Ölümü boş verirn - Tatyana Sivets

01 Noyabr 2022 / 10:38
Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Space” telekanalının iştirakı ilə sentyabrın 27-dən noyabrın 9-a qədər Azərbaycan da daxil olmaqla 30 ölkədən 44 şair “Şuşa ili” çərçivəsində “Şuşaya salam!” layihəsində gözəl Şuşa üçün şeir oxuyacaq, şəhər haqqında danışacaqlar. Bu gün – 30 oktyabrda layihə tanınmış Belarus şairəsi Tatyana Sivets, onun Şuşa barədə ürək sözləri və Şuşaya ithafən qiraəti ilə davam edir.
Tatyana Sivets / Belarus
Salam Azərbaycan! Salamlayıram səni əsrarəngiz Şuşa!
Təəssüf ki, sizin gözəl ölkənizdə olanda Şuşaya gedə bilmədim, yolları yağış yumuşdu. Amma Azərbaycanın mədəniyyət başkəndi, xanəndələr vətəni Şuşada olmağı, o şairlərin nəfəs aldığı havanı udmağı, musiqiçi və rəssamları vəcdə gətirən mənzərələri görməyi çox arzulayıram. Məşhur Xurşudbanu Natəvanı yetirən o torpağı toxunmaq, ayaq basmaq istəyirəm. Əziz Azərbaycanlı dostlarım, sizi Şuşa ili münasibəti ilə təbrik edirəm. Sevinirəm ki, sizin həmvətənlərinizə və bütün dünyaya xalqınız üçün ilham mənbəyinə çevrilmiş şəhərinizi xatırlatmaq kimi belə bir gözəl imkanınız var. Bu gün mən qürur hissilə deyirəm: “Salam, Şuşa!”
Bu şeiri sənin üçün oxuyuram, Şuşa!
*
Çevrilib geriyə evimə sarı, duman görürəm.
Güzgüdən baxanlar uzaqdadırlar yaman, görürəm.
İlahi, nə olar, sındırma məni, eşit və dinlə,
Mərhəmət, həqiqət istəyirəm mən yalnız səninlə.
Nə vaxt ver, nə xeyir sən mənə Rəbbim,
Söz də gərək deyil, keçinər şeirim.
Bircə əskik etmə kölgəni nolar
Yurdumun üstündən nə qış, nə bahar.
Onda görəcəksən iman bizdədi,
Bəla gəlibsə də Günəş parlayır.
İlahi, bilirsən, gücümüz bitsə
Sözlərin yenə də içimizdədi:
Ölümü boş verin, yoxdu, olmayıb.
Tərcümə: Səlim Babullaoğlu