Sənət və ədəbiyyat dərgisi

Günay Əfəndiyeva Türk dövlətlərinin Niderland Krallığındakı səfirləri ilə görüşüb

19 Sentyabr 2023 / 15:12

Günay Əfəndiyeva Türk dövlətlərinin Niderland Krallığındakı səfirləri ilə görüşüb

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva  Niderland Krallığına səfəri çərçivəsində Azərbaycan Respublikasının səfiri Rəhman Mustafayev, Qazaxıstan Respublikasının səfiri Askar Jumagaliyev və Türkiyə Respublikasının səfiri Selçuk Ünal ilə görüşlər keçirib.

Görüşlərdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilata üzv və müşahidəçi ölkələr ilə yanaşı, digər xarici ölkələrlə əməkdaşlığına diqqət çəkilib. Fondun Türk Dünyasının qədim və zəngin irsinin daha ətraflı öyrənilməsi və geniş auditoriyalara çatdırılması yönündə müxtəlif qitələrdə həyata keçirdiyi layihə və tədbirləri qeyd olunub. Fond tərəfindən Azərbaycan, Qazaxıstan və Türkiyə Respublikalarının Niderland Krallığındakı Səfirlikləri ilə iş birliyi çərçivəsində qədim Türk yazılarından olan petroqliflərə, tamğalara və runik işarələrə həsr edilmiş sərginin uğurla gerçəkləşməsi vurğulanıb. Fond ilə gələcək əməkdaşlığın perspektivləri və  mümkün birgə layihələr ətrafında müzakirələr aparılıb.

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.