Sənət və ədəbiyyat dərgisi

"Kvadrat - Nikolae Spateru + VİDEO

30 Sentyabr 2022 / 15:54

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Spasce” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün-29 sentyabrda layihə tanınmış gürcü şairi Zaur Naçxebiya ilə,  onun Şuşa barədə ürək sözləri və şeiri ilə davam edir.

 

Nikolae Spateru/ Moldova

şair, nasir, “Kvadrat” jurnalının baş redaktoru

 

Sizi salamlayıram, əziz dostlar. Bu il Şuşa şəhərinin əsasını qoyulmasının 270-ci il dönümüdür. Bu Azərbaycan şəhərinin xüsusi tarixi var, bu şəhər mədəniyyət, şeir və musiqi mərkəzidir. Moldova Respublikası adından səni salamlayıram Şuşa! Salam Şuşa!

Uzun illər arulayıram sənə! Çiçəklənmə arzulayıram sənə. Qoy bu müqəddəs torpaq əvvəlki illərdə olduğu kimi yenə də Azərbaycana və dünyaya böyük şairlər, bəstəkarlar, ifaçılar, rəssamlar bəxş etsin. İndi oxuyacağım şeiri sənə

ithafən oxuyuram, Şuşa!

Dostun, Nikolae Spetaru

 

Çəmənin yaşıl bayrağı altında

 

Atlar və atlılar qayıtmağa başladılar

yüzillik müharibədən

çəmənin yaşıl bayrağı altında.

Döyüş meydanında əsas şey

kəklikotulu çay üçün

qəndin miqdarını müəyyənləşdirməkdir –

 bunu vacib görkəm alan kapitan deyir və deyir ki,

savaşı ciddiyə alanlara

ölümlə müalicə kursu keçmək

tövsiyə edilir vaxtaşırı.

Atlar və atlılar qayıtmağa başladılar

ən uzun savaşdan sonra,

bu hadisəylə bağlı akreditə olunmuş çoxlu jurnalist 

(onlar savaşın yüz il uzanacağını söyləyir)

 qeydlərini birbaşa 

tarix dərsliklərinə edirlər.

 

Tərcümə: Səlim Babullaoğlu

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.