Sənət və ədəbiyyat dərgisi

Dinozavrların ölümü - Sona Vəliyevanın YENİ POVESTİ

19 Aprel 2024 / 09:17

Sona Vəliyeva

Dinozavrların ölümü

(povest)

 

 

İçin­də­ki su­al­la­ra gün bo­yu ca­vab ta­pa bil­mə­yən geo­fi­zik alim Vi­co Pen­fol­dun, ge­cə ya­rı­sı ol­ma­sı­na bax­ma­ya­raq, yu­xu­su ər­şə çə­kil­miş­di. Mek­si­ka körfə­zin­də­ki Yu­ka­tan ya­rı­ma­da­sın­da hə­ya­ta ke­çir­di­yi neft kəş­fiy­ya­tı pro­se­sin­də bu gün rast­laş­dı­ğı bə­zi sir­li tə­bi­ət ha­di­sə­lə­ri san­ki onun el­mi bi­lik­lə­ri­nin ye­tər­siz­li­yi­ni or­ta­ya çı­xar­mış­dı. Kəş­fiy­yat pro­ses­lə­rin­də ən müba­hi­sə­li mə­qam­lar­da bir kəl­mə sözü bütün şübhə­lə­rə son qo­yan geo­lo­qun özü bu də­fə çox mürək­kəb su­al­lar qar­şı­sın­da aciz görünürdü.

Vi­co Pen­fold ya­rı­ma­da­nın zən­gin neft-qaz ya­taq­la­rı­nın kəş­fiy­ya­tı­na on ilə ya­xın idi ki, əsas təd­qi­qat­çı alim ki­mi cəlb edil­miş­di. O bu sa­hə üzrə böyük el­mi nüfuz sa­hi­bi idi. Həm­kar­la­rı ara­sın­da heç kim cürət edib onun kəş­fiy­yat, təd­qi­qat iş­lə­ri­nin nə­ti­cə­lə­ri ilə bağ­lı fikirlərinə  əla­və tək­lif­lər səs­lən­dir­məz­di. Vi­co­ya bə­zən “ye­ral­tı xə­zi­nə­lər kra­lı” de­yə müra­ci­ət edər­di­lər ki, o da ca­va­bın­da sa­də­cə ola­raq gülümsə­yə­rək: “Hər şe­yin sa­hi­bi Al­lah­dır”, – de­yərək re­ak­si­ya ve­rər­di. Bu gün rast­laş­dı­ğı na­dir tə­bi­ət möcüzə­si­nin qey­ri-adi­li­yi isə mövcud el­mi çər­çi­və­yə sığ­ma­ya­raq əla­və is­ti­qa­mət­lər üzrə gə­rək­li olan mövzu­la­rı da araş­dır­ma­ğa yol açır­dı. İn­di ali­min düşüncə­sin­də rast­laş­dı­ğı na­dir süxu­run vi­zu­al görüntü­lə­rin­dən və bu haq­da­kı təx­mi­ni müla­hi­zə­lər­dən kə­nar heç nə yox idi. Bu ta­pın­tı onu tam məş­ğul edə­rək, xa­ri­ci aləm­dən büsbütün təc­rid et­miş­di...

Geo­loq Vi­co Pen­fold tək­cə ta­nın­mış alim və neft kəş­fiy­yat­çı­sı de­yil­di. O həm də astrofizika  sahəsində tutarlı məqalələri ilə də tanınırdı. Ha­zır­da kəş­fiy­yat apar­dı­ğı bu mə­kan­la­rın ta­ri­xi haq­qın­da çox­say­lı ki­tab­lar oxu­muş­du. Bugünkü na­dir ta­pın­tı onun bu yer­lə­rin ta­ri­xi haq­qın­da­kı bi­lik­lə­ri­ni oya­da­raq, kəş­fiy­yat­çı hiss­lə­rin­dən xey­li uzaq­laş­dır­mış­dı. Öz-özünə tək­rar-tək­rar  “bu yerlərdə neft mövcuddursa, heç ye­rə qaç­ma­ya­caq, am­ma bu möcüzə süxur in­san­lı­ğın ət­raf aləm haq­qın­da­kı bi­lik­lə­ri­ni xey­li zən­gin­ləş­di­rə­cək­dir” de­yə düşünürdü. Ye­rin, tə­biə­tin və ət­raf alə­min ya­ra­nı­şı, tə­kamülü, in­san­la­rın ya­şam və hə­yat uğ­run­da­kı müba­ri­zə ta­ri­xi, bə­şə­riy­yə­tin keç­di­yi in­ki­şaf yo­lu, yüz il­lər­dir ki dünya­da təd­qiq edi­lən və il­dən-ilə cid­di ic­ti­mai ma­raq kəsb edən di­gər be­lə ta­pın­tı­lar ax­şam­dan bə­ri Vi­co­nun gözlə­ri önündə sı­ra­la­nır, elm alə­mi üçün cid­di ma­hiy­yət da­şı­yan bə­zi mə­sə­lə­ləri ya­da sa­lar­dı... Hət­ta ağ­lın­dan ötə­ri ola­raq be­lə bir fi­kir də ke­çir­di ki, bəl­kə, bu­il­ki tə­ti­li­ni heç ye­rə get­mə­sin, elə bu­ra­da qa­la­raq, rast­laş­dı­ğı “mö­cüzə süxur”u so­na qə­dər təd­qiq et­sin, onu ra­hat bu­rax­ma­yan bə­zi su­al­la­rın ca­va­bı­nı tap­ma­ğa ça­lış­sı­n?..

Göründüyü ki­mi, bugünkü kəş­fiy­yat pro­se­sin­də ye­rin də­rin süxur­la­rı­nın yal­nız geo­loq­lar tə­rə­fin­dən oxu­na bi­lən əsas qat­la­rın­dan bi­rin­də aş­kar­la­nan sir­li möcüzə ali­mi əməl­li-baş­lı özünə cəlb et­miş­di.  Əlavə elm sahələrinin də bu işdə tədqiqatına ehtiyac duyulurdu. Çiy­ni­nə tökülən pırt­la­şıq uzun saç­la­rı elə bil in­di­cə Vi­co­ya gə­rək­siz bir şey ki­mi görünmə­yə baş­la­dı və dər­hal aya­ğa qal­xa­raq, gə­zi­şə-gə­zi­şə saç­la­rı­nı əl­lə­ri ara­sın­da to­par­la­ya­raq sax­la­dı... Geo­loq­lar ara­sın­da onu xüsu­si fərq­lən­di­rən bu uzun və pırt­la­şıq saç­la­rın sanki in­di ona də­rin­dən düşünmə­yə ma­ne ol­du­ğu qə­naə­ti­nə gəl­di. Əli­ni saç­la­rı­na çə­kə­rək, ani ola­raq bir də fi­kir­ləş­di, son­ra as­ta­dan öz-özünə da­nış­ma­ğa baş­la­dı: “Bu təd­qi­qa­ta, yə­qin ki, har­dan­sa baş­la­maq la­zım­dır, har­da­sa bir ip­ucu ola­ma­mış de­yil!.. Dünya­nın il­kin ya­ra­nı­şın­da­kı eko­lo­ji şə­rai­tin el­mi təh­li­li, elə­cə də in­san­la­rın hə­yat tər­zin­dən irə­li gə­lən ta­ri­xi pro­ses­lə­ri tək­rar ya­da sal­maq la­zım gə­lə­cək, qlo­bal ha­di­sə­lər haq­qın­da ta­ri­xi mə­lu­mat­la­rı da və­rəq­lə­mək gə­rək­dir. Bu süxu­run sir­lə­ri­ni aç­ma­­ğın o qə­dər asan ol­ma­ya­ca­ğı mə­lum­dur. Bu gün min əzab­la araş­dır­dı­ğı­mız və də­rin süxur­la­rın­da ax­ta­rış­lar apar­dı­ğı­mız tor­pa­ğın do­ğal xə­zi­nə­si həm də bu­ra­nın qə­dim sa­kin­lə­ri­nin, yer­li in­san­la­rın düşüncə və ar­zu­la­rı­nın, ya­şam tər­zi və hə­yat uğ­run­da­kı müba­ri­zə­si­nin ni­şa­nə­lə­ri­ni özündə əks et­di­rir. Bu süxur­lar həm keç­mi­şin ini­ka­sı, həm də gə­lə­cə­yin tə­mi­na­tı ki­mi yer­li sa­kin­lər­lə, on­la­rın gündə­lik hə­yat tər­zi ilə bir­ba­şa bağ­lı­dır. Be­lə pro­ses­lə­rin də­rin­dən öyrə­nil­mə­si həm də bə­şə­riy­yə­tə öz gə­lə­cə­yi­ni da­ha dol­ğun plan­laş­dır­ma­ğa kömək edə bi­lər! Özü öz bə­la­sı­nı gə­ti­rən və ya baş ve­rən tə­bii fə­la­kət­lər­dən xi­las ol­maq mis­si­ya­sı­nın da­şı­yı­cı­sı olan in­sa­nı “mik­ro­kos­mos” ad­lan­dır­maq­la alim­lər, əs­lin­də, on­la­rı bə­şə­ri mə­su­liy­yə­tin əsas da­şı­yı­cı­sı ki­mi də­yər­lən­dir­mək­də haq­lı­dır­lar... Ye­rin sət­hi, oke­an­lar, də­niz­lər, me­şə örtüklə­ri, elə­cə də Yer üzünün bit­ki və can­lı alə­mi, in­san fəa­liy­yə­ti və in­san əmə­yi ilə də­yi­şən tə­bi­ət, po­zu­lan eko­lo­ji ta­raz­lıq bütöv bir pro­se­sin tər­kib his­sə­si de­­yil­­mi­­?!” Vi­co­nun ya­dı­na bu mə­qam­da bir ne­çə il qa­baq el­mi konf­rans­lar­dan bi­rin­də et­di­yi çı­xış düşdü. O za­man “Ye­rin ok­si­gen qa­tı­nın zə­if­lə­mə­si­nə mən­fi tə­sir göstə­rən amil­lə­rin ara­dan qal­dı­rıl­ma­sı” mövzu­su­na həsr edil­miş hə­min konf­rans­da onun səs­lən­dir­di­yi fi­kir­lə­rə ağız büzən bə­zi alim­lə­rin müna­si­bə­ti­ni ya­da sal­dı. Oke­an­la­rın, də­niz­lə­rin can­lı mühi­ti­nə mən­fi tə­sir göstə­rən in­san fəa­liy­yə­ti, okea­nın ok­sid­ləş­mə­si pro­ses­lə­rin­də­ki sub­yek­tiv amil­lər, hid­ros­fe­rin tə­bii var­lıq­la­rı­n yox ol­ma təhlü­kə­si və s. haq­qın­da el­mi müba­hi­sə­lə­rə qo­şul­ma­ğı çox alim­lər sev­mə­sə də, bu is­ti­qa­mət­də or­ta­da olan sübut və də­lil­lə­ri də in­kar et­mək mümkün de­yil­di. Ya­xud “Qlo­bal iq­lim də­yiş­mə­si” mövzu­sun­da bey­nəl­xalq konf­rans­la­rın bi­rin­də baş ve­rən ha­di­sə­ni xa­tır­la­dı. Hə­min konf­rans­da Vi­co Pen­fold in­san­la­rın Yer üzündə baş ve­rən tə­bii pro­ses­lə­ri ne­cə öz ma­raq­la­rı çər­çi­və­si­nə sa­la­raq is­tis­mar et­mə­sin­dən, var­lan­maq məq­sə­di­lə, gə­lə­cək nə­sil­lər qar­şı­sın­da ta­ri­xi mə­su­liy­yət bor­cu­nu unu­da­raq tə­biə­ti və eko­lo­ji və­ziy­yə­ti kor­la­ma­sın­dan bəhs et­miş­di. Qeyd et­miş­di ki: “İn­san­lı­ğın ta­le­yi ət­raf alə­min, ye­rin və göyün ta­le­yi ilə bir­ba­şa bağ­lı­dır. Böyük Ya­ra­dan qa­rış­qa və hə­şə­rat­lar­dan tut­muş ən iri tə­bi­ət can­lı­la­rı­na qə­dər su­da və qu­ru­da ya­şa­yan bütün var­lıq­la­rı xəlq edə­rək bir-bi­rin­dən bu və ya di­gər şə­kil­də ası­lı et­miş, hə­ya­ti bağ­lar­la bütün var­lıq­la­rı bir-bi­ri­nə bağ­la­mış­dır. La­kin bütün ya­şa­nan pro­ses­lə­rə ən mə­sul var­lıq in­san­dır. Çünki məhz in­san­lar şüur­lu şə­kil­də və öz gündə­lik mən­fə­ət­lə­ri çər­çi­və­sin­də tə­bii pro­ses­lə­rə ko­bud müda­xi­lə edə­rək var­lıq­la­rın di­na­mi­ka­sı­nı po­zur ki, bu da tə­bi­ət və cə­miy­yə­tin ta­raz­lı­ğı­nı, hə­ya­tın tə­bii axa­rı­nı və möv­cud­lu­ğu­nu kor­la­yır. Ta­raz­lı­ğın po­zul­ma­sı Yer üzündə in­san hə­ya­tın­da­kı har­mo­ni­ya­nı da­ğı­dır, ət­raf alə­mi və bütün var­lıq­la­rın tə­bii in­ki­şa­fı­nı er­ro­zi­ya­ya uğ­ra­dır. Yer üzündə ok­si­gen mən­bə­yi­nin – me­şə və dağ­la­rın bit­ki örtüyünün müha­fi­zə­si, oke­an və də­niz mühi­ti­nin, can­lı­lar alə­mi­nin qo­run­ma­sı kütlə­vi xəs­tə­lik­lə­rin, tə­bii bə­la­la­rın ol­ma­ma­sı de­mək­dir. Ona görə də mə­nim mövqe­yi­mi alim mövqe­yin­dən çox, pla­ne­tin bir na­ra­hat və­tən­da­şı­nın mövqe­yi ki­mi də­yər­lən­dir­mə­yi xa­hiş edi­rəm”, – de­yə öz çı­xı­şı­nı bi­tir­miş­di. Həmişə yumorla çıxışını bitirmək onun şakəri idi: “Biz insan övladı olaraq buyuq... Cənnətin ekologiyasını korladıq, oradan qovulduq, yerə endik, burada da dinc dura bilmirik. Bəs yaxşı, burdan qovulsaq, hara gedə bilərik”, – dedikdə zalda qəhqəhə və alqışlar bir-birinə qarışmışdı.

Pen­fold gənc­lik il­lə­rin­də Ya­xın və Or­ta Şər­qin ən qə­dim dövlət­lə­rin­dən bi­ri sa­yı­lan İraq­da neft kəş­fiy­ya­tı apar­dı­ğı il­lə­ri xa­tır­la­dı. Qə­dim Bağ­dad­la ilk ta­nış­lı­ğı, şə­hə­rin ta­ri­xi haq­qın­da yer­li in­san­la­rın da­nış­dıq­la­rı­nı, ta­ri­xin mər­hə­lə­li in­ki­şaf iz­lə­ri­ni əks et­di­rən çox­say­lı abi­də­lə­ri də­fə­lər­lə seyr et­mə­si­ni ya­da sal­dı. Dünya­nın qə­dim si­vi­li­za­si­ya mər­kəz­lə­rin­dən he­sab olu­nan Aşa­ğı Me­so­po­ta­mi­ya bölgə­si­nin mər­kə­zin­də yer­lə­şən İraq dövlə­ti­nin əra­zi­si ilə Mek­si­ka körfə­zin­də yer­lə­şən Yu­ka­tan ya­rı­ma­da­sı­nı müqa­yi­sə et­di. O, ta­ri­xi mə­lu­mat­lar­dan yax­şı bi­lir­di ki, hər iki mə­kan in­san­lı­ğın ən qə­dim ya­ra­nış mər­kəz­lə­rin­dən ol­muş, ne­çə-ne­çə mühüm tə­bi­ət ha­di­sə­lə­ri­nə, si­vi­li­za­si­yalar dönə­mi­nə şa­hid­lik et­miş­dir. Fə­rat və Dəc­lə çay­la­rı ara­sın­da yer­lə­şən, tor­pa­­ğın al­tı da, üstü də tə­bii qay­naq­lar­la zən­gin olan İraq­la Mek­si­ka körfə­zin­də­ki Yu­ka­tan ya­rı­ma­da­sı bir-bi­ri­nə çox bən­zə­yir­di. Hər iki mə­kan məh­sul­dar tor­paq örtüyünə ma­lik idi, hər iki­sin­də Yer üzündə­ki can­lı alə­min, qə­dim in­san si­vi­li­za­si­ya­sı­nın, ta­rix­də­ki ilk dövlət­lə­rin ya­ra­nış iz­lə­ri qal­mış­dı. Bu iki ox­şar mə­ka­nı təd­qiq et­mək­lə Yer kürə­si­nin ya­şı­nı, ta­ri­xi­nin baş­lan­ğıc nöqtə­si­ni, əsr­lər bo­yu bir-bi­ri­ni əvəz edən tə­bii pro­ses­lə­ri, ye­rin tek­to­nik hə­rə­kət­lə­ri­ni, dünya­nın ya­ra­nı­şı­nı, ən qə­dim in­san­la­rın hə­yat və fəa­liy­yə­ti­ni, si­vi­li­za­si­ya­la­rın bər­qə­rar ol­ma­sı və dövlət­lə­rin ya­ra­nı­şı­nı, Yer üzünün can­lı alə­mi­nin evol­yu­si­ya­sı­nı və s. ki­mi pro­ses­lə­ri öyrən­mək olar­dı. Bu­ra­lar­da on­la­rın hər bi­ri­nin iz­lə­ri­nə və qa­lıq­la­rı­na rast gəl­mək mümkün idi.

Pen­fol­du hey­rət­lən­di­rən mə­sə­lə­lər­dən bi­ri də həm bağ­dad­lı­la­rın, həm də Yu­ka­tan sa­kin­lə­ri­nin ya­şa­dıq­la­rı əra­zi­lə­ri “ye­rin göbə­yi” ad­lan­dır­ma­la­rı idi. Bu fik­rin nə də­rə­cə­də hə­qi­qə­tə uy­ğun ol­du­ğu­na il­lər öncə hələ gənc yaş­la­rın­da İraq­da olar­kən Vi­co şübhə ilə ya­naş­mış­dı və o qə­dər də fər­qi­nə var­ma­mış­dı. Çünki o bi­lir­di ki, qə­dim yu­nan­lar da, bə­zi Af­ri­ka xalq­la­rı, hin­dis­tan­lı­lar, çin­li­lər, yə­hu­di­lər və s. qə­dim xalq­lar da öz əra­zi­lə­ri­ni bir qay­da ola­raq “ye­rin göbə­yi”, özlə­ri­ni­ isə “ən qə­dim in­san nümu­nə­lə­ri” sa­yır­dı­lar. On­la­rın hər bi­ri­nin ina­mı­na görə, dünya­nın mər­kə­zi və in­san­lı­ğın ya­ra­nış mə­ka­nı məhz on­la­rın ya­şa­dıq­la­rı əra­zi­lər he­sab olun­ma­lı­dır. Bu düşüncə bütün qə­dim xalq­la­rın mil­li qüru­ru­na və inan­cı­na çev­ril­miş­di. La­kin ha­zır­da ki­fa­yət qə­dər otu­ruş­muş bir yaş­da olan Vi­co Pen­fold Yu­ka­tan ya­rı­ma­da­sı­nın Chixu­lub kən­di­nin sa­kin­lə­rin­dən ey­ni id­dia­nı – “ye­rin göbə­yi” mə­sə­lə­si­ni eşi­dən­də ar­tıq hey­rət­lən­mə­yə bil­məz­di.

Vi­co Pen­fold, ümu­miy­yət­lə, el­mi bi­lik­lə­ri ilə ya­na­şı, zən­gin dünyagörüşlü və ki­fa­yət qə­dər di­ni inanc­lı bir şəxs idi. Kos­mik var­lıq­la­ra, in­san ira­də­sin­dən kə­nar ila­hi qüvvə­lə­rin mövcud­lu­ğu­na ina­nır­dı, ay­rı-ay­rı dövrlər­də ali şüu­run Yer üzündə ya­rat­dı­ğı möcüzə­lər, in­san­lıq üçün bəxş et­di­yi tə­bi­ət və ət­raf aləm, cə­miy­yət­lə­rin di­na­mi­ka­sın­da, Yer kürə­sin­də ar­zu et­di­yi əmin-aman­lı­ğın, ni­zam-in­ti­za­mın, əda­lə­tin bər­pa­sın­da­kı ro­lu­na onun şübhə­si yox idi. Bu ara­da Chixu­lub kən­di­nin bə­zi yer­li sa­kin­lə­ri, xüsu­sən də, ağ­saq­qal­la­rı ilə bir ne­çə də­fə söhbət et­miş və on­la­rın öz kənd­lə­ri, ta­rix­lə­ri və s. ilə bağ­lı da­nı­şıq­la­ra, rə­va­yət­lə­rə ma­raq­la qu­laq as­mış­dı. Əs­lin­də, “möcüzə süxur”la yer­li in­san­la­rın da­nış­dı­ğı rə­va­yət­lər ara­sın­da üst-üstə düşən bə­zi əla­mət­lər də var idi. Düzdür, kənd əh­li­nin da­nış­dıq­la­rı bu tip­li mi­fik rə­va­yət­lər­də çox şey son­ra­kı dövrlər­də in­san­la­rın ar­zu və is­tək­lə­ri, tə­xəyyül­lə­ri ilə də­yiş­di­ril­sə də, müəy­yən re­al­lıq­lar ol­du­ğu ki­mi günümüzə qə­dər gə­lib çıx­mış­dır.

Pen­fold həm­kar­la­rı ara­sın­da ge­niş ma­raq dai­rə­si və əha­tə­li dünyagörüşü ilə se­çi­lən bir alim idi. Onun iş ota­ğın­da Av­ro­pa in­ti­ba­hı dövrünə aid böyük ital­yan sə­nət­kar Mi­ke­lan­ce­lo­nun “Adə­min ya­ra­dı­lı­şı” əsə­rin­dən əl­lə­ri­nin to­xu­nu­şu­nun rep­ro­duk­si­ya­sı iri çər­çi­və­yə sa­lı­na­raq di­var­dan asıl­mış­dı. Bu əsər ota­ğa gi­rən hər kə­sin diq­qə­ti­ni çə­kər və ma­ra­ğı­na sə­bəb olar­dı. Vi­co bir qay­da ola­raq, bu əsər haq­qın­da kim­səy­lə nə­sə da­nış­ma­ğa və ya bu haq­da hər han­sı müza­ki­rə apar­ma­ğa şə­ra­it ya­rat­maz­dı. Əsər­dən al­dı­ğı iza­ho­lun­maz ener­ji­nin fər­qin­də ol­du­ğu üçün bu haq­da su­al­la­ra ca­vab ver­məz­di. Ey­ni za­man­da o, öz ota­ğın­da pe­şə və ix­ti­sa­sı­na aid hər han­sı ki­tab da sax­la­maz­dı. Di­var­da onun fəa­liy­yə­ti dövründə qey­də alın­mış uğur­lu kəş­fiy­yat qu­yu­la­rı­nın xə­ri­tə­si ilə ya­na­şı, dünya­nın in­zi­ba­ti xə­ri­tə­si də asıl­mış­dı. Bu xə­ri­tə­nin üzə­rin­də Vi­co­nun flo­mas­ter­lə çək­di­yi qey­ri-adi xət­lər görən­lər­də hə­mi­şə xüsu­si su­al do­ğu­rur­du. Xə­ri­tə­nin kə­na­rı­na ki­çik çəh­ra­yı not və­rə­qin­də la­tın­ca “Et Vi­dit am­bu­la­ban” – yə­ni “gə­zib gör­düyüm yer­lər”; di­gə­rin­də isə “Et som­ni­um lo­ga” – yə­ni “xə­yal et­di­yim yer­lər” cümlələri ya­zı­la­raq san­caq­la bər­ki­dil­miş­di. Bu lövhə­lər Pen­fold haq­qın­da çox şey­lə­ri söylə­yir­di. Xə­ri­tə üzə­rin­də Ye­ni Ze­lan­di­ya­nın Atəşbö­cə­yi ma­ğa­ra­la­rı, Ari­zo­na­nın An­ti­lop kan­yo­nu, Çi­nin Göyqur­şa­ğı tə­pə­lə­ri, Bo­li­vi­ya­nın Duz gölü, İn­gil­tə­rə­nin “Ston­hec­lər”, Nor­ve­çin At­lan­tik yo­lu və s. haq­qın­da ki­çik qeyd­lər edil­miş­di. Bu ki­çik qeyd­lər və fərq­lən­di­ril­miş şərh­lər həm də Pen­fol­dun ma­raq dai­rə­si­ni və dünyagörüşünü əks et­di­rir­di. Ge­də­cə­yi yer­lər sı­ra­sın­da Türki­yə­də – Ka­pa­dok­ya­da Pə­ri ba­ca­la­rı, Nyu Mek­si­ka­da Carls­bad ma­ğa­ra­sı, Pas­kal­ya ada­sın­da­kı Dev hey­kəl­lər, Kam­bo­ci­ya­da bir ne­çə ma­raq­lı yer­lə­rin adı qeyd olun­muş­du.

Vi­co Pen­fold bütün bun­lar­la ya­na­şı, ilk növbə­də, öz pe­şə mə­su­liy­yə­ti­ni ki­fa­yət qə­dər də­rin­dən dərk edən bir mütə­xəs­sis və pe­şə­si­nin us­ta­sı idi. Ye­rin tər­kin­də­ki süxur­la­rın də­rin qat­la­rın­da in­for­ma­si­ya mən­bə­yi ki­mi kod­la­şan mə­lu­mat­lar haq­qın­da çox və əha­tə­li da­nış­ma­ğı sev­məz­di. Ək­sər kəşf­lər­də mə­lu­mat­lar də­qiq­ləş­di­ril­mə­miş, ümu­mi­ləş­mə­lər apa­rıl­ma­dan heç ki­mə hər han­sı bir konk­ret vəd ver­məz­di. Be­lə mə­qam­lar­da da­ha çox sus­ma­ğa, da­ha əha­tə­li he­sab­la­ma­lar apar­ma­ğa ça­lı­şar­dı. Çünki onun apar­dı­ğı kəş­fiy­yat­la­rın nə­ti­cə­lə­ri el­mi şu­ra­da təs­di­qi­ni tap­dıq­dan son­ra həm də pa­le­on­to­loq­lar, ast­ro­fi­zik­lər tə­rə­fin­dən qə­bul və təs­diq olun­ma­lı idi. “Süxur­lar ta­ri­xin in­ki­şaf və hə­yat fo­to­su­dur. Onun re­al hə­qi­qət­lə­ri­ni görmək mütə­xəs­sis işi­dir” de­yə düşünürdü... Dünən­ki süxur­dan aş­kar­lan­mış ta­pın­tı­nın nə­ti­cə­si ola­raq ha­zır­da onun əlin­də yüz mil­lik kra­ter, üstə­lik, uzun il­lər əv­vəl haq­qın­da eşit­di­yi, ha­zır­da­sa qa­zın­tı nə­ti­cə­sin­də ye­rin də­rin qat­la­rın­dan ta­pı­lan “an­de­zit” ad­la­nan qey­ri-adi vul­ka­nik qa­ya par­ça­la­rı və nümu­nə­lə­ri var idi. Bu ta­pın­tı Vi­co­nun əsas işi olan neft ax­ta­rı­şı­nı san­ki ikin­ci pla­na ke­çir­miş­di. Bu qey­ri-adi süxu­run da­xi­li key­fiy­yət göstə­ri­ci­lə­ri onun­la bir­gə ça­lı­şan di­gər geo­loq­la­rı da hey­ran et­miş­di. La­kin bu haq­da hə­lə­lik nə­sə da­nış­ma­ğı və müla­hi­zə yürütmə­yi Pen­fold heç ki­mə məs­lə­hət görmə­miş­di. Ümu­miy­yət­lə, Vi­co Pen­fold öz el­mi təd­qi­qat­la­rı­nı, bir qay­da ola­raq, xüsu­si rek­lam et­mə­dən, da­ha çox su­sa­raq apa­rır­dı. Onun neft ya­taq­la­rı haq­qın­da­kı bir çox nə­ti­cə­lə­ri hər­dən bir­gə ça­lış­dı­ğı həm­kar­la­rı tə­rə­fin­dən açıq­lan­sa be­lə, özü qə­tiy­yən bu haq­da tam nə­ti­cə əl­də olun­ma­ya­na­can da­nış­maz­dı. Hə­mi­şə­ki ki­mi Pen­fold bu də­fə də öz işi­ni sa­kit və təm­kin­lə apa­rır­dı. Çünki ina­nır­dı ki, neft ya­taq­la­rı­nın kəş­fiy­lə ya­na­şı, bu də­fə dünya el­mi üçün xüsu­si ma­raq kəsb edən na­dir bir ta­pın­tı da aş­kar et­miş­di­rlər. Sa­də­cə, sübut­la­rı mümkün qə­dər tez­lik­lə ümu­mi­ləş­di­rib möhkəm­lən­di­rə­rək or­ta­ya çı­xar­maq la­zım idi. El­mi müla­hi­zə­lə­ri­ni ge­niş fakt­lar­la və də­lil­lər­lə bir ne­çə el­mi-təd­qi­qat mər­kə­zi­nə göndər­miş­di. Ca­vab isə ge­ci­kir­di...

Pen­fol­dun baş­qa həm­kar­la­rın­dan fərq­li ola­raq, çox qə­ri­bə düşünmək, təh­lil et­mək, ümu­mi­ləş­dir­mək və el­mi qə­naə­tə gəl­mək qa­bi­liy­yə­ti də var idı. Elekt­rik işı­ğı­nı söndürər, bir şam yan­dı­ra­raq, dörd-beş qu­tu kib­rit dənəsini qar­şı­sı­na töküb, ma­sa üzə­rin­də özünə əya­ni düşüncə mey­da­nı ya­ra­dar­dı. Son­ra re­al­laşan fi­kir­lə­ri­ni qar­şı­sın­da­kı və­rəq­də nömrə­lə­yə­rək, növbə­ti ide­ya­nın üzə­rin­də iş­lə­yər­di. Əv­vəl­lər bu cür “obrazlı təd­qi­qat" ona neft ax­ta­rış­la­rın­da çox kömək ol­muş­du. İn­di onun ax­tar­dı­ğı tək neft de­yil­di. Təxmini hesablamalarına görə, 65 mil­yon il əv­vələ aid edilə biləcək göy cis­mi­nin yerə düşmə sə­bəb­lə­ri­ni və orada ya­rat­dı­ğı pro­ses­lə­ri də­rin­dən araş­dır­ma­ğa daha çox maraqlı idi. O, hə­mi­şə yer­lə göyü iki güzgü ki­mi üz-üzə dur­muş və­ziy­yət­də tə­səvvür edir­di. Bu güzgülər bi­r-bi­rin­də baş ve­rən ha­di­sə­lər­dən mütləq ası­lı idi. İn­san­la­rın hət­ta dav­ra­nış­la­rı­nın, hə­rə­kət və ener­ji­si­nin baş­lan­ğıc bir nöqtə­dən ay­rı­lan­dan son­ra ge­ri­yə dönə­cək ha­lı­nı və ca­va­bı­nı da o, təx­mi­ni müla­hi­zə edə bi­lir­di.

Pen­fol­dun pe­şə­kar­lı­ğı onu ta­nı­yan­la­rı hə­mi­şə va­leh edir­di. Da­im öz üzə­rin­də ça­lı­şan geo­lo­qun heç ki­mə söylə­mə­di­yi bir sir­ri də var idi. O, dünya din­lə­ri­nin ta­ri­xi­ni öyrə­nir­di, özü üçün Tan­rı və in­san müna­si­bət­lə­rin­də baş ve­rən pro­ses­lə­rə müxtə­lif di­ni düşüncə­lər­dən ay­dın­lıq gə­tir­mə­yə ça­lı­şır­dı. Oxu­du­ğu di­ni ki­tab­lar­dan, İn­cil­dən, Tövrat­dan, Qu­ran­dan əxz et­di­yi Tan­rı­nın gücü, in­san ru­hu, in­sa­nın güclü var­lıq ki­mi Yer üzünə göndə­ril­mə­si və s. haq­qın­da fi­kir­lə­rə onun öz xüsu­si müna­si­bə­ti var idi. Onun düşün­cə­si­nə görə, “in­san Tan­rı­dan güc al­dı­ğı üçün hər şe­yə qa­dir­dir və bütün ya­ra­dı­lan­la­rın ən güc­lüsüdür. İn­san tor­paq­dan ya­ran­dı­ğı üçün tor­pa­ğa bağ­lı­dır və məhz buna görə də onun tor­paq sev­gi­si bütün ömrü bo­yu tükən­mir. İn­san öz gün-güzə­ra­nı­nı da tor­paq üzə­rin­də qu­rur, tor­paq üzə­rin­də hə­yat sürür, son­da ye­nə tor­pa­ğa dönür. İn­san ya­ra­dı­lan­la­rın ən zəh­mət­keş və ça­lış­qan var­lı­ğı ki­mi ömrü bo­yu iş­lə­yir. Neft kəş­fiy­yat­çı­sı­nın hə­lə ca­va­bı­nı ta­pa bil­mə­di­yi çox su­al­lar var idi. Mə­sə­lən, in­san­lar on­la­rı hə­yat­da müşayiət edən günah­lar­dan və xə­ta­lar­dan ne­cə qo­run­ma­lı­dır, öz nəf­si­nə, şey­ta­nın in­sa­na təl­qin et­di­yi hiy­lə­gər hiss­lə­rə ne­cə qa­lib gəl­mə­li­di­r? Ya­xud in­san öz nəf­si­nə və günah əməl­lə­rə qa­lib gəl­mək­lə hə­yat­da­kı bütün pis­lik­lər­dən xi­las ola bi­­lər­­mi­­?!”

Vi­co­nun va­li­deyn­lə­ri di­ni inanc­lı in­san­lar ol­ub və bunu da­im ibadətlə təsdiq edərdilər. Vi­co öz uşaq­lıq il­lə­ri­ni, ailə­si­ni xa­tır­la­ma­ğı xoş­la­yır­dı və tez-tez ata-ana­sı­nın ailə­də­ki ide­al dav­ra­nış­la­rın­dan, ət­raf­la­rın­da­kı in­san­la­ra xoş müna­si­bə­tin­dən qürur his­si ilə söhbət açır­dı. İnanc­lı, zi­ya­lı xris­ti­an ailə­sin­dən va­ris ki­mi ona ötürülən nümu­nə­vi əx­laq tər­zi­nə görə da­im va­li­deyn­lə­ri­nə tə­şəkkür edir­di. Bir vaxt­lar ata­sı onu mükəm­məl təh­sil al­ma­sı üçün ev­lə­rin­dən xey­li uzaq mə­sa­fə­də yer­lə­şən qa­pa­lı özəl mək­tə­bə yer­ləş­dir­miş­di. Özünün söylə­di­yi­nə görə, hə­min mək­təb­də iba­dət üçün ki­çik bir kil­sə də var imiş. Vi­co bu mək­təb­də yüksək dünyə­vi təh­sil­lə bə­ra­bər, həm də ən va­cib mə­nə­vi də­yər­lə­ri də mə­nim­sə­miş­di. Mək­təb­də­ki təh­sil­lə ya­na­şı, kil­sə­də­ki di­ni ayin­lər və iba­dət pro­ses­lə­rin­dən qa­zan­dı­ğı mə­nə­vi bi­lik­lər və key­fiy­yət­lər ona son­ra­kı dövrdə öz hə­yat yo­lu­nu düzgün da­vam et­dir­mə­yə ya­xın­dan kömək et­miş­di.

Vi­co Pen­fold bugünkü neft kəş­fiy­ya­tı pro­se­sin­də ye­rin də­rin qat­la­rın­da aş­kar­la­nan na­dir bir süxur­la rast­laş­mış­dı və ax­şam­dan hə­min süxu­run qa­lıq­la­rı­nın təd­qi­qi üzə­rin­də uşaq­lıq və gənc­­lik xa­ti­rə­lə­ri­nin işı­ğın­da düşünürdü. Dü­şün­cə­lə­ri ucu iti­ril­miş ip kə­lə­fi­nə bən­zə­yir­di, əsas ipu­cu­nu tap­ma­ğa ça­lı­şır­dı. Düşünürdü ki, təd­qi­qat­lar la­bo­ra­to­ri­ya şə­rai­tin­də ri­ya­zi də­qiq­lik­lə apa­rıl­ma­lı, bəl­kə, bə­zi ri­ya­ziy­yat­çı və ya fi­zik­lə­rin məs­lə­hə­ti­nə də ye­ni­dən eh­ti­yac du­yu­la­caqdı. Ma­sa üzə­rin­də­ki şam sönmək­də idi, la­kin yu­xu­su qaç­mış Vi­co­nun da­yan­maq fik­ri yox idi. O, ye­ni bir şam yan­dır­dı. Be­lə gər­gin hal­lar­da, adə­ti üzrə, Vi­co­nun bey­nin­də­ki düşüncələri və geo­lo­ji bi­lik­ləri bir-bi­ri­ni əvəz edə­rək, hə­qi­qət ax­ta­rı­şı yo­lun­da cid­di müba­ri­zə baş­la­nar­dı. İn­di də ey­ni pro­ses ya­şa­nır­dı, geo­loq düşüncə­si­ni qa­rış­dı­ran fərq­li fi­kir­lə­ri tə­ləs­mə­dən bir-bir saf-çürük et­mə­yə ça­lı­şır­dı.

Chi­xu­lub kən­di­nin sa­kin­lə­ri ya­rı­ma­da­da neft kəş­fiy­ya­tı apa­ran alim­lə­ri elə ilk gündən çox meh­ri­ban­ca­sı­na qar­şı­la­mış­dı­lar. On­lar bu kəş­fiy­yat iş­lə­ri­nin gə­lə­cək­də özlə­ri­nin güzə­ra­nı­na göstə­rə­cə­yi müsbət tə­si­ri san­ki hiss edir­di­lər. Hər bir yer­li sa­kin apa­rı­lan qa­zın­tı­dan öz gə­lə­cək ar­zu­la­rı­nın re­al­laş­ma­sı­nı, fi­ra­van hə­yat­la­rı­nın tə­min olu­ma­sı­nı gözlə­yir­di. Kənd əh­li­nin da­nış­dı­ğı yer­li ləh­cə­də Vi­co Pen­fol­dun ya­dın­da qa­lan ilk diq­qət­çə­kən kəl­mə tez-tez tək­rar­la­nan “di­no” sözü ol­muş­du. Son­ra­dan geo­loq öyrən­miş­di ki, bu sözün mə­na­sı “böyük”, “əzə­mət­li”, “nə­həng” de­mək­dir. Yer­li sa­kin­lə­rin özlə­ri də bə­zən bu sözün tam mə­na­sı­nı, də­rin­li­yi­ni bil­mə­dən onu ölçü va­hi­di ki­mi is­ti­fa­də edir­di­lər. Kən­din Şi­mal his­sə­sin­də yer­lə­şən neft kəş­fiy­ya­tı düşər­gə­si­nin ar­xa­sın­da sı­ra­la­nan dağ­lar, qa­ya­lıq əra­zi­lər san­ki ba­şı bı­çaq­la kə­si­lib atıl­mış qur­ğu­ya bən­zə­yir­di. Kə­nar­dan bu mən­zə­rə həm də bə­zək­li ad günü tort­la­rı­nı xa­tır­la­dır­dı, san­ki han­sı­sa sə­bir­siz uşaq bu tor­tun üst qa­tı­nı kə­sib ye­miş­di. Kən­din ət­ra­fın­da­kı ki­çik kə­lə-kötür mey­dan­ça­da uşaq­lar da­vam­lı ola­raq top qo­vur­du­lar. Kən­də təş­rif bu­yu­ran neft kəş­fiy­yat­çı­la­rı­nı da ilk qar­şı­la­yan yer­li sa­kin­lər, hə­min top­qo­van uşaq­lar ol­muş­du­lar. On­lar “bu yad da­yı­la­rı və əmi­lə­ri” o za­man xüsu­si ma­raq­la qar­şı­la­mış­dı­lar.

O za­man geo­loq-kəş­fiy­yat­çı Vi­co Pen­fold uşaq­lar­la ilk tə­mas qu­ran qo­naq qis­min­də meh­ri­ban kənd uşaq­la­rı­na xoş tə­sir ba­ğış­la­mış­dı. Uşaq­lar­dan bi­ri söhbət əs­na­sın­da söylə­miş­di ki, bu kənd­də ha­mı on­la­rı gözlə­yir­miş. Hət­ta de­yir­miş­lər ki, “Əj­da­ha da­ğı” ad­la­nan bax o qar­şı­da­kı qayaların alt qat­la­rın­dan axan neft çay­la­rı­nı üzə çı­xa­ran­dan son­ra kənd uşaq­la­rı üçün bu­ra­da ye­ni bir mək­təb və id­man mey­dan­ça­sı da ti­ki­lə­cək­miş. Uşaq­lar­dan bi­ri­nin söylə­di­yi­nə görə, bu yer­lər­də ta­pı­lan neft ya­taq­la­rı və tez­lik­lə baş­la­na­caq qa­zın­tı­lar haq­qın­da bütün yer­li qə­zet­lər, te­le­vi­zi­ya­lar mə­lu­mat ve­rərək gə­lə­cək iş­lər­dən bəhs etmişdilər...

Söhbət əs­na­sın­da Vi­co Pen­fol­dun diq­qə­ti­ni tez-tez tək­rar­la­nan “di­no” kəl­mə­si çək­di və üzünü uşaq­lar­dan bi­ri­nə tu­ta­raq:

– “Di­no” nə­di­r?

– “Di­no”, yə­ni “çox böyük”, “əzəmətli”, “ge­niş”... Bi­zim kən­din di­lin­də ən böyük şey­lə­rə “di­no” de­yi­rik, – de­yə uşaq­lar­dan bi­ri ca­vab ver­di.

– Si­zin kən­din di­lin­də... Ma­raq­lı­dır!

– Bu gördüyümüz ba­şı kə­sik da­ğın da adı be­lə an­la­dım ki, Əj­da­ha da­ğı­dı­r?

– Bə­li, bu dağ elə ad­la­nır. Ba­bam söylə­yir­miş ki, hə­min da­ğın o bi­ri üzündə ya­şa­yan məğ­lu­b­edil­məz əj­da­ha­lar­la bi­zim əc­dad­la­rı­mı­zın tez-tez da­va­la­rı düşürmüş. Dağ­la­rın üst qa­tın­dan qa­nad­la­rı ilə bu yer­lə­rə od­lu, közlü ya­nar daş yağ­dı­ran hə­min əj­da­ha­lar ge­cə­lər həm də yer­li in­san­la­rı oğur­la­maq­dan da çə­kin­məz­miş­lər.

– Ba­ban bu əj­da­ha­lar haq­qın­da da­ha nə­lər söylə­yir­mi­ş?

– Ba­bam de­yir­miş ki, hə­min əj­da­ha­la­rın qa­nad­lı­la­rı, yə­ni uçan əj­da­ha­lar qo­yun, ke­çi boy­da imiş. Qa­nad­sız əj­da­ha­lar­sa, yə­ni uç­ma­yan­lar çox nə­həng imiş­lər, bax elə bu dağ boy­day­mış­lar.

– Ba­ban on­la­rı görüb?

– Yox, ona da öz ba­ba­sı da­nı­şıb­mış bu əh­va­lat­la­rı. Ola bil­sin ki, onun ba­ba­sı da kim­dən­sə eşi­dib­miş, bəl­kə də, bun­la­rın ha­mı­sı sa­də­cə bir na­ğıl, ya­xud əf­sa­nə imiş. Bəl­kə, heç “əj­da­ha” ad­lı bir şey də ol­ma­yıb. Ba­bam bun­la­rı da­nı­şan­da 98 ya­şı var­dı.

Ba­bam həm də söylə­yir­miş ki, hə­min əj­da­ha­la­rın qa­nı da­ğın di­bi­nə süzülüb, son­ra­dan za­man-za­man bu qan­lar nef­tə çev­ri­lib. İl­lər­dir ki, si­zin ki­mi alim­lər gə­lib-ge­dir­lər. Hə­min nef­ti ax­ta­rır­lar, hə­lə ki, in­di­yə qə­dər bir şey edə bil­mə­yib­lər.

– İnanıram ki,, bu də­fə ta­par­lar, – de­yə Vi­co­nun as­sis­ten­ti dil­lən­di. Am­ma siz də bu də­fə gə­rək bi­zə çox­lu dua edə­si­niz, mə­sə­lən, sən de­miş­kən, “di­no-di­no” dua! O, söylə­di­yin əj­da­ha­nın qa­nı­nı da bu də­fə yer al­tın­da qoy­ma­ya­ca­ğıq, ta­pıb çı­xa­ra­ca­ğıq və son­ra da bu­ra­da si­zə gözəl bir mək­təb, id­man mey­dan­ça­sı ti­kə­cə­yik, – de­yə söhbə­ti ye­nə Vi­co Pen­fold da­vam et­dir­di.

– Ol­du, cə­nab­lar, söz ve­ri­rəm! Biz si­zə nə za­man la­zım ol­saq, ça­ğı­rın. Gə­lib qul­lu­ğu­nuz­da da­ya­na bi­lə­rik. Bi­zim kənd ca­maa­tı çox meh­ri­ban və inanc­lı in­san­lar­dır, on­la­ra da söylə­yə­cə­yik, qoy si­zə “di­no-di­no” dua­lar et­sin­lər. Onu da de­yim ki, bi­zim kənd­də hər kə­sin qar­ğı­şı da, al­qı­şı da, dua­la­rı da hə­min əj­da­ha­lar­la bağ­lı­dır.

– O ne­cə olu­r? De­yə­sən, si­zin kənd ca­maa­tı bu əj­da­ha­lar­dan çox çə­kib.

– Kən­di­miz­də qar­ğış edən­lər de­yir ki, “ya­lan de­yə­nin evi­nə əj­da­ha nə­fə­sin­dən od düş­sün”. Ya­xud dua edən­lər “Al­lah si­zi əj­da­ha müsi­bət­lər­dən və bə­la­lar­dan qo­ru­sun!” söylə­yir­lər. Ki­mi­sə tə­rif­lə­yən­də ona “əj­da­ha ki­mi­dir” söylə­yir­lər...

Alim­lər bu qə­ri­bə mə­sə­lə­lər­lə bağ­lı hey­rət­lən­di­lər:

– Nə gözəl! Uşaq­lar, siz bi­zim in­di­yə qə­dər ta­nış ol­du­ğu­muz ən ağıl­lı uşaq­lar­sı­nız. Ya­xud de­di­yi­niz ki­mi ifa­də et­sək, “əj­da­ha ki­mi uşaq­lar”sı­nız. İn­di bil­dik ki, əj­da­ha­lar si­zə ni­yə qa­lib gə­lə bil­mə­yib, – de­yə Vi­co Pen­fold uşaq­lar­la dia­lo­qa ye­kun vur­du.

– Sağ olun!

– Siz də...

 Bu ax­­şam­­kı gər­­gin düşüncə mə­­qa­­mın­­da nə­­dən­­sə Vi­­co Pen­­fol­­dun ya­­dı­­na kənd uşaq­­la­­rı ilə hə­­min ilk tə­­mas və əf­­sa­­nə haq­qın­da di­a­­lo­q düşdü. Təcrü­­bə­­li ge­o­­loq müxtə­­lif dövlət­­lə­­rin əra­­zi­­sin­­də, Yer kürə­­si­­nin ne­­çə-ne­­çə bölgə­­lə­­rin­­də neft kəş­­fiy­­ya­­tı apar­­mış­­dı. Çox­­say­­lı xalq­­la­­rın adət-ənə­­nə­­si, dü­şüncə tər­­zi, hu­­ma­­nizm nor­­ma­­la­­rı ilə ta­­nış ol­­muş­­du. Ümümi­­ləş­­mə­­lə­­ri nə­­ti­­cə­­sin­­də be­­lə qə­­na­ə­­tə gəl­­miş­­di ki, Yer üzündə mil­­li, di­­ni və so­­si­­al mən­­şə­­yin­­dən ası­­lı ol­­ma­­ya­­raq, hər kəs əda­­lət his­­si­­ni, an­­la­­yı­­şı­­nı se­­vir, yax­­şı­­ya rəğ­­bət, pi­­sə nif­­rət bütün in­­san­­lar­­da ey­­ni duy­­ğu­­la­­rı oya­­dır. Xalq­­la­­rın və müxtə­­lif insan cə­miy­yət­lə­rinin hər bi­­ri­­nin xe­­yir-şər məf­­hu­­mu haq­­qın­­da fərq­­li əf­­sa­­nə­­lə­­ri mövcud­­dur. Ey­­nən Yu­­ka­­tan ya­­rı­­ma­­da­­sı­­nın bu uc­­qar dağ kən­­din­­də ünsiy­­yət­­də ol­­duq­­la­­rı hə­­min uşaq­­la­­rın düşüncə­­sin­­də­­ki “əj­­da­­ha əf­­sa­­nə­­si” ki­­mi. Hər bir əf­­sa­­nə əsr­­lə­­ri ar­­xa­­da bu­­ra­­xa­­raq, qə­­ri­­nə­­lər­­dən süzülə­­rək günümüzə gə­­lən və ta­­rix­­lə­­şən, ət­­raf­­da­­kı dağ-daş qə­­dər ömrü, mə­­na yükü olan konk­­ret bir ma­­hiy­­yə­­tin da­­şı­­yı­­cı­­sı­­dır. Xalq­­lar, mil­­lət­­lər, fərq­­li-fərq­­li in­­san qrup­­la­­rı öz is­­tək və ar­­zu­­la­­rı­­nı bil­­dik­­lə­­ri və eşit­­dik­­lə­­ri əf­­sa­­nə­­lər­­lə, ruh­­daş­­la­­rı­­nın söylə­­dik­­lə­­ri ilə əla­­qə­­lən­­di­­rə­­rək, mövcud hə­­yat­­la­­rı­­na və is­­tək­­lə­­ri­­nə tət­­biq et­­mə­­yə ça­­lı­­şır­­lar. Ruh bir­­li­­yi, düşüncə ey­­ni­­li­­yi Al­­la­­hın xalq­­la­­ra bəx­­şi­­şi­­dir. Yox­­sa ta­­ri­­xin ay­­rı-ay­­rı za­­man­­la­­rın­­da qan­­lı müha­­ri­­bə­­lə­­rə, pan­­de­­mi­­ya­­la­­ra, kütlə­­vi ac­­lıq­­la­­ra və s. bə­­la­­la­­ra düçar ol­­ma­­sı, kütlə­­vi ölümlə­­rin qa­­çı­­nıl­­maz­­lı­­ğı in­­san­­lı­­ğın kö­künü kə­­sə bi­­lər­­di. İn­­san­­lar­­sız Yer kürə­­si Al­­la­­hın nə­­yi­­nə la­­zım idi?! Ey­­nən boş ev, sa­­hib­­siz ma­­li­­ka­­nə­­lər can­­sı­­xı­­cı ol­­du­­ğu ki­­mi. Bir za­­man­­lar də­­rin tövbə­­lər­­dən son­­ra cən­­nət­­dən Yer üzünə göndə­­ri­­lən Adəm-Həv­­va əh­­va­­la­­tı in­­san­­lı­­ğın azad­lıq və müstə­qil­lik yo­lun­da ilk qə­­lə­­bə­­si de­­yil­di­mi?! Cən­­nə­­tə can at­­maq duy­­ğu­­su da son­ra­lar ilk də­­yə­­ri­­ni bu əh­­va­­lat­­la əbə­­di­­ləş­­dir­­di. Yox­­sa “Yer” ad­­lı boş, gə­­rək­­siz bir mə­­kan ona mə­­na ve­­rən əş­­rə­­fi-in­­san ol­­ma­­dan nə­­yə və ki­­mə gə­­rək idi? Al­­lah in­­sa­­nın ye­­rə sa­­hib­­lən­­mə­­si, onun əsl sa­­ki­­ni ol­­ma­­sı üçün mə­­gər tor­­pa­­ğı fay­­da­­lı və bəh­­rə­­li et­­­mə­­­di­­­mi­­­?!

Vi­­co Pen­fold ar­tıq bir ne­çə həf­tə idi ki, Lon­don­da­kı la­bo­ra­to­ri­ya­dan an­de­zit süxur­la­rı haq­qın­da göndər­di­yi nümu­nə­lə­rin ca­va­bı­nı sə­bir­siz­lik­lə gözlə­yir­di. Aş­kar­la­nan möcüzə­vi süxur nümu­nə­lə­ri  haqqında geo­lo­q özünün əla­və edil­miş fi­kir və müla­hi­zə­lə­rini bir ne­çə ay­rı-ay­rı pro­fil­li aka­de­mi­ya­la­ra göndə­r­miş­di. Alı­na­caq ca­vab­lar alim üçün çox va­cib idi. Məhz on­lar­dan ası­lı ola­raq təd­qi­qat­la­rın da­vam et­di­ri­lib, ya­xud et­di­ril­mə­yə­cə­yi­nə qə­rar ve­ri­lə­cək­di. Təd­qiq olu­nan Yer süxur­la­rı bə­şə­riy­yə­tin ne­çə mi­nil­lik ta­ri­xi­nə aid in­san­lıq üçün hə­lə də qa­ran­lıq qa­lan çox­say­lı su­al­la­rı ca­vab­lan­dı­ra­caq­dı. Müla­hi­zə­lər, şübhə­lər, pər­də­lən­miş sir­lər açı­la­caq­dı.

Növbə­ti günün fəa­liy­yət qra­fi­ki ye­nə gər­gin idi. İki sa­at­dan ar­tıq idi ki, Vi­co­nun iş ota­ğın­da müza­ki­rə ge­dir­di. Sa­at 11-i keç­miş­di. Geo­loq­lar el­mi müza­ki­rə­lə­ri ye­kun­laş­dı­ra­raq, kəş­fiy­yat qu­yu­la­rı­nın qa­zıl­dı­ğı sahələrə baş çək­mə­yə ha­zır­la­şır­dı­lar. Vi­co Pen­fold həm­ka­rı Nil­deb­ran­dın “süxur­lar­da­kı qa­zın­tı işi­nin ge­niş­lən­di­ril­mə­si və də­rin­ləş­di­ril­mə­si” ilə bağ­lı tə­ləs­kən qə­ra­rı­nı dəs­tək­lə­mə­di və hə­min qu­yu­da­kı qa­zın­tı iş­lə­ri­nin Lon­don­da­kı la­bo­ra­to­ri­ya­lar­dan ca­vab gə­lə­nə qə­dər da­yan­dı­rıl­ma­sı­nı is­tə­di. “Bu neft qu­yu­sun­dan aş­kar­la­nan süxur­lar mən düşündüyüm bə­zi sir­lə­rin aça­rı ola bi­lər. Mən bu müla­hi­zə­lə­ri­min doğ­ru­lu­ğu­na ya­vaş-ya­vaş inan­ma­ğa baş­la­mı­şam, inanıram ki, hər şey düşündüyümüz ki­mi ola­caq!” – de­yə Vi­co öz qəl­bin­də qə­rar ver­di.

Pay­taxt­dan gözlə­ni­lən ca­vab hə­lə də yu­ba­nır­dı. Ge­cə­ya­rı­sı ol­ma­sı­na bax­ma­ya­raq, Vi­co Pen­fold ye­nə adə­ti üzrə, ma­saüstü şa­mı­nı yan­dır­dı, kib­rit də­nə­lə­ri ilə özünə­məx­sus tərz­də sa­ba­hın plan-la­yi­hə­si­ni iş­lə­di, zə­ru­ri qeyd­lə­ri­ni apar­dı... Ba­yır­dan oy­na­yan uşaq­la­rın qa­rı­şıq səs­lə­ri gə­lir­di. Sa­bah bu kənd­də yer­li adət-ənə­nə­yə söykə­nən han­sı­sa bay­ram ri­tu­al­la­rı hə­ya­ta ke­çi­ri­lə­cək­di. Odur ki, ar­tıq gec ol­sa da, uşaq­lar küçə­də nə­lə­ri­sə ni­za­ma sal­ma­ğa ça­lı­şır­dı­lar. Ümu­miy­yət­lə, bu kənd­də sa­kin­lər uşaq­la­rı­nın ge­cə­nin bəl­li vaxt­la­rı­na qə­dər küçə­də oy­na­ma­sın­dan, evə gec dönmə­sin­dən na­ra­hat­lıq ke­çir­məz­di­lər. Kənd sa­kin­lə­ri­nin bir-bi­ri­lə meh­ri­ban­lı­ğı kənd­də­ki uşaq­la­ra da, kənd hə­ya­tı­nın təhlü­kə­siz­lik mühi­ti­nə də öz müsbət tə­si­ri­ni göstər­miş­di. Kənd­də­ki hə­yat tər­zi­nin özü bu­ra­da san­ki uşaq­la­rın da hər­tə­rəf­li güvən­li­yi­nin tə­mi­na­tı idi.

Yu­xu­su gəl­mə­di­yi üçün Vi­co te­le­vi­zo­ru aça­raq, ka­nal­la­rı də­yiş­mə­yə baş­la­dı. Növbə­ti ka­nal­da Ye­rin ya­ra­nı­şı­na aid el­mi-sə­nəd­li film ge­dir­di. Az son­ra yor­ğun ol­du­ğu üçün elə te­le­vi­zor qar­şı­sın­da di­van­da yu­xu­ya get­di. Chi­xu­lub kən­di­nin ha­zır­kı daşdan və tax­ta­dan ti­kil­miş ev­lə­ri­nin ye­rin­də bam­buk ağa­cın­dan və kol-kos­dan qu­raş­dı­rıl­mış ça­dı­ra­bən­zər ev­lə­ri seyr edir­di. Qa­dın­lar bu ev­lə­rin içə­ri­sin­də diz­lə­ri üstə ye­rə otu­rub əl­lə­ri­ni göyə qal­dı­ra­raq dua edir­lər. Ki­şi­lər hə­yət­də kəs­kin iy ve­rən xüsu­si yağ­la oğ­lan uşaq­la­rı­nın və özlə­ri­nin bə­dən­lə­ri­ni yağ­la­yır­lar. Bu ri­tu­al­la on­lar gu­ya han­sı­sa cin və bəd ruh­la­rın zi­yan­lı tə­si­ri­ni dəf edir, özlə­ri­nin təhlü­kə­siz hə­yat­la­rı­nı tə­min edir­lər. Kənd­də ya­nan oca­ğın közünü qo­ru­yub sax­la­maq işi­nə ba­xan xüsu­si qor­çu qa­dın­lar ət­raf­dan odun yı­ğır­dı­lar. Kənd ca­van­la­rı zə­hər­li zəq­qum ağa­cın­dan yay-ox düzəl­dir, müxtə­lif qo­run­ma va­si­tə­lə­ri tə­darük edir, ya­rı­ma­da­nın də­ni­zə çı­xan səm­tin­də uşaq­la­rın su al­tın­da nə­fə­sini tutaraq uzunmüd­dət­li qal­ma­sı vər­di­şi­ni məşq et­di­rir­lər. Ala­çıq­lar­da yaş­lı qa­dın­lar han­sı­sa di­ni ayin­lər ke­çi­rə­rək, bə­la­lar­dan xi­las üçün Tan­rı­ya yal­va­rır­lar. Ri­tu­al­lar­da ən çox müşa­hi­də olu­nan səh­nə­lər əca­ib düşmən­lə­rin, əj­da­ha nəs­li­nin kə­sil­mə­si ilə bağ­lı Al­la­ha ünvan­la­nan di­lək­lər idi. Dua­lar kənd ca­maa­tı­nın da­nış­dı­ğı in­di­ki dil­də ol­ma­sa da, qə­ri­bə­dir ki, Pen­fold san­ki on­la­rın iş­lət­di­yi hər sözü ba­şa düşürdü. Son­ra hər kəs bir ara­ya gə­lə­rək ya­rım­çev­rə, ay­pa­ra şək­lin­də əl-ələ ve­rə­rək düzülmə­yə baş­la­dı. Ən yaş­lı kənd sakini hal­qa­nın bir ba­şın­da, di­gə­ri isə o biri ucunda qə­rar tut­muş­du. On­lar­dan əv­vəl di­gər qa­dın və ki­şi­lər, or­ta­da­ isə gənc­lər əl-ələ ver­miş­di­lər. Uşaq­lar ay­pa­ra­nın iç üzündə ay­rı­ca ha­lay çə­kir­di­lər. Hər kəs dövrə vu­ra-vu­ra bir ağız­dan dua edir, kən­din gününü göy əs­gi­yə bükən “ağ­zı­od­lu əj­da­ha”la­rın kö­künün kə­sil­mə­si­ni göylər­dən di­lə­yir, Al­lah­dan ar­zu­la­rı­nın re­al­laş­ma­sı­nı is­tə­yir­di­lər. Dua və qar­ğış ayi­ni ke­çi­ri­lən mey­da­nın or­ta­sın­da bam­buk ağa­cın­dan düzəl­dil­miş kürsüyə­bən­zər bir yer­də kən­din ən yaş­lı qa­dı­nı diz üstə çökə­rək, ri­tu­al­da bir-bi­ri­ni əvəz edən dua və qar­ğış­lar səs­lən­di­rir, ar­dın­dan­sa bütün təd­bir iş­ti­rak­çı­la­rı hə­min sözlə­ri tək­rar edir­di­lər: “Al­la­hım, özün bi­zi bu bə­la­lar­dan hifz elə! Ya­rat­dı­ğın in­san­la­ra rəhm elə! Uşaq və qo­ca­la­ra rəhm elə! Bi­zi bu qan­i­çən və in­san əti ye­yən za­lım əj­da­ha­lar­dan xi­las elə! Ye­ri-göyü yan­dı­rıb-ya­xan, sə­nin ya­rat­dı­ğın ne­mət­lə­ri, ya­şıl, bar­lı-bə­rə­kət­li me­şə­lə­ri, tor­pa­ğı, da­ğı-da­şı məhv edən, hər şe­yi da­ğıt­maq gücünə sa­hib, bu qa­ran­lıq ax­ta­ran və qə­zəb püskürən əca­ib var­lıq­dan bi­zi xi­las elə, Al­la­hım! Bu var­lıq nə in­san ta­nı­yır, nə can­lı-can­sız qa­nır, nə Al­lah­dan qor­xur, nə də rəh­mi var! Bu kin və qə­zəb da­ğar­cı­ğı, bu şey­tan məx­luq ne­cə ki məhv edil­mə­yib, ya­rat­dı­ğın ye­rə-göyə, ət­raf alə­mə və in­san­lı­ğa qur­tu­luş yox­dur!.. İla­hi, ye­rə-göyə yal­nız zi­yan vu­ran, in­san­la­rı əzən, in­san­lı­ğın məh­vi­nə ça­lı­şan bu məx­lu­qun nəs­li­ni kəs, Yer üzündən yox elə on­la­rı! Hər il ne­çə-ne­çə övla­dı­mı­zı, doğ­ma­la­rı­mı­zı udan bu əj­da­ha­la­rın hə­ya­tı­na son qoy! Ya bi­zə elə güc ver ki, özümüz ona qa­lib gə­lək, ya da özün bi­zi hifz et və bu məx­lu­qa­tı məhv elə!... Bu­nun ət ye­yə­ni­nə də, ot ye­yə­ni­nə də min lə­nət! Al­la­hım, biz də in­san ki­mi günah­la­rı­mı­zın fər­qin­də­yik, odur ki, bi­zi böyük­lü­yünə ba­ğış­la, sə­nə üz tu­tan bu körpə­lə­rə ba­ğış­la bi­zi! İla­hi, gə­lin­lə­rin bət­nin­də ürə­yi part­la­yan, qor­xu­nu dərk edən körpə­lə­rin xət­ri­nə bu zülmü dəf et! Əj­da­ha­la­ra ölüm, əj­da­ha­la­ra lə­nət, ölüm, lə­nət, ölüm, lə­nət! Ölüm, lə­nət!” Səs­lər bir-bi­ri­ni üstə­lə­dik­cə kən­din ba­şın­da­kı qa­ya­lıq san­ki yer­li-ye­rin­dən in­san­la­rın üstünə gə­lir­di. Bu an­da bir­dən tükürpər­di­ci hə­yə­can­la hər kəs “Şey­tan! Əj­da­ha!” qış­qı­ra­raq mey­dan­dan qaç­ma­ğa baş­la­dı. Sağ­dan və sol­dan mey­da­na ya­xın­la­şan iki nə­həng, ağ­zın­dan od püskürən dinozavra bən­zəyən əca­ib var­lıq qa­çan in­san­la­rı ayaq­la­rı al­tın­da tap­da­la­ya­raq, bir ne­çə də­qi­qə­nin içə­ri­sin­də kənd-kə­sə­yi, əkin-bi­çi­ni vi­ran qoy­du. San­ki bugünkü ri­tu­al­da göylə­rə tuş­la­nan kütlə­vi el qar­ğı­şı və in­san­la­rın bəd­dua­la­rı­nın acı­ğı­na, dağ­lar­dan enən bu yır­tı­cı­lar in­san­lı­ğa son güclə­ri­ni nüma­yiş et­di­rir­di­lər.

Vi­co Pen­fold bir an­da dik­si­nə­rək qor­xunc yu­xu­dan ayıl­dı. Nə qə­ri­bə yu­xu idi bu?! Aya­ğa qal­xıb otaq­da bir az var-gəl elə­di. La­kin bir az əv­vəl­ki qor­xu­lu yu­xu səh­nə­lə­ri – nə­həng di­no­zavr­la­rın bir an içə­ri­sin­də gözəl, bar­lı-bə­rə­kət­li mə­ka­nı, ya­şa­yış məs­kə­ni­ni, yer­li sa­kin­lə­rin əliy­lə abad­laş­dı­rıl­mış ra­hat bir yur­du vi­ran qoy­ma­sı səh­nə­si gözlə­ri­nin önündən xey­li müddət get­mə­di... Yer­li sa­kin­lər­lə söhbə­tin­də ic­ma rəh­bər­lə­rin­dən bi­ri Vi­co­ya söylə­miş­di ki, kənd ca­maa­tı bir müddət əv­vəl Yu­ka­tan ya­rı­ma­da­sın­dan köçmə­yi qə­rar­laş­dı­rıb­mış. Onun ver­di­yi mə­lu­ma­ta görə, bu kən­din ulu sa­kin­lə­ri də bir ne­çə də­fə “vəh­şi əj­da­ha­la­rın mey­dan su­la­dı­ğı” bu yer­lər­dən köçmək is­tə­yib­lər. Hət­ta bir ne­çə yüz il bun­dan əv­vəl bu­nun üçün yı­ğı­şa­raq bam­buk ağa­cın­dan böyük bir gə­mi də in­şa edib­lər. “Di­no” ad­la­nan hə­min nə­həng gə­mi­yə mi­nə­rək ya­rı­ma­da­dan köç et­mək is­tə­yən sa­kin­lər qə­fil qa­sır­ğa­ya düşmüşdülər. Ye­ri-göyü lər­zə­yə gə­ti­rən hə­min qa­sır­ğa çox­say­lı in­san it­ki­si­nə sə­bəb ol­muş­du. Də­ni­zin su­yu bir anın içə­ri­sin­də san­ki iki­qat, üçqat art­mış, qa­sır­ğa gə­mi­ni ge­ri­yə – ya­­rım­a­da­ya at­mış­dı. Gə­mi­ni bir­tə­hər tərk edən adam­lar üzü dağ­la­ra, bu yer­lə­rə sı­ğın­mış­dı­lar. İc­ma rəh­bə­ri­nin sözlə­ri­nə görə, o vaxt­dan bu­ra­nın sa­kin­lə­ri ya­rı­ma­da­da ya­şa­ma­ğa da, Yu­ka­ta­nı tərk edib köçmə­yə də qor­xub­lar. Yüz il­lər­dir ki, ata-ba­ba­la­rı­mı­zın hə­min əf­sa­nə­vi köç əmə­liy­ya­tı ilə bağ­lı nə­sil­dən-nəs­lə ke­çən müxtə­lif rə­va­yət­lər da­nı­şı­lır. Bi­ri­lə­ri hə­min ha­di­sə­ni uçan və üzən əj­da­ha­lar­la bağ­la­yır, gu­ya on­la­rın dağ­lar­dan enə­rək də­ni­zə baş vur­duq­la­rı­nı və qa­sır­ğa ya­rat­dıq­la­rı­nı söylə­yir. Gu­ya bu nə­həng əj­da­ha­lar bir an­da də­ni­zə tökülə­rək qa­nad çal­ma­ğa baş­la­yır­lar ki, bu da su­yu qa­sır­ğa­ya çe­vi­rir və “Di­no”nu sa­hi­lə atır. Baş­qa bir rə­va­yə­tə görə­sə, hə­min gün Al­la­hın in­san­la­rın ya­ra­maz əməl­lə­ri­nə, bir-bi­ri­nə zülm et­mə­si­nə, o cümlə­dən də şey­tan məx­lu­qu­nun fit­nə-fə­sa­dı­na qə­zə­bi tu­tub­muş. Odur ki hə­min gün Uca Ya­ra­da­nın Yer üzündə ər­şə çı­xan fit­nə-fə­sa­da görə şey­tan məx­luq­la­rı­nı, pis və na­qis əməl­lə­rə, qar­ğı­şa sə­bəb olan ayi­nə görə­sə in­san­la­rı cə­za­lan­dır­dı­ğı­nı söylə­yir­lər. Gu­ya Yer üzündə­ki in­san­la­rın özlə­ri öz əl­lə­riy­lə, dil­lə­riy­lə, iman­sız­lıq­la­rı və na­qis əməl­lə­riy­lə bu qi­ya­mə­ti tez­ləş­di­rib­lər­miş. Hət­ta yer­li sa­kin­lər­dən bi­ri söylə­yib ki, hə­min gün qeyb­dən bir səs eşi­dib­lər ki, “ey in­san­lar, əda­lət­li olun, əda­lət­lə ya­şa­yın! Həm də bun­dan son­ra zülm və çə­tin­lik­lər­dən qur­tu­lu­şun yo­lu qaç­maq­da de­yil, zülmə qar­şı ha­mı­lıq­la bir­lə­şib xi­las na­mi­nə müba­ri­zə apar­maq­da­dır! Zülmdən qur­tul­maq üçün bir­lə­şin, haq­qı­nız uğ­run­da müba­ri­zə apa­rın və bütün zülmlə­rə bir­də­fə­lik son qo­yun! Qar­ğış et­mək­lə qur­tu­lu­şa na­il ol­maq ol­maz, qar­ğış zə­if­lik əla­mə­ti­dir, qar­ğı­dı­ğınız günahkarları Al­lah və in­san­lıq qar­şı­sın­da əda­lət müha­ki­mə­si­ gözləyir!”

Əsr­lər bo­yu də­də-ba­ba­la­rı­nın ta­ri­xi ha­fi­zə­sin­dən süzüb gə­lən be­lə rə­va­yət­lər və əfsanələr Yu­ka­tan ya­rı­ma­da­sı sa­kin­lə­ri­nin gündə­lik hə­yat he­ka­yə­lə­ri ilə çul­ğa­la­şa­raq, on­la­rın re­al var­lı­ğı­nı tə­min edir­di. Chi­xu­lub kən­di­nin sa­də və zəh­mət­keş ca­maa­tı san­ki də­niz lə­pə­lə­ri­nin on­la­rı han­sı is­ti­qa­mə­tə apar­ma­sın­dan xə­bər­siz, bə­zən ya­rı­ac və ya­rı­tox, ta­le­yin on­la­ra nə­sib et­di­yi qis­mət çər­çi­və­sin­də öz sa­də hə­yat­la­rı­nı ya­şa­maq­da idi­lər. Heç kim varlanmağı düşünmürdü və taleyin bəxş etdiyi qismətə görə Tanrıya şük­ranlığını bildirirdi. Son bir ne­çə il idi ki, sir­li ya­rı­ma­da­da nə­həng neft kəş­fiy­yat­la­rı­na baş­lan­ma­sı ilə ət­raf­da hər şey san­ki də­yiş­miş­di. Bir vaxt­lar ala­qa­ran­lıq­dan də­niz­də öz qis­mə­ti­ni ax­ta­ran ba­lıq­çı­la­rın, də­niz qa­sır­ğa­la­rın­dan, ət­raf dağ­lar­da baş ve­rən vul­kan püskürmə­lə­rin­dən, il­dı­rım çax­ma­sın­dan və s. ki­mi ölüm sa­çan tə­bi­ət ha­di­sə­lə­rin­dən ca­nı­nı qur­tar­ma­ğa ça­lı­şan kənd əha­li­si­nin tükən­mək­də olan ümid­lə­ri ye­ni­dən can­lan­maq­da idi. İn­di yer-göy də san­ki əv­vəl­ki il­lər­də­ki qə­dər fə­la­kət gə­tir­mir­di, ki­çik ba­lıq­çı qa­yıq­la­rın­da gün bo­yu öz ailə qis­mə­ti­nə tor atan in­san­la­rın də­niz dal­ğa­la­rın­dan ya­ra­nan hə­yə­ca­nı da xey­li azal­mış­dı. Ya­rı­ma­da ca­maa­tı çox­dan idi ki, də­li qa­sır­ğa­la­rın gə­tir­di­yi fə­la­kət­lər­dən qur­tul­maq üçün uca dağ­la­ra üz tut­mur­du. Yer üzü də san­ki əzəl­dən elə be­lə sa­kit, ya­rı­ma­da su­la­rı­ isə əzəl­dən be­lə lə­pə­siz imiş... Gə­mi­lər də ar­tıq əv­vəl­ki il­lər­də ol­du­ğu ki­mi, yüksək dal­ğa­dan qa­ya­la­ra çır­pıl­mır­dı, sa­kit-sa­kit üzə­rək li­man­da ra­hat lövbər sa­lır­dı. Həm də ne­çə vaxt idi ki, yer­li sa­kin­lər tə­biə­tin qə­zə­bi qar­şı­sın­da tək və kömək­siz de­yil­di­lər, in­di neft geo­loq­la­rı və neft­çi us­ta­lar da on­la­rın ya­nın­da idi­lər, in­san­la­rın ara­sın­da tez-tez görünə­rək, on­la­ra gə­lə­cək ümid­lər üçün təs­kin­lik ve­rir­di­lər...

Vi­co Pen­fold nim­daş kres­lo­sun­da əy­lə­şə­rək, dəh­şət­li yu­xu­su­nun hə­yə­ca­nın­dan qur­tul­maq is­tə­yir­di. Bu an ba­yır­dan gə­lən səs və qa­pı­nın döyülmə­si onu fik­rin­dən ayır­dı. Bir ne­çə gün əv­vəl onun­la kəş­fiy­yat qu­yu­su ət­ra­fın­da söhbət edən hə­min o dil­li-di­la­vər və meh­ri­ban ye­ni­yet­mə oğ­lan idi. Qa­pı­nı aç­dı, neft gə­li­rin­dən kənd uşaq­la­rı üçün mey­dan­ça ti­ki­li­şi­ni ar­zu edən ta­nış oğ­lan əlin­də poçt bağ­la­ma­sı tut­muş­du...

– Cə­nab, poçt iş­çi­si bir az əv­vəl qa­pı­nı­zı döydü, de­yə­sən, yat­mış­dı­nız, açan ol­ma­dı, de­dim ki, ve­rin, mən çat­dı­ra­ram, bu­yu­run!

– Sə­nin adın, səhv et­mə­səm, San­ti­no idi. Doğ­­ru­­mu­­?

– Bə­li, cə­nab!

– Tə­şəkkür edi­rəm, San­ti­no, bağ­la­ma­ya görə! Adı­nın mə­na­sı­nı bi­­lir­­sən­­mi­­?

Bə­li, cə­nab! “San­ti­no” müqəd­dəs de­mək­dir. Bi­zim kənd ca­maa­tı din­dar­dır, Tan­rı­ya çox bağ­lı­dır­lar. Hər bir ye­ni işi, fəa­liy­yə­ti dua­lar­la baş­lar­lar. Bi­zim ev­də dua et­mə­dən süfrə­yə otu­rul­maz, şükür et­mə­dən aya­ğa qal­xın­maz. Bi­lir­si­niz, kən­di­mi­zin ən yaş­lı in­sa­nı da­nı­şır­mış ki, bi­zim ulu əc­dad­la­rı­mız bir də­fə el­lik­cə yı­ğı­şa­raq Al­la­ha dua edib­lər, in­san­la­ra tez-tez hücum edən, ət­ra­fı da­ğı­dan əj­da­ha­lar­dan şi­ka­yət edib­lər. Al­lah da göy­dən od­lu daş-qa­ya, il­dı­rım tökə­rək hə­min əj­da­ha­la­rı məhv edib. Yaşlı adamlar danışırdılar ki, in­di kən­di­miz­də­ki əha­li hə­min o fə­la­kət­dən sağ qa­lan beş-on nə­fə­rin qo­hum-əq­rə­ba­sı­dır. Dağ­la­rı­mı­zın sı­nıq-sal­xaq di­va­ra bən­zə­mə­si də hə­min o bə­la­la­rın nə­ti­cə­si­dir. Am­ma, cə­nab, xa­hiş edi­rəm, bu haq­da heç ki­mə bir şey da­nış­ma­yın, mə­nim si­zə söylə­dik­lə­rim kən­di­mi­zin sir­ri­dir...

– San­ti­no, sən çox ağıl­lı oğ­lan­san... Mən­cə, bu rə­va­yət­lər­də müəy­yən hə­qi­qət­lər də var. İn­san­lar za­man-za­man na­ğıl­lar­dan ke­çə­rək re­al­lı­ğa, re­al­lıq­dan isə əsl el­mi hə­qi­qət­lə­ri ax­tar­ma­ğa və ta­ri­xlə, keç­mi­şin iz­lə­ri­ ilə gələcəyə get­mə­yə ça­lı­şır­lar.

– Cə­nab, bi­zim kənd adam­la­rı uşaq yaş­la­rın­dan öz övlad­la­rı­na hə­mi­şə yax­şı­lıq et­mə­yi, im­kan­sı­za əl tut­ma­ğı öyrə­dir­lər. İlk dərs günü şir­niy­yat və qə­ləm də­yiş­mək ki­mi bi­zim bir adə­ti­miz də var. Bu mə­ra­sim­də əş­ya pay­laş­ma­ğı tə­lim ki­mi bi­zə öyrə­dir və bütün hə­ya­tı­mız bo­yu xa­tır­la­dır­lar. Heç ki­mi qar­ğı­ma­ma­ğı tövsi­yə edir­lər. De­yir­lər ki, bi­zim Chi­xu­lub kən­di Al­la­ha dua və şi­ka­yət­lə­rin tez ye­ti­şən ye­ri­dir, yə­ni Ye­rin göbə­yi­dir, nə­nə­lər be­lə söylə­yir­lər. On­lar tövsi­yə edir ki, ça­lı­şın bir-bi­ri­ni­zə da­ha çox dua və al­qış səs­lən­di­rin, qar­ğış et­mə­yin. Böyüklər da­nı­şır ki, Chi­xu­lub­da in­san­la­rın sə­si­nin dağ­lar­da əks-sə­da ver­mə­si əc­dad­la­rı­mı­zın o vaxt­dan ər­şə çə­ki­lən hay­qır­tı­sı­nın əks-sə­da­sı­dır. On­lar bi­zim­lə həm­rəy ol­duq­la­rı­nı hə­min əks-sə­da ilə çat­dı­rır­lar. İn­san­la­rı bir vaxt­lar udan də­li qa­sır­ğa­ları yaradan, min əzab­la qur­duq­la­rı ev-eşi­yi, əkin tar­la­la­rı­nı alov nə­fə­si ilə yan­dı­ran hə­min əj­da­ha nəs­li­nin məh­vi be­lə baş ve­rib... Ba­bam de­yir ki, in­san­la­rın Al­lah­dan is­tə­di­yi yal­nız Yer üzündə əda­lə­tin qo­run­ma­sı ol­ma­lı­dır, in­san­lar hər za­man bir-bi­ri­nə kömək əli uzat­ma­lı­dır. Əgər bu xe­yir əməl­lər, hə­qi­qə­tən, nə­sil­dən-nəs­lə ötürülsə, Al­lah da Yer üzündən və ya­rat­dı­ğı bən­də­sin­dən ra­zı qa­lar, yox, əgər bun­lar ol­maz­sa, in­san­lar öz fa­ciə­si­ni özlə­ri tə­min edər­lər...

– Hə, San­ti­no! De­mək, si­zin kənd­li­lər dü­şünür ki, hə­min o əj­da­ha­la­rın Yer üzündən yox ol­ma­sı si­zin kən­din el­lik­cə Al­la­ha “şi­ka­yə­t”in­dən son­ra baş ve­ri­b?

– Bə­li, cə­nab! Bi­zim ca­maa­tı­mız – çox qə­dim kənd olan Chi­xu­lub sa­kin­lə­ri çox inanc­lı in­san­lar­dır. On­lar he­sab edir ki, nə tə­bi­ət­də, nə də cə­miy­yət­də heç za­man güclü gücsüzü əzə­mə­mə­li­dir, in­san­lar ara­sın­da və tə­bi­ət­də əda­lət po­zul­ma­ma­lı­dır. Me­şə və cən­gəl­lik qa­nun­la­rı məhz bi­zim kənd­də­ki o müdhiş ge­cə­də ya­şa­nan ha­di­sə­dən son­ra da­ha da ni­za­ma düşüb. Yer üzündə ila­hi əda­lət bər­pa olu­nub­dur. O ha­di­sə­dən son­ra bir-bi­rin­dən qi­da­la­nan hey­van­lar da öz ov­la­rı­nı aşı­rı şə­kil­də öldürmək­dən im­ti­na edib­lər. Çünki həm tə­bi­ət­də, həm də cə­miy­yət­də bir var­lı­ğa son qo­yul­ma­sı di­gər var­lıq­la­rın da zi­yan görmə­si­nə sə­bəb olur. Al­lah hə­ya­tın qa­nun­la­rı­nı və rit­mi­ni düzgün ya­ra­dıb, la­kin in­san­lar bu rit­mi öz xe­yir­lə­ri­nə poz­ma­ğa ça­lı­şıb­lar ki, bu da son­da on­la­rın hər bi­ri­nin əley­hi­nə iş­lə­yib. Ta­rix­də güclü dövlət­lər, “mə­nəm-mə­nəm” de­yən dövlət baş­çı­la­rı ki­çik və zə­if dövlət­lə­rin xalq­la­rı­nı iş­ğal və is­tis­mar edir­lər... Bi­lir­si­niz, niyə? Çünki öz mə­nəm­li­yi­ni sübut et­mək is­tə­yib­lər, o mən­fur əj­da­ha­lar ki­mi öz hə­yat­la­rı­nı baş­qa­sı­nın ölümü üzə­rin­də, tökülmüş qa­nı üstündə qu­ra­raq, ət­ra­fa güc nü­ma­yiş et­dir­mək is­tə­yib­lər... Val­lah, ey­nən ba­ba­mın da­nış­dı­ğı o əj­da­ha­lar ki­mi... Be­lə yır­tı­cı var­lıq­lar və on­la­rın fə­la­kət gə­ti­rən dav­ra­nış­la­rı dai­mi ola bil­məz ki... On­la­rın hökmran­lıq id­dia­sı nə­ti­cə­sin­də ev-eşik­siz, ac-ya­la­vac, ata-ana­sız qa­lan çox­say­lı uşaq­la­rın ahı-na­lə­si bir gün be­lə­lə­ri­nin var­lı­ğı­na son qo­ya­caq, bu, mütləq şə­kil­də baş ve­rə­cək­dir!

– San­ti­no, sən həm qo­çaq, həm də çox ağıl­lı oğ­lan­mış­san!

– Sağ olun, cə­nab! Çox şad ol­dum bu söhbə­tə görə... Bu­yu­run, bu da poç­tal­yo­nun si­zə çat­dır­maq is­tə­di­yi bağ­la­ma!

Vi­co Pen­fold dünən ge­cə yu­xu­da gördüklə­ri­nin tə­si­rin­dən tam qur­tar­ma­mış, sə­hər-sə­hər qa­pı­nı döyən San­ti­no ad­lı bu ağıl­lı ye­ni­yet­mə gən­cin keç­miş haq­qın­da­kı söhbə­ti­nə, ağ­lı­na, yürüt­düyü müla­hi­zə­lə­rə hey­ran qal­mış­dı. Gən­ci yo­la sa­lar-sal­maz poç­tal­yo­nun gə­tir­di­yi bağ­la­ma­nı aç­ma­ğa baş­la­dı, çox­dan Lon­don­dan gözlə­di­yi la­bo­ra­to­ri­ya ca­vab­la­rı idi. “Yax­şı, görək Lon­don mütə­xəs­sis­lə­ri nə düşünür, düşündüklə­rim, gör­düklə­rim re­al hə­qi­qə­tə nə qə­dər ya­xın­dı­r?” – de­yə Vi­co kon­ver­ti aç­ma­mış təx­mi­ni şə­kil­də gə­lən la­bo­ra­to­ri­ya ca­va­bı­nı bey­nin­də müəy­yən­ləş­dir­mə­yə cəhd et­di. “Yə­qin, ya­za­caq­lar ki, dü­şündüklə­ri­niz cə­fən­giy­yat­dır. Si­zin əsas işi­niz neft ax­ta­rı­şı­dır, bu­yu­run, öz işi­ni­zi da­vam et­di­rin, baş­qa iş­lə­rə baş qat­ma­yın, bu ast­ro­fi­zik­lik də siz­lik de­yil... Da­ha baş­qa nə ola bi­lər ki?!”

Qov­lu­ğu xey­li hə­yə­can­la aç­dı və gözlə­ri­ni qı­ya­raq sürət­lə oxu­ma­ğa baş­la­dı. Üzündə qə­fil bir tə­bəssüm əmə­lə gəl­di. “Ooo... Bax bu çox gözəl ol­du!” Ca­va­bı bir də tə­lə­sik oxu­du. Ca­vab­da ya­zı­lan­lar onun müla­hi­zə­lə­ri ilə tam üst-üstə dü­şürdü: “Axır ki, ne­çə il­lər içi­mi de­şən şübhə­lə­rim təs­diq olun­du!” Uzun il­lə­rin neft təd­qi­qat­çı­sı bu gün Ye­rin can­lı or­qa­niz­m­ kimi təkamülünə aid və in­san­lıq üçün xüsu­si ma­raq kəsb edən mühüm bir ta­pın­tı ilə elm alə­mi­nə qə­dəm ba­sır­dı. “Şükür sə­nə, İla­hi. Şükür! Hə­qi­qə­tən də, de­yə­sən, bu yer­lə­rə ey­nən İraq­da – Me­so­po­ta­mi­ya­da ol­du­ğu ki­mi han­sı­sa “Böyük Göz” ha­kim­dir. İl­lər­di ki, mən bu­nu sübut et­mə­yə ça­lı­şır­dım. On il­lə­rin giz­li sir­ri, el­mi müla­hi­zə­si, San­ti­no de­miş­kən, ila­hi əda­lət yal­nız bu gün öz təs­di­qi­ni tap­dı. El­mi kəşf­lə­rin əda­lət­lə qar­şı­laş­dı­rıl­ma­sı və “ila­hi əda­lə­tin bər­pa­sı ki­mi təq­dim olun­ma­sı” tək­cə bir xal­qın de­yil, bütöv bə­şə­riy­yə­tin ta­ri­xi ar­zu­la­rı­nın ini­ka­sı ki­mi bun­dan son­ra da in­san­lı­ğa böyük töhfə­lər ve­rə­cək, bu­na in­di mə­nim də heç şübhəm qal­ma­dı!” – de­yə Vi­co xey­li se­vin­di.

Vi­co Pen­fold bir vaxt­lar İraq əra­zi­sin­dən aş­kar­la­dı­ğı qə­ri­bə süxur haq­qın­da, in­di­sə Yu­ka­tan ya­rı­ma­da­sın­da ta­pıl­mış ana­lo­ji süxur­la bağ­lı bir müddət idi ki, heç ki­mə bə­yan et­mə­dən el­mi araş­dır­ma­lar apa­rır­dı. Lon­do­na göndər­di­yi və ki­fa­yət qə­dər ge­niş təh­lil et­di­yi son süxur ma­te­ri­al­la­rı ilə alim sübut et­mə­yə ça­lış­mış­dı ki, neft qu­yu­la­rın­dan ta­pıl­mış hə­min “an­de­zit” ad­la­nan vul­ka­nik qa­ya süxur­la­rı Yer­də əmə­lə gəl­miş sı­ra­dan bir daş par­ça­sı de­yil. Çünki bu süxu­run görünməz qat­la­rın­da pa­le­on­to­loq­la­rın tə­bi­rin­cə qiy­mət­lən­di­ri­lən “me­ta­fo­rik mi­ne­ral qat­lar” aş­kar­lan­mış­dı. Ey­ni za­man­da Yer­də ya­ran­ma­yan və “kə­nar­dan gəl­mə” ele­ment­lə­rin bu süxur­lar­da aş­kar olun­ma­sı da in­di­yə qə­dər apa­rı­lan kəş­fiy­yat pro­se­sin­də heç za­man rast gə­lin­mə­yən ye­ni­lik idi. “Ye­rin ta­le­yi in­san ta­le­yi ki­mi çox düşündürücü bir məsələ imiş. Yer ha­mı­mı­zın ümu­mi evi­dir. Onun ba­şı­na gə­lən­lər ha­mı­nı ey­ni mə­su­liy­yət­lə düşündürmə­li­dir”, – de­yə alim özlüyündə qə­ti qə­rar ver­di.

Vi­co Pen­fold ge­niş ya­zıl­mış la­bo­ra­to­ri­ya ca­vab­la­rı­na, elə­cə də bu ca­vab­la­ra əla­və olun­muş ge­niş tex­ni­ki iza­hat­la­ra bir də göz gəz­dir­di. Böyük hərf­lər­lə, cəl­be­di­ci tərz­də ya­zı­lan: ”Hör­mət­li dok­tor Vi­co Pen­fold! Si­zin neft kəş­fiy­ya­tı ilə pa­ra­lel ola­raq Ye­rin də­rin süxur­la­rın­da apar­dı­ğı­nız təd­qi­qat­lar­la bağ­lı göndər­di­yi­niz ma­te­ri­al­la­rın ca­va­bı­nı ge­cik­dir­mə­mi­zin sə­bə­bi Aka­de­mi­ya­nın ümu­mi El­mi Şu­ra­sın­da on­la­rın bir ne­çə mər­hə­lə­li təh­lil­lə­ri ilə bağ­lı ol­muş­dur. El­mi təd­qi­qat ins­ti­tu­tu­na təq­dim et­di­yi­niz kristal süxur­la­r çox yüksək miq­dar­lı iri­di­um ele­men­ti ilə zən­gin­dir. Chi­xu­lub kra­te­ri­nə mən­sub olan K-T tə­sir­li əra­zi­də aş­kar­la­dı­ğı­nız süxur qa­lıq­la­rı­nın əv­vəl­lər di­gər əra­zi­lər­də aş­kar­la­dı­ğı­nız ana­lo­ji nümu­nə­lər­lə müqa­yi­sə­də ko­met və as­te­ro­id­lə­rə 200 də­fə­dən da­ha çox məx­sus ol­du­ğu sübut olun­muş­dur. Siz bir vaxt­lar İraq­da­kı neft kəş­fiy­ya­tı za­ma­nı Ye­rin də­rin qat­la­rın­dan aş­kar­la­dı­ğı­nız qə­dim si­vi­li­za­si­ya qa­lıq­la­rı­na mən­sub nümu­nə­lə­ri bey­nəl­xalq kəş­fiy­yat ida­rə­si­nə təq­dim edə­rək, hə­min yer­lə­rin ta­ri­xi haq­qın­da müəy­yən düşüncə­lə­ri­ni­zi sübut et­mə­yə ça­lış­mış­dı­nız. Bu­günkü la­bo­ra­to­ri­ya təh­li­li göstə­rir ki, si­zin o za­man­kı müla­hi­zə­lə­ri­niz də doğ­ru imiş. Gec də ol­sa hə­min kəşf­lə­rə görə si­zi təb­rik edi­rik, cə­nab Pen­fold! Si­zin il­lər­dir ki, apar­dı­ğı­nız el­mi təd­qi­qat­lar sübut edir ki, 65 mil­yon il bun­dan əv­vəl 2.6 mil­yard ton­luq as­te­ro­id sə­ma­dan sa­at­da 40000 mil sürət­lə Ye­rə çır­pıl­mış­dır. Yer kürə­si­nin böyük his­sə­si, o cümlə­dən Yu­ka­tan ya­rı­ma­da­sı­nın əra­zi­si bu fə­la­kə­tə mə­ruz qal­mış­dır. Yer üzündə, xüsu­si­lə neft kəş­fiy­ya­tı apa­rı­lan Mek­si­ka körfə­zi­nin əra­zi­lə­rin­də mövcud olan, di­gər can­lı­la­ra, elə­cə də in­san­la­ra böyük təhlü­kə törə­dən di­no­zavr­lar məhv ol­muş­lar. Yer üzünün ən nə­həng can­lı­la­rı sa­yı­lan di­no­zavr­la­rın nəs­li kə­sil­miş­dir. Son­ra­kı dövrdə Mek­si­ka körfə­zi ət­ra­fın­da baş­la­nan su­na­mi­lər, daş­qın­lar, vul­kan püskürmə­lə­ri və qa­sır­ğa­lar məhz bu as­te­ro­id­lə­rin Ye­rə çır­pıl­ma­sı nə­ti­cə­sin­də baş ver­miş­dir. Si­zin təd­qi­qat­lar həm də bə­şə­riy­yə­tin keç­miş ta­ri­xi­nin, tə­bii və so­si­al də­yi­şik­lik­lə­rin sə­bəb­lə­ri­ni aç­ma­ğa kömək­lik göstər­miş­dir. Sübut edil­miş­dir ki, hə­min ha­di­sə­dən son­ra Yer kürə­sin­də mövcud olan can­lı­la­rın 85%-i məhv ol­muş, di­no­zavr­la­rın və onlara bənzər sin­fə aid nə­həng can­lı­la­rın nəs­li ta­ma­mi­lə kə­sil­miş­dir. 15% sağ qa­lan can­lı­lar son­ra­kı dövrlər­də öz in­ki­şaf ten­den­si­ya­sı­nı ya­vaş-ya­vaş bər­pa edə bil­miş­dir. Sağ qa­lan in­san­la­rın kütlə­vi qır­ğın­dan son­ra uzun müddət ər­zin­də xəs­tə ol­ma­sı, Yer üzündə ya­ran­mış qi­da qıt­lı­ğı, in­san ömrünün qı­sal­ma­sı və s. pro­ses­lər də hə­min as­te­ro­id­lə­rin ye­rə düşmə­sin­dən son­ra baş ver­miş­dir. Siz, hörmət­li dok­tor Pen­fold, bu ta­pın­tı ilə çox böyük el­mi nə­ti­cə­lə­rə, el­mi kəş­fə im­za at­mı­sı­nız. Neft kəş­fiy­ya­tı sa­hə­sin­də təq­dim et­di­yi­niz la­yi­hə­lə­rə və əmin­li­yi­ni­zə ne­çə il­lər­dir ki, bi­zi alış­dır­mış­dı­nız. Bugünkü kəş­fi­niz müna­si­bəti­lə də si­zi ürək­dən təb­rik edi­rik! Düşünürük ki, bu kəşf­lə­ri­niz­lə, ye­ni-ye­ni təd­qi­qat­la­rı­nız­la in­san­lı­ğa uğur gə­ti­rən “Vi­co”, (mə­na­sı: "qa­li­biy­yət, fəth" de­mək­dir) adı­nı­zın mə­na­sı ilə ad­lan­dır­dı­ğı­mız kəşf nə­in­ki xal­qı­mız, dövlə­ti­miz, elə­cə də bütün bə­şə­riy­yət üçün gə­rək­li bir müvəf­fə­qiy­yət­dir. Biz si­zin ye­ni kəş­fi­ni­zə “Vi­co” adı ver­dik. Bu müna­si­bət­lə Lon­don Aka­de­mi­ya­sı­nın xüsu­si təb­ri­ki­ni qə­bul edin. Sağ olun, ye­ni uğur­lar ar­zu­su ilə:

Dövlət El­mi Təd­qi­qat Aka­de­mi­ya­sı­nın Rəh­bər­li­yi”.

Se­vin­mə­yə böyük əsas ve­rən bu mək­tu­bu Pen­fold gün ər­zin­də bir ne­çə də­fə tək­rar-tək­rar oxu­du. Ge­cə yu­xu­da gördüyü ha­di­sə­lə­rin və bey­nin­də do­la­şan düşüncə­lə­rin ağır­lı­ğı üstünə san­ki bir daş ki­mi çökmüşdü. Bu gün sə­hər gənc San­ti­no­nun təs­vir et­di­yi əj­da­ha­lar – di­no­zavr­lar gözünün önündən hə­lə də get­mir­di. "Di­no" sözünün ya­ra­nı­şı­nı, "di­no­zavr"laş­ma­sı mər­hə­lə­si­ni düşünüb gülümsündü. Düşüncə­sin­də çox­lu ye­ni su­al­lar ya­ran­mış­dı: as­te­ro­id­lər Ye­rə ni­yə çır­pıl­mış­dı, tə­bi­ət­də can­lı­la­rın bir qis­mi­nin ta­ma­mi­lə məh­vi, di­gər qis­mi­nin sağ qal­ma­sı­nın sir­ri nə idi? Can­lı alə­min son­ra­kı evol­yu­si­ya­sı ne­cə baş ver­miş­dir, nə­yə görə Ye­rin ən nə­həng can­lı­sı he­sab olu­nan di­no­zavr­la­rın kökü ta­ma­mi­lə kə­sil­miş­di­r? Be­lə su­al­lar Vi­co Pen­fol­du ra­hat bu­rax­mır­dı. Yer kürə­sin­də zülmün ər­şə da­yan­dı­ğı, əda­lə­tin qeybə çəkildiyi, in­san­lı­ğın və can­lı­lar alə­mi­nin hə­yat fa­ciə­si­nə sə­bəb olan haq­sız­lı­ğın tüğyan et­di­yi bir za­man­da ye­rin və göyün ən əda­lət­li qə­rar sa­hi­bi he­sab olu­nan Al­la­hın hökmü, görə­sən, niyə belə ağır olmuşdu? Görə­sən, can­lı alə­min ən qə­dim var­lıq­la­rın­dan olan di­no­zavr­la­rın fə­la­kət­lə­rə sə­bəb ol­ma­sı­nın qar­şı­sı­nın alın­ma­sı heç cür mümkün de­yil­di­mi, yə­ni on­la­rın kökünün kə­sil­mə­si ilə Yer kürə­sin­də­ki gə­lə­cək əmin-aman­lı­ğın bər­qə­rar ol­ma­sı ara­sın­da­kı əla­qə nə qə­dər əda­lət­li imi­ş?! San­ti­no­nun söylə­di­yi ila­hi əda­lət, in­san­la­rın dua və qar­ğış­la­rı­nın Al­lah tə­rə­fin­dən eşi­dil­mə­si və s. ki­mi fi­kir­lə­rə alim Vi­co əv­vəl­cə “sa­də­cə bir gənc in­sa­nın fan­ta­zi­ya­sı ki­mi” ba­xır­dı­sa, in­di onun söylə­dik­lə­ri­nə da­ha eh­ti­ram­la ya­naş­ma­ğa ça­lı­şır­dı. Müqəd­dəs ki­tab­lar­da da qeyd olu­nan, “zülm yer­də qal­maz!”, “Tan­rı ən böyük əda­lət­dir!” fikir­lə­ri­ni bir də xa­tır­la­dı: “De­mək ki, hər mif və əf­sa­nə­də han­sı­sa bir hə­qi­qə­tin işar­tı­la­rı qa­lır”, – de­yə düşündü. İraq­da neft kəş­fiy­ya­tı apar­dı­ğı kənd­də ya­şa­yan bir qa­dın haq­qın­da eşit­di­yi ha­di­sə gözlə­ri önünə gəl­di. Bir vaxt­lar bu ölkə­nin hökm­da­rı ol­muş Səd­dam Hüsey­nin əda­lət­siz qə­rar­la­rı­na qar­şı çıx­mış və nə­ti­cə­də asıl­mış 23 yaş­lı əkiz oğ­lan­la­rın ana­sı ge­cə­li-gündüzlü qar­ğış edir­miş. Bu əh­va­la­tı ana­nın qar­ğı­şı­nı və ah-na­lə­si­ni öz qu­laq­la­rı ilə eşit­miş bir əc­nə­bi geo­loq həm­ka­rı Vi­co­ya da­nı­şıb­mış. De­yir­miş ki, hə­min ana­nın o za­man əc­nə­bi­lə­rin an­la­ma­dı­ğı dil­də ər­şə qal­xan ah-fə­ğa­nı ada­mın içi­ni göynə­dir­miş. Övlad kə­də­ri və onu törə­dən za­lı­ma qar­şı içi göynə­yən ana­nın ah-naləsi Səd­da­mın son­ra­kı fa­ciə­li ta­le­yi ilə üst-üstə düşmüşdü. İraq­lı ana­nın Səd­da­ma qar­şı fər­ya­dı ilə Yu­ka­tan sa­kin­lə­ri­nin za­lım əj­da­ha­la­ra qar­şı qar­ğış­la­rı ara­sın­da nə qə­dər ox­şar­lıq var idi... ”Za­lım Səd­dam sə­nin də çı­ra­ğın mə­nim­ki ki­mi sönər, in­şal­lah!” “Al­la­hın hökmü ilə sə­nin də əj­da­ha­lar ki­mi Yer üzündən nəs­lin kə­si­lər!” “De­mək ki, iraq­lı ana da öz qar­ğı­şın­da hə­min “Əj­da­ha əf­sa­nə­si”ni nə­zər­də tu­tur­muş. Nə qə­dər ox­şar bir ya­naş­ma var. İraq­da­kı ana­nın qar­ğı­şın­da­kı əj­da­ha ilə Chi­xu­lub sa­kin­lə­ri­nin əj­da­ha qar­ğı­şı ara­sın­da­kı ox­şar­lıq nə­yin göstə­ri­ci­si­dir, görə­sə­n? De­mə­li, tor­paq da öz tər­kin­də giz­lət­di­yi sir­lə­ri­ni, in­san­lıq üçün müha­fi­zə et­di­yi tə­bii sər­vət­lər ki­mi bir­dən-bi­rə de­yil, za­man-za­man in­san­la­ra qay­ta­rır. Tan­rı in­san­lar­dan əda­lət ölçüsünə ria­yət et­mə­yi tə­ləb edir və on­la­rın əda­lət­li dav­ra­nış­la­rı­na görə əvə­zi­ni qay­ta­rır. Ye­rin, göyün və can­lı alə­min har­mo­ni­ya­sı əda­lət üzə­rin­də bər­qə­rar olub və bu ila­hi əda­lə­tin po­zul­ma­sı ilə də onun har­mo­ni­ya­sı yox olur, tə­biə­tin və cə­miy­yə­tin dayanıqlılıq müva­zi­nə­ti itir. İn­san səb­ri­nin tükən­di­yi yer­də ila­hi qüvvə müba­ri­zə­yə qo­şu­lur, son­da da ən əda­lət­li hökmü Ya­ra­da­nın özü ve­rir”, – Pen­fold düşünə-düşünə qə­rar ver­mə­yə ça­lı­şır­dı. “De­mə­li, Yer üzündə əda­lə­tin bər­qə­rar ol­ma­sı ila­hi tə­lə­ba­tın və ila­hi ölçünün əsa­sı­nı təş­kil edir. Ye­rin, göyün, in­san­lı­ğın var­lı­ğı­nın və har­mo­niyasının əsa­sın­da da əda­lət da­ya­nır! Ta­ri­xin bütün mər­hə­lə­lə­rin­də mövcud olan re­al­lıq­la­rın öyrə­nil­mə­si eh­ti­ya­cı da, gə­lə­cək plan­la­rın qu­rul­ma­sı da, ilk növbə­də, bə­şə­riy­yə­ti da­ha əda­lət­li ol­ma­ğa yönəlt­mək üçün edi­lib! İn­san bütün dövrlər­də Yer üzünün əş­rə­fi ki­mi çı­xış edə­rək əda­lət ax­ta­rıb, zülmə və zülmka­ra qar­şı müba­ri­zə apa­rıb. Yer üzü Al­lah üçün həm in­san­sız, həm də əda­lət­siz qə­bu­le­dil­məz sa­yı­lıb. Yer kürə­si­nin mad­di və mə­nə­vi sər­vət­lə­ri də, in­ki­şaf və tə­rəq­qi eh­ti­yac­la­rı da in­san­la­rın ri­fa­hı və xoş­bəxt­li­yi­nə xid­mət üçün ya­ra­dı­lıb”. Bu an­da bir­dən Vi­co­nun ya­dı­na San­ti­no­nun bir müddət əv­vəl ifa­də et­di­yi ar­zu­su düşdü. Bu kən­də ye­ni bir mək­təb və id­man mey­dan­ça­sı in­şa et­mə­yi is­tə­miş­di. Vi­co Pen­fold bir­mə­na­lı qə­rar ver­di: “Bu işi öz geo­loq və­sai­tim­lə, al­dı­ğım müka­fat­la hə­ya­ta ke­çi­rə­cə­yəm! Bu kən­din in­san­la­rı da­ha böyük müka­fat­la­rı haqq edir­lər. Odur ki qoy bu mək­təb bi­na­sı və id­man mey­dan­ça­sı mə­nim San­ti­no­ya və dost­la­rı­na hə­diy­yəm ol­sun! Qoy bu hə­diy­yə Tan­rı­nın adi bir neft geo­lo­qu­nun ta­le­yi­nə yaz­dı­ğı mühüm bir ta­ri­xi kəş­fin ni­şa­nə­si ki­mi ömrü bo­yu haqq və əda­lət ax­ta­ran Yu­ka­tan ya­rı­ma­da­sı­nın Chi­xu­lub sa­kin­lə­ri­nə töhfəm ol­sun!”

Məqalələrə, video-materiallara görə redaksiya yox, müəlliflər məsuliyyət daşıyır.