Sənət və ədəbiyyat dərgisi

Şuşaya salam - Şəmsəddin Kuzəçi 

21 Oktyabr 2022 / 18:01

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün- 20 oktyabrda layihə İraq-Türkmən şairi Şəmsəddin Kuzəçi və onun Şuşa barədə ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edir. Şəmsəddin Kuzəçi / İraq-Kərkük Şəmsəddin Kuzəçi, Kərkük, İraq. Ümummilli Lider mərhum Heydər Əliyev dedi ki, tarixi araşdırdığımızda gördük Şimali Azərbaycan, Cənubi Azərbaycan, İraq türkmanları bir bütünün parçalarıdır. Və biz də o bütünün parçaları olaraq, İraq türkmanları olaraq “Şuşa ili” münasibətilə ən əvvəl Azərbaycan xalqını və Şuşa sakinlərini cani-dildən təbrik edirik. Şuşa həqiqətən Azərbaycanın qəlbidir, mədəniyyət mərkəzidir və təbiətin gözəlliyidir. Buna görə də təkrar Azərbaycan xalqını təbrik edirik. Şuşa salam. Bu şeiri sənin üçün oxuyuruq. Gətirmişəm Kərkükün qalasından Öz Türkmən balasından Mor sünbül lalasından Məhəbbət gətirmişəm Azərbaycan soyundan Oğuz, bayat köyündən Dəclə, Fərat suyundan Dad-fəryad gətirmişəm Füzuli nəfəsindən, Kərbəla havasından, Kuzəçinin səsindən Min hoyrat gətirmişəm. Kərkük, Təbriz, Marağa, Xudam salma irağa, Vətənim Qarabağa Mən övlad gətirmişəm. Hazırladı: Səlim Babullaoğlu

 

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.