Sənət və ədəbiyyat dərgisi

Salam Şuşa - Kersti Kivirüüt

04 Oktyabr 2022 / 11:51

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün-04 oktyabrda layihə eston yazıçısı Kersti Kivirüüt,  onun Şuşa barədə ürək sözləri və romanından bir parça ilə davam edir.

 

Kersti Kivirüüt / Estoniya

şair, yazıçı, pedaqoq

 

Salam. Mən Kersti Kivirüütəm. Müəllimə, “Küləklər şəhəri” romanının müəllifi. Bu gün ona görə qarşısınızda dayanmışam ki, bütün azərbaycanlıları, xüsusən şuşalıları “Şuşa ili” münasibəti ilə salamlayım. Bu hadisənin  böyük əhəmiyyəti var, Şuşa təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün mədəniyyət beşiyidir, vacib şəhərdir.  Şuşanın sarayları və məscidləri Avropa və dünya memarlıq irsinin inciləri kimi tanınır.  Musiqi və ədəbiyyata verdiyi böyük töhfələr var Şuşa şəhərinin bütün dünya sənətinə.

Məsələn gözəl muğam, melodiyalar nəinki Qafqaz dağlarında, hətta Avroviziya səhnəsində də səslənib. Biz islam dünyasının ilk operası “Leyli və Məcnun”a görə də minnətdarıq. Özü də biz indi yalnız keçmişdən, keçmişdəki töhfələrdən danışmırıq, indi, uzun illərdəki işğal illərindən sonra Şuşanın mədəniyyət səmasında yeni ulduzlarla parlayacağına inanırıq.

Salam Şuşa!

Sənin üşüm “Küləklər şəhəri”ndən bir parça oxuyacam.

 

*

 

Küləklər şəhərində dəyişkənlik küləkləri əsmişdi. Kərpiçdən tikilmiş alçaq evləri indi eyvanları Xəzər dənizinin misilsiz mənzərəni seyr edə biləcək eyvanları olan müasir tipli göydələnlər əvəz edirdi. Yeni salınmış hamar və sürətli  yollarda sovetlər zamanından qalma köhnə avtomobillər miskin görünürdü. İmkanı olanlar özlırinə son zamanın dəbi ilə ayaqlaşan tünd şüşəli qərb avtomobilləri almışdılar. Belələri çox zaman çılğın sürücü kimi yol hərəkət qaydalarını pozur, böyük maneələr yaradırdı. Al- əlvan reklamlar vasitəsilə bir-birini üstələməyə çalışan  dəbdəbəli otellərdə  Yaponiya və Amerikadan olan multi milyarderləri qara kürü və yerli konyakla bəzədilmiş ziyafət masaları arxasında əyləşib yeni müqavilələrin imzalanmağını qeyd edirdilər. Bütün bunları neft sayəsində etmək mümkün olmuşdu. Bu təbii ehtiyat xaricdən gələn uzaqgörən investorları minarələri və karvansaraları ilə diqqət çəkən şəhərə hələ 150 il

bundan  öncə  gətirmişdi. Yerli adamların dediyinə görə indi köhnə şəhər- XX əsrin əvvəllərində almanlarla isveçlərin Avropa üslubunda tikdirdikləri malikanələr və villalardan ibarət idi.  İllər keçdikcə artıq bu şəhərdə Ələddinin

nağılındakı sehrli aləmlə qarşılaşmaq daha çətinləşirdi . Hətta əyləncə və gözəllik axtaran turist ordusu belə deyəsən Qız qalası ilə Şirvanşahlar sarayının qədimliyinin və müqəddəsliyinin fərqinə varmadan müasirliyə can

atırdı. Minilliklər ərzində yalnız dəniz öz görünüşünü dəyişməmişdi.

Günəşin şuaları çox qədim zamanlarda olduğu kimi yenə də ulu Xəzərin dalğaları ilə oynayırdı.  Qədimdə bu dənizin  qara qızılı yalnız müalicə məqsədilə istifadə olunurdu. Hələ o zamanlar sahildə balıq tutmaq üçün tor toxuyan balıqçılar dalğaların forması və ölçüsünə görə əsən küləyi iki cür  müəyyən edirdilər. Dəniz

hamar və aldadıcı sakitdirsə, demək qurudan gilavar əsir. Əgər dalğalar bəzən hətta adam boyu qalxırsa, demək dənizdən xəzri küləyi əsir. Bax elə indiki neft metropolu da bu iki növ küləyin adına uyğun olaraq öz adını qazanmışdı – Badikubə, yəni -Küləklər şəhəri Bakı.

 

Tərcümə: Sənəm Əli, Səlim Babullaoğlu

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.