geri dönmüş sakinlərlə söhbət aparılıb.

Diplomatik korpusun təmsilçiləri qurulmaqda olan Aqrar-Sənaye Parkında, Həkəri çayının sahilində salınan Laçın Bulvarında olublar.

Nümayəndə heyəti Laçının Zabux kəndinə gələrək, hazırda orada həyata keçirilən genişmiqyaslı tikinti-bərpa işləri ilə tanış olublar.

Səfərin sonunda Zəngilanın Ağalı kəndi ziyarət edilib. Qonaqlara Ağalıda tətbiq olunan “ağıllı kənd” konsepsiyası haqqında ətraflı məlumat verilib.

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.