Sənət və ədəbiyyat dərgisi

Keçmiş orada gizlidi - Mətin Çingizin şeiri

17 Oktyabr 2022 / 11:02

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün- 17 oktyabrda layihə Türkiyəli şair Mətin Çingiz və onun Şuşa barədə ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edir.

 

 

Mətin Çingiz / Türkiyə

Mən Mətin Çingizəm, Türkiyəliyəm, İstanbulda yaşayıram. Əvvəlcə bu layihəyə ev sahibliyi edən Şuşaya səmimi, sevgi dolu salamlarımı göndərirəm. Şuşa nə gözəl bir şəhər. Bir çox şair, bəstəkar və musiqiçi çıxmış onun bağrından. Tarixə düşmüş insanları yetişdirmiş. Əslində şəhərlər belə oğul və qızları ilə anılır. Azərbaycanlı qardaşlarıma ürək dolusu salamlarımı göndərirəm. Biz bir millət, iki dövlətik. Bakını görənlər onu tərifləməkdən yorulmazlar. İnanıram ki, bir gün dəvət ediləcəm Bakıya, Azərbaycanı görmək nəsibim olur. Mən Qarslıyam. Uşaqlığım Azərbaycan mahnılarını dinləməklə keçib.  “Ay işığında”, Huşəng Azəroğlunun “Sizə salam gətirmişəm”, Sabir Mirzəyevin “Bu qala daşlı qala”, “Küçələrə su səpmişəm” kimi mahnılarla. Bir çox mahnı hələ də yadımdadır.

Bəli indi Şuşa, sevimli Şuşa üçün  son günlər yazdığıç bir şeirimi oxuyacağam.

Ümid edirəm, bəyənəcəksiniz.

 

 

Günəş

Səssizlik kimi nəbzin vurması,

Ta dərimdə hiss edirəm.

Bu partlayışdan doğan həyat

Dünyanı qovur ha qovur.

İşə yarayır şeirlər və heykəllər.

Qara qayalar tökülür, ovulur.

 

 

Keçmiş orada gizli,

Gələcək orada biçilir.

Rüzgar palçığı yoğurur.

 

 

Gözlətimi qıyıram.

Günəş deyəndə bunlar gəlir ağlıma,

Bir də əryib gedəcək sümüklərim.

 

 

Tərcümə: Səlim Babullaoğlu

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.