Sənət və ədəbiyyat dərgisi

COVİD-19 virusuna yazılan ən gözəl şeirlər

16 May 2022 / 09:29

Cessica Salfia

 

Karantina dövründə aldığım “e-mail”lərin ilk sətirləri

 

Bu qeyri-müəyyən zamanda

yeni qaydalara alışarkən

 

 

Fikirlərini və həll yollarıyla bağlı

təkliflərini bölüşmək istərdinmi?

Bildiyiniz kimi bir çox insan mübarizə aparır.

Bilirəm ki, sən bunun əleyhinəsən:

Bu rəqəmsal mənzərənin.

Narahatlığınızı bölüşürük,

bildiyiniz kimi bir çox insan mübarizə aparır.

ümid edirəm, bu sətirləri oxuyarkən

sən və ailən sağ-salamatdır.

Heç nəyin dəyərini əvvəllər belə bilməmişik.

Baxın, burada distant təhsillə bağlı 25 tövsiyə var,

bildiyiniz kimi bir çox insan mübarizə aparır

Axşamkı içkinin havası başından çıxmayıb?

Bu cümə axşamı tako süfrəsi açılır?

Pandemiyadakı kalorilər hesaba alınmır.

Ərzaq mağazaları un qıtlığı var,

insanlar mağazadan aldıqlarından çox çörək bişirirlər.

Bildiyiniz kimi bir çox insan mübarizə aparır.

Çoxlu dua et və hamı üçün.

Onlayn sifarişlərin dalınca get

və ya evinə sifariş et toyuğu,

limonu,

Bildiyiniz kimi bir çox insan mübarizə aparır.

Bu gün nəyəsə həvəsin varmı?

Bir otaqlı təlaşların üçün təkliflərimiz var.

 

Keyti Parker

 

Məsafə: Korona poeziyası ilk gün

 

Bir fincan qəhvə ver,

ağlamağa da halım yoxdur.

Bu səhər üç zəng gəlib

bir suallıq cavabı var: Niyə?

Beş dəfə verdiyin cavabı

altı dəfədir bilirəm,

yeddi,

yoxsa yetmiş il də keçsə

mən yenə səninlə olmaq istəyəcəm.

Səhər saat səkkizdir,

900 mil uzaqda da olsan,

on dəfə təkrarladığımı hesab elə ­-

mən səni sevirəm,

amma ürəyinin döyüntüsünü eşidə bilmirəm...

Axşam saat on birdir,

yatağıma uzanıram.

On ikidir hələ də yata bilmirəm...

Aramızdakı hər milin ağırlığını hiss edirəm.

Nəhayət, ağlayıram...

 

Laura Qreyvs

 

Məsafə

 

Altı addım aralı dur,

ya da altı təpik dərinliyinə gömül yemin.

Onlar elə demirlər,

bu mənim fikrimdir.

Öz ətrafımda fırlandıqca

məsafəni hiss edirəm.

Qorxunc,

soyuq bir şeydir,

Amma hiss edirəm ki, bu boşluq

bütün çöhrəmi bürüyüb.

onda mahnı oxuya-oxuya yuyunuram.

 

 

Con Boyn

 

Son Yersizlər

 

Emili Dikinsonun şeirinin parodiyası

 

Çölə addım ata bilmədiyim üçün

çöl içəri gəlir mənim üçün.

Çöl içəri girən kimi titrəyirəm,

öskürürəm, asqırıram,

Heç immunitetim yoxdur.

Təkəm,

sevdiyim səs yazılarını dinləyirəm -

Bir az Dreykdən,

bir az Mayli Sayrus.

Zəhmətim və dincliyim

Koronavirusa qərq olub.

 

 

Radyard Kiplinqin şeirinə cavab

 

İctimai yerlərdə məsafəni qorumaqla

söhbət edə bilirsənsə,

fiziki təmas olmadan dostlarınla

təmiz havada gəzişə bilirsənsə,

insanlar da sənin israrına

məhəl qoymadan uzaq durursa,

əgər az da olsa, təkbaşına içirsənsə,

təkrarsız olduğunu hiss etdiyin hər anı

kitablar, musiqi, yazı və rəqslə doldurursansa,

yer kürəsi sahib olduğu bütün sərvətləri ilə sənindir.

 

 

Ben Teylor

 

İzolyasiya

 

Fikirləşdim ki,

az-çox mən də bir şey bölüşməliyəm,

sizə susub

bir az dincəlmək imkanı vermək üçün.

Əsas səhifəm incəsənətə aid

videolarla doludur,

halbuki mən

bu qədər eynilik görmək istəmərəm.

Məncə də, bu yaxşı dəyişikliklərə yol açdı,

ən azından feysbuk

çox işi əksərindən yaxşı bacardı.

Siyasətçilər indi də epidemioloq olublar birdən-birə.

Onlar həm də “səxavətli olan” deyən icmadır,

hansı ki, dövlət çölə çıxmaq qadağandır,

“evlərinizdə qalın” əmri verəndə,

Astananın qabağında yüz-yüz sıraya durub,

mağazalarda makaron,

kotlet qoymayıb,

hamısını depolayıblar.

Halbuki verilən mesaj həyəcanın

və başısoyuqluğun qarşısını almaq üçündür.

Amma izolyasiyaya göndərilən

bu icmanın nümayəndələri

öz anladıqlarını götürdülər.

İndi dörd divar bir yarışdır hamı üçün

Hamımız karantina ekspertləriyik.

Bu dənizə göndərilən “Mavi Ordu”

nümayəndələri kimi.

Birimiz idmanın,

digərimiz televizorun,

bəzilərimiz kitabın...

Qiyməli piroq üzrə də

peşəkarlaşmağa başlaya bilərsiniz,

ya da saqqız düzəltməkdə.

Gitara öyrənmək vaxtı da çatmış ola bilər,

ya da oyun konsolunda həvəsini almağın da.

Mən isə “Netflix” və “Sky”ı çökdürmüşəm.

Atalar isə yəqin ki, zərərli saytları.

...İndi bizim üçün hər şey yaxşıdır,

Mənzillərimiz, küçələrimiz təmizlənir,

istədiyimiz məhsullar evimizə gəlir,

polis təhlükəni qapımızdan uzaq tutmaq üçün

altı addım uzaqdadır.

Amma bir şeyi xatırlayanda boğazım düyünlənir:

səhiyyə sistemimizi.

Mənim anam və xanımım tibb bacısıdır,

onların hər ikisi

və bütün tibbi heyətlə qürur duyuram.

Həkimlər, tibb bacıları və bütün heyət,

bu şeiri məndən təşəkkür qəbul edin.

Sizin cəhdləriniz

və fədakarlığınız olmasaydı,

təsəvvür edə bilmirəm ki,

indi harada olardıq.

Analarınızın,

atalarınızın,

övladınızın,

ərinizin,

xanımınızın qayğısına qalın.

Hamısının məsləhət gördüyünü edin,

səhiyyə sistemimizi çökdürməmək,

daha çox həyat xilas edə bilmək üçün evdə qalın.

 

 

 

Broter Riçard

 

Karantin”

 

Bəli, qorxu da var.

Bəli, izolyasiya da var.

Bəli, pulsuzluq təlaşına qapılmışıq

Bəli, çöldə xəstəlik var,

Bəli, hətta ölüm var.

Lakin...

Vuhanda insanlar deyir ki,

Bəlkə də, min ildir quşların səsini eşitmirdik.

Deyirlər ki, səma son bir neçə həftədir ki,

dəstə-dəstə dumandan təmizlənib.

Mavidir, bozdur və aydındır.

Assisi küçələrində insanlar

boş meydanların acığına

bir-birlərinə mahnılar həsr edirlər.

Hamı eyvanının qapısını açıq qoyur ki,

tənha yaşayanlar qonşuların,

uşaqların səsini,

ailə nəğməsini eşitsin.

Qərbi İrlandiya otelində

evindən çıxa bilməyən

fiziki qüsurlu və yaşlı insanlar üçün

pulsuz yemək hazırlanır

və çatdırılır.

Bu gün tanıdığım gənc bir xanım

Nömrəsini yazdığı kağızları

paylamaqla məşğul idi,

Qonşuluqda yaşayan yaşlılar

nə vaxt ehtiyac olsa, onu çağırsınlar.

Bütün kilsələr,

sinaqoqlar,

məscidlər

və ehramlar

bir-birlərini salamlamağa,

evsizlərə,

xəstələrə,

zəiflərə yuva olmağa hazırdır.

İnsanlar bütün dünyada sürətini azaldır

və düşünməyə başlayır

İnsanlar bütün dünyada

artıq qonşusuna yeni bir gözlə baxır.

İnsanlar bütün dünyada

yeni bir reallığa oyanırlar –

biz nə qədər güclüyük.

Necə asanlıqla idarəçiliyi ələ ala bilirik.

Həqiqətən də dəyəri olan bir şey var – sevmək.

Bəli, qorxu da var –

amma nifrət olunmalı bir şey yoxdur.

Bəli, izolyasiya da var –

amma tənhalığa qapılmaq deyilən bir şey yoxdur.

Bəli, təlaşlıyıq, amma mənasızlıq yoxdur.

Bəli, xəstəlik də var –

amma ruhumuzu xəstə salan şeylər yoxdur.

Bəli, hətta ölüm də var,

amma hər zaman yenidən həyata qayıtmaq da var...

Artıq necə yaşamalı olduğumuz üçün

seçdiyimiz yollarla oyanırıq.

Bu gün nəfəs al,

təlaşın arxasındakı səslərə qulaq ver,

quşlar yenə oxuyur,

səma yenə təmizdir,

bahar yenə gəlir,

və yenə sevgi ilə əhatələnirik.

Ruhunun pəncərələrini arala,

bəlkə də, o boş meydanlarda

bir-birinizə toxunmayacaqsınız,

amma yenə də nəğməni söylə.

 

 

Kori Buker

 

Gecənin bir vaxtı

 

Bir-birimizə toxunmaya bilərik,

amma hələ də bir-birimiz üçün əlçatanıq.

Bəli, yaralanıb yıxılmışıq,

amma hələ də inadla dirçəlirik.

Bədənimizin məhkum olduğu hücuma,

ruhlarımız cavab atəşilə qarşılıq verir.

Düşmən gözəgörünməzdir,

əvəzində isə bu mübarizənin

gözlə görünən qəhrəmanları var.

İzolyasiyada həftələr həftələri əvəz edir,

amma bu sonsuz

 və məğlubedilməz qətiyyət olaraq qalmalıdır.

Aramızda məsafə var,

amma çiyin-çiyinə savaşırıq

və birlikdə bəlanın öhdəsindən gələcəyik.

 

 

Uey Şuiyin

 

Xahiş olunur, narahat etməyəsiniz

 

Xahiş edirəm, məni çələnglərə qərq etməyin,

məni alqışlamayın.

Hansısa zədənin,

müharibənin,

ya da başqa səbəblərlə bağlı

məni qəhrəman kimi tanıtdırmayın.

Vuhana albalı çiçəklərini seyr edib,

məst olmaq üçün gəlmədim,

ya da təriflərin yüksəldiyi

bir tədbirə baxmaq üçün.

Mən sadəcə epidemiya bitəndə

evimə sağ qayıtmaq istəyirəm.

Bədənimdən ancaq zəifləmiş

sümüklərim də qalsa,

Onu valideynlərimin

və övladlarımın yanına

özüm daşımaq istəyirəm.

 

Arundati Sabramaniam

 

Çadır

 

Bayırda dondurucu səhra gecəsidir.

içəridə isə hənirti verə-verə şölələnən bir çıraq.

Qoy, o səhra tikanlı otlarla örtülsün,

bizim yumşaq çəmənli bağçamız var.

Qitələr lənətləndi,

şəhərlər

və xırda qəsəbələr,

Hər şey yandı,

qaraldı,

yumağa döndü.

Gələcək haqqında eşitdiyimiz

bütün xəbərlər kədər qoxuyur.

Amma bütün gerçək xəbərlər

məhz burada,

bu çadırın içindədir,

Burada, ümumiyyətlə, yenilik yoxdur.

 

Sosial məsafə haykuları

 

Belə uzaq məsafədə,

Dünya özünü əzabla örtülmüş kimi hiss edir,

lakin ümid səhifəni çevirir.

 

Uşaqlar bütün gün evdədir,

sən işləyirsən, ya yox?

bu sualına cavabının fərqi yoxdur.

 

Bir az təmiz havada gəzişə bilərik?

Bəli, amma yaxın durmadan,

zəhmət olmasa,

altı addım uzaq gəz.

 

Barmaqlarda zərif köpüklər,

körpücüyümüzə kimi tökülən ilıq su

biznes söhbətində isti vanna qəbulu.

 

Karantindən sonra

rəng nizamlamaları aparılacaq

bəlkə, səs-küy də rənglər sırasına girər.

 

Bu gün televizorda

iki yad adam əl yellədi kameraya

mən də spirtlənmiş əlimlə qarşılıq verdim.

 

İntrovertlərin xəyalı?

Bəlkə də. Hələ ki, dəqiq deyil.

Qorxu var, itki var belə xəyal olmur.

 

Qlobal pandemiya

bəşəriyyət hələ ki dözür

hamı bilir – bahar yeni gün gətirir.

 

İngilis dilindən sətri tərcümə: Elcan Salmanqızı

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.