Sənət və ədəbiyyat dərgisi

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Polşa ilə əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib

20 Sentyabr 2023 / 16:59

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Polşa ilə əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib

18 sentyabr 2023-cü il tarixində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva  Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı ilə ölkəyə səfər edən Polşa Müsəlmanları İttifaqının sədri, müfti Tomaş Mişkeviç ilə görüşüb. Görüşdə həmçinin Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova iştirak edib.
Günay Əfəndiyeva Fond tərəfindən həyata keçirilən yeni layihələrdən bəhs edərək, müxtəlif ölkələrdə yaşayan türk köklü xalqların mədəni irsinin qorunmasının və təbliğ edilməsinin təşkilatın daim diqqət mərkəzində saxlanıldığını bildirib.
Fondun prezidenti tatarların sıx məskunlaşdığı bütün ölkələr, xüsusilə Polş, Litva, Rumıniya ilə davam edən uğurlu əməkdaşlıq barədə danışaraq, onun yeni istiqamətlər ilə daha da zənginləşdirilməsinin vacibliyinə toxunub və bir sıra yeni təkliflər səsləndirib.
Polşanın Baş Müftisi Tomasz Miśkieviç Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə yaranmış dost münasibətlərin ölkəsində yaşayan tatar icmasının adət-ənənələrinin, folklorunun qorunmasına müsbət töhfə verdiyini vurğulayaraq, ümumilikdə təşkilatın müxtəlif sivilizasiyalar arasında gedən inteqrasiya proseslərindəki rolunun danılmaz olduğunu qeyd edib.
Bununla yanaşı, görüşdə Fond və Polşa arasında tərəfdaşlıq çərçivəsinin genişləndirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında söhbət aparılıb.

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.